Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Çobanyastığı

bitki cinsi

Çobanyastığı (lat. Matricaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Çobanyastığı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi məlumat

redaktə

Dünya florasının tərkibində çobanyastığının 50 növü yayılmışdır. Cinsin Qafqazda 3, o cümlədən Azərbaycanda 2 növünə təsadüf edilir. Botanika elmində işlədilən bitki adlarının nomenklaturasında dərman çobanyastığı başqa adla, yəni səhv olaraq "vulgare" kimi təqdim edilmişdir. Sonralar 1708–1777-ci illərdə yaşamış alman botaniki Haller bitkiyə "matircaria" adı vermişdir. Matircaria latın sözü olub "balalıq" və "uşaqlıq", "mater" isə "ana" mənalarını verir. Alim çobanyastığının güclü mualicəvi təsirə malik olduğunu qeyd edərək bildirir ki, bitki ilə bir çox xəstəlikləri, o cümlədən də "uşaqlığı" müalicə edirmişlər. Bitkinin növ adı isə "rectuta"dır (recutitus — hamar, çılpaq sözlərindən götürülmüşdür). Qədim romalılar isə bitkiyə "chamaemelon" adı vermişlər. "Chamai" alçaq, "melon" isə "alma" mənalarını daşıyır. Bir sıra botaniklər çobanyastığının incə və xoş ətirli odluğunu, sanki ağacda yenicə yetişmiş almanın iyini xatırlatdığını qeyd edirlər. Lakin Dioskorid və Pliniyə görə isə təəssüflər olsun ki, bitkinin iyi almanın qoxusunu xatırlatmır. Bitkinin əsl adı isə, yəni "romaşka" birinci dəfə XVIII əsrdə yaranmışdır. Orta əsrlərdə bitkinin latınca adı Anthenus romana, bir qədər sonra Chamaemeum romana olmuşdur. Buradan da bizə aydın olur ki, "romaşka" sözü "romana" sözündən formalaşmışdır. Çobanyastığı qiymətli dərman bitkisi kimi hələ qədim yunan və Roma, eləcə də orta əsr tibb alimlərinə məlum olmuşdur. İnqilaba qədər apteklərdən "çobanyastığı çiçəkləri" əldə etmək üçün insanlar uzun yollar qət edirmişlər. Dərman bitkilərinə yaxından bələd olan yazıçı M. B. Retov "Rus dərman bitkiləri" əsərində yazır ki, tacirlər dünyanın müxtəlif ölkələrindən külli miqdarda çobanyastığı toplayıb Almaniyaya, oradan da Rusiyaya gətirərək çox baha qiymətə satırmışlar.

Kimyəvi tərkibi

redaktə

Tərkibində xamazulen olan çobanyastığı çiçəyinin efir yağı dezinfeksiyadici və iltihabəleyhinə təsirə malikdir.

Çiçəklərinin tərkibində flavonoidlər, üzvi turşular, kumarin, terpenlər -qiymlətli olan matrisin, matrikarin və xamazulin, seskviterpenlər, spirt, vitamin, acı maddələr, qatran, 0,8% efir yağı vardır. Bundan başqa polisaxaridlər, karotinoidlər və askorbin turşusu tapılmışdır.[3]

Dərman, kosmetika və boyaq sahəsində istifadə olunan ən qiymətli növü isə adi çobanyastığı (mollabaşı) — Chamomilla recutita (L.) Rauschert. hesab edilir. Bu, hündürlüyü 15–30 sm-ə qədər olan, kökü saçaqlı birillik ot bitkisidir. Gövdəsı düzduran əsas hissədən çoxsaylı budaqlanandır. Yarpaqları növbəli üçər lələkvari, uzunluğu 5 sm, eni 1,8 sm qalxanvari iti olub qurtaracağı oturaqdır. Çiçəklərinin orta hissəsində sarı boruşəkilli, kənarlarında isə dilşəkilli 12–18 ədəd ağ ləçəklərdən ibarət olub, səbətdə gövdənin qurtaracağında toplanmışdır. Meyvəsi uzunsov qonurumtul-yaşıl rəngdə olub, azca yuxarıya doğru əyilən, 5 qabırğalı toxumcuqdan ibarətdir.

1000 ədəd toxumunun çəkisi 0,026–0,053 qramdır. Bitki may-sentyabr aylarında çiçək açır, iyunda toxum verır. Bitkinin bütün hissəsi güclü xoş ətirli iyə malikdir. Dilşəkilli çiçəkləri saat 4-də üfüqi istiqamət alıb açılır, saat 7-də bağlanır. Adi çobanyastığı yabanı halda çəmənliklərdə, düzənliklərdə, meşə açıqlıqlarında, çay və kanalların, bulaqların kənarlarında, əkin sahələrinin ətrafında, eləcə də quru yerlərdə təsadüf edilir. Azərbaycanda Kür-Araz ovalığında geniş yayılmışdır. Bundan əlavə, buna çöllüklərdə, yol kənarlarında da rast gəlmək olar. Eyni zamanda bitkiyə yabanı halda Avropanın orta və cənub ərazilərində, Hindistan və Pakistana qədər geniş bir sahədə təsadüf edilir. ABŞ və Avstraliyaya isə başqa yerlərdən gətirilmişdir.

Xalq arasında çobanyastığını "yabanı çobanyastığı", "qızartı otu", "romen otu", "roma otu" "ana otu", "ənlik otu" və s. adlarla tanıyırlar.

Faydaları

redaktə

Çobanyastığının bir çox növləri Azərbaycanda yayılmışdır. XV əsr müəllifi Əli İbn Hüseyn Ənsariyə görə çobanyastığı çiçəyinin həlimi sidikqovucudur, laktoqen təsirə malikdir, sinir sistemini sakitləşdirir. Çobanyastığı çiçəyini çeynədikdə, ağız yaralarına qarşı kömək edir. Çobanyastığı çiçəyinin həlimi ödü qovur, öd kisəsindəki daları çıxardır, yoğun bağırsaq iltihabında və başqa mədə-bağırsaq xəstəliklərində müsbət təsir göstərir. Çiçəklərin dozası – 14 q qədərdir. Çobanyastığının kökü onun çiçəyindən daha təsirlidir. Çobanyastığı çiçəyinin yağını sürtmək soyuq şişləri sovurur və xoraları sağaldır. Bundan əlavə çobanyastığı çiçəyinin mərhəmi yüksək qızdırmada, titrəmədə, və əsmədə çox xeyirlidir. Bu məlhəm həmçinin karlıqda, bel ağrısında, rematizmdə, yel xəstəliyində xeyirlidir. Bunları "Ixtiyarəti-bədii" (XIV əsr) əsərinin müəllifi qeyd edir. Çobanyastığı çiçəyi həzm prosesini yaxşılaşdırır.

Çobanyastığı çiçəklərindən 1 xörək qaşığına 200 ml qaynar su əlavə etmək tövsiyə olunur. Xora xəstəliyində təzəcə hazırlanmış dəmləməsini hər səhər içmək lazımdır. Bundan sonra növbə ilə bədənin hər dörd tərəfi üzərində yatmalı ki, dəmləmə bərabər qaydada mədənin selikli qişasına təsir etsin və ağrını kəssin. 15 dəqiqədən sonra isə xörək yemək lazımdır.

İstifadə qaydaları

redaktə

1 xörək qaşığı çıçəyin üzərinə 200 mililitr (1 stəkan) qaynar su töküb qaynayan su hamamında 20 dəqiqə qızdırır, qoyudur, süzür və təyinata əsasən istifadə olunur. İmalə üçün dəmləməyə 1 xörək qaşığı bitki yağı əlavə olunur.

Müalicə məqsədləri üçün əsasən çiçək səbətindən istifadə olunur. Çiçək səbətinin tərkibində 40-dan artıq komponenti olan 0,2–0,8% efır yağı tapılmışdır ki, bunun da əsas tərkib hissəsini xamazulen (C14H16, qatı göy rəngli maye) təşkil edir, terpen (C10H15), 10%-ə qədər seskviterpen (C15H24), 20%-ə qədər C15H24O2 və C15H26O2 seskviterpen spirtləri, kadinen (C15H26, üç tsiklli spirt), həmçinin kapril, nonil və izovalerian turşuları aşkar edilmişdir. Bitkidən efır yağından başqa çiçək səbətindən apiin (C26H28O14), hidrolizə uğrayaraq apigenin (C15H10O5), qlükoza və apioz, kversimeritririn (C21H20O2) hidroliz olunaraq kversetin (C25H10O5) və qlükoza, proxamazulen matrisin (C17H22O5), matrikarin (C17H22O5), umbelliferon və onun metil efıri — qerniarin, dioksikumarinbirdən triakantin, (C30H62O5), nikotin turşusu, taraksasterol (C30H50O), xolin, fıtosterin və onun qlükozidi, salisil turşusu, qliserid piy turşusu, olein, palmitin və stearin turşuları, C vitamini, karotin, acımtıl maddə, selik, qatran və s. tapılmışdır. Bundan əlavə səbət çiçəkləri tərkibindən 10,57% kül, mq/q olmaqla: 41,8 — K, 83,0 — Ca, 3,1 — Mg, 0,3 — Fe makroelementləri, (MSK) 0,29 — Mn, 0,78 — Cu, 0,8 — Zn, 0,16 — Co; 0,09 — Cr, 0,27 — Al, 0,2 — Ba 0,08 — V, 7,2 — Se, 0,24 — Ni, 0,12 — Sr, 0,07 — Pb, 0,07 — S və s. mikroelementləri müəyyən edilmişdir.

Sinonimləri

redaktə

Heterotipik sinonimləri

redaktə
  • Akylopsis Lehm.
  • Camomilla Gilib.
  • Cenocline K.Koch
  • Chamomilla Gray
  • Cotulina Pomel
  • Courrantia Sch.Bip.
  • Gama La Llave
  • Lepidanthus Nutt.
  • Lepidotheca Nutt.

Növləri

redaktə

İstinadlar

redaktə
  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 380. doi:10.5962/BHL.TITLE.746
  2. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 890.
  3. S. C. İbadullayeva, M. C. Qəhrəmanova. Bitkilərin sirli dünyası (ot bitkiləri). Bakı: 2016, s.333

Həmçinin bax

redaktə