Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Adi balqabaq (lat. Cucurbita pepo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü.

Adi balqabaq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

redaktə

Birillik mədəni birevli ot bitkisi olub, gövdəsinin uzunluğu 10 m olub, spiralvari burulan bığcıqları vardır. Adi balqabaq gövdəsi rəndələnmiş, yonulmuş, tikanlı və sərt tükcüklü, yarpaqları tikanlı-kələ-kötür, ürəkşəkilli, beşpərli və itidir. Çiçəkləri bircinsiyylətli, sarı, iri, tək və ya erkəkciyi dəstəlidir. Çiçək tacı zəngşəkilli, 5-10 sm diametrli, itiuclu və düzqalxandır. Meyvəsi iri, diametrli, 15-40 sm, şarşəkilli və ya ellipsvari formalı, çoxsaylı sarımtıl-ağ toxumlardan ibarətdir. İyun ayında çiçəkləyir. Muskat balqabağın gövdəsi küt, yumşaq tükcüklü, yarpaqları 5-7 pərli, dəyirmi-böyrəkşəkilli və iti pərlidir. Tacı iti qatlanmışdır. Meyvələri uzunsov, adətən yastılaşmış-şarvari olmaqla, müxtəlif rənglərdə olur. Toxumları tutqun-ağ olur. Balqabaq iri silindrik olub, gövdəsi yumşaq tükcüklüdür. Yarpaqları 5 pərli, böyrəkşəkilli, küt, dəyirmi pərli olmaqla, sərt tükcüklüdür. Tacı girdə, dəyirmi formalıdır. Toxumları iri, ağ və ya sarımtıldır. İyun ayında çiçəkləyir.

Mədəni şəraitdə əkilən 3 növü də becərilir. Toxumlarının toplanıldığı ölkə Ukrayna hesab olunur.

Toxumları payızda meyvələri yetişən dövrdə toplanılır. Meyvələri əl ilə yığılır, toxumları lətli meyvəyanlığından seçilir. Meyvələrinin ümumi kütləsinin 10%-ni toxumlar təşkil edir. Meyvələrinin lətli hissəsindən karotin alınır. Toxumları qızdırılmadan yaxşı ventiliyasiyalı çardax və naveslərdə 2 sm-ə qədər qalınlığında kağız və ya parça üzərində sərərək qurudulmalıdır. Müalicə məqsədilə istifadə edildiyindən quruducu soba və şkafda qurutmaq məqsədəuyğun sayılmır.

Adi balqabaq mötədil, mülayim yerlərdə daha məhsuldar olur. Ventiliyasiyalı, quru yerlərdə (3 il) saxlanılalıdır.

Tərkibi və təsiri

redaktə

Toxumlarının tərkibində 50%-ə qədər piyli yağlar, triqliseridlər, palmitin və stearin (30%-ə qədər), olein (25%-ə qədər), linol (45%-ə qədər) turşuları olur. Çoxlu miqdarda (80%-ə qədər) qeyri-təbii yağ turşuları vardır. Balqabaq toxumunun başlıca olaraq farmakoloji aktiv maddələri antihelment effektli 0,1-0,3% aminturşu olan kukurbitin (3-amino-3-karboksi pirrolidin) təşkil edir. Bundan başqa toxumlarının tərkibində aminturşu, qatranlı maddələr, В, С, Е vitamin qrupları, karatinoidlər və üzvi turşular saxlayır. Lətli hissəsində şəkər (4-11%), vitamin С, karatinoidlər (16 mq%-qədər), В1, В2 və nikotin turşusu vardır. Antihelmint, ödqovucu və antiseptik dərmandır.

Xalq təbabətində toxumlarının müalicəvi təsiri çoxdan məlumdur. Bundan başqa elmi təbabətdə eksperimental və kliniki cəhətdən ətraflı öyrənilmişdir. Son zamanlar aparılan tədqiqatlar nəticəsində toxumdan alınan lipofil tərkibli bioloji aktiv maddələr hepatoprotektor, ödqovucu, xoraəleyhinə, reparativ, iltihabqovucu, antiaterosklerotik dərmanlar alınmışdır.

Toxumlarından alınan yağ bir çox hüceyrələrinin proliferasiyasını azaldır, dizuritik simptomların qarşısını almaqla, prostat vəzinin iltihab və adenomasında istifadə edilir.Tıkveol (toxumunun piyli yağı). Ödqovucu, xoraəleyhinə, antiseptik, hepatoprotektor, antiaterosklerotik dərmandır.

Peponen, kapsulu 0,3 q (toxumunun yağı). Antidizuritiv, hipolipidemik və immunomodulyator dərmandır. Aterosklerozun profilaktikası zamanı istifadə edilir.

Prostavit, kapsulu. Antidizuritik dərmandır.

Qabıqlardan təmizlənmiş toxumları ex tempore emulsiya hazırlanır ki, bu da helmintlərin müalicəsində işlədilir. Əsasən lentşəkilli (donuz zəncirvarisinin, cırtdan, uzun lentşəkilli) və bizquyruq qurdların müalicəsində müvəffəqiyyətlə işlədilir. Toxumlarının yağından hepatotrop və ödqovucu dərman kimi hepatitdə, qaraciyərin piy distrofiyasında, öd yollarının diskenziyasında, qastrit, mədə və 12 barmaq bağırsağın  xora xəstəliyində iltihabqovucu dərman kimi istifadə edilir. Prostat vəzinin adenomasında keyfiyyətli antidizuritiv vasitə olaraq işlədilir. Toxumlarından hazırlanmış yağdan uşaqlıq boynunun eroziyasında dermatit, ekzema və yanıqlarda olduqca yaxşı təsir göstərir. Meyvəsinin lətindən sidikqovucu, ödqovucu və yüngül işlədici dərman hazırlanır. Bağırsaq funksiyasını artırır, qəbizlikdə, orqanizmdən xloridlərin ayrılmasında, diurezin artırılmasında işlədilir.

İstinadlar

redaktə
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1010.

Həmçinin bax

redaktə