Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

İosif Stalin tankının 1944-cü ilin sonlarında dizaynın və konstruksiyanın yüksəldilməsi nəticəsində IS-3 (Object 703) tankları meydana gəldi. Bu tankın zireh nizamı düzəldildi və müharibədən sonra SSRİ tanklarının damğası halına gələn yarımkürəvi quruluşa malik olan çuqunlu qəlibləşdirilmiş tank qülləsindən (tərsinə çevrilmiş bir şorba kasasına bənzəyən) istifadə edilməyə başlanıldı. Bu alçaq hemisferik tank qülləsi, müdafiəni gücləndirmişdir. Eyni zamanda, xüsusilə doldurucu üçün çalışma sahəsi önəmli şəkildə azaldı (ümumiyyətlə götürdükdə SSRİ tankları Qərb tanklarına nəzərən narahat olan daha kiçik interyerə (daxili dizayn) sahib olmuşdurlar). IS-3 tankları İkinci dünya müharibəsinin lap sonlarında gəldi və almanlar ilə çox da ciddi müharibələrdə qarşılaşmadı. Yalnız Berlinin müdafiəsinin yarılması əməliyyatlarında bu tanklardan almanlara qarşı istifadə edilmişdir. Berlin müharibəsində almanların əlində olan heç bir texnika bu tankın öndən zirehini dağıtmağı bacarmamışdır. Bu tanklardan ibarət olan bir alay Yaponiya İmperiyasına qarşı Mancuriyaya göndərilmişdir.

İS-3
İS-3 Brüssel muzeyində
İS-3 Brüssel muzeyində
Tipi Əsas döyüş tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1943-1995
İstismara başlanması 1945
İstismar edənlər SSRİ SSRİ, Şimali Koreya Şimali Koreya, Misir Misir
İstifadə edilən döyüşlər İkinci dünya müharibəsi, Altı günlük müharibə və s.
İstehsal tarixçəsi
Konstruktor Zhozef Kotin, Nikolay Dukhov
Konstruksiya tarixi 1944
İstehsalçı Kirov zavod (eng.Kirov Factory; rus. Кировский завод)
İstehsal illəri 19451946
İstehsal sayı 2311
Xüsusiyyətləri
Ağırlığı 46,5 ton
Şose sürəti 40 km/saat
Əsas silah 122 mm
Köməkçi silah 1 × 12,7 mm
1 × 7,62 mm
Uzunluğu 9850 mm
Lülənin uzunluğu Topu 2950 mm
Gövdəsi 6900 mm
Eni 3150 mm
Hündürlüyü 2450 mm
Ekipaj 4 nəfər(komandir,sürücü,topçu,yükləyici)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
IS-3.Kiyev
IS-3 tankının arxa tərəfdən görünüşü
IS-3 2015-ci il 9 mayda Xabarovsk paradı zamanı

1960-cı ildə başlayan modernizasiya ilə IS-3 tankları və yüngül IS-2M tankları oxşar bir şəkildə, IS-3M olaraq modernizasiya edilmişdirlər.

Belə bir əfsanə dolaşır ki, İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra keçmiş müttəfiqlər getdikcə güclənməkdə olan SSRİ-yə qarşı müharibəyə başlamaq və həmin müharibədə əsir almanlardan da istifadə etmək istəyirlərmiş. Lakin 7 sentyabr 1945-ci ildə SSRİ Berlində keçirilən qələbə paradında ilk dəfə özünün İS-3 tipli yeni, ağır tanklarını nümayiş etdirir. Bu tankları görən müttəfiqlər SSRİ-yə qarşı müharibəyə başlamaq fikrindən çəkinirlər.[1]

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2019-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-04.