Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Adolf Fredrik (İsveç kralı)

İsveç kralı

Adolf Fredrik (isv. Adolf Fredrik, alm. Adolph Friedrich‎; 14 may 1710[1][2][…], Qottorp sarayı[d], Şlezviq-Holşteyn12 fevral 1771[1][2][…]) — 1751–1771-ci illərdə İsveç kralı.

Adolf Fredrik
isv. Adolf Fredrik
25 mart 1751 – 12 fevral 1771
ƏvvəlkiI Fredrik
SonrakıIII Qustav
bayraq
Finlandiya hersoqu
25 mart 1751 – 12 fevral 1771
ƏvvəlkiI Fredrik
SonrakıIII Qustav
Şəxsi məlumatlar
Doğum tarixi 14 may 1710(1710-05-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 12 fevral 1771(1771-02-12)[1][2][…] (60 yaşında)
Dəfn yeri
Fəaliyyəti monarx
Uşaqları
Dini lüteranlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Adolf Fredrik 14 may 1710-cu ildə Şlezviq şəhərində anadan olmuşdur. O, Holşteyn-Qottorp sülaləsindən idi. Fredrik 16 sentyabr 1727-ci ildə Lübek knyaz-yepiskopu olmuşdur. O, 18 iyun 1739-cu ildən Holşteyn-Qottorp hökmdarı idi. 1741–1743-cü illərdə Rusiya ilə müharibədə İsveçin məğlubiyyətindən sonra rusları razı salmaq məqsədilə 23 iyun 1743-cü ildə imperatriça Yelizaveta Petrovna Riksdaq tərəfindən İsveç taxtının varisi seçilmişdir. Adolf Fredrik 1751-ci ildə taxta çıxmışdır. O, II Fridrixin bacısı Luiza Ulrika Prussiyalı ilə evlənmişdir. Adolf Fredrik Rusiya imperatoru III Pyotrun əmisi, İsveç kralları III QustavXIII Karlın atasıdır. O, 12 fevral 1771-ci ildə, 60 yaşında Stokholm şəhərində vəfat etmişdir.[6]

İstinadlar

redaktə
  1. 1 2 3 4 Adolf Fredrik (швед.). 1917.
  2. 1 2 3 4 Adolf Frederick // Encyclopædia Britannica (ing.).
  3. Union List of Artist Names (ing.). 2017.
  4. Lundy D. R. Adolf Frederik I von Holstein-Gottorp, King of Sweden // The Peerage (ing.).
  5. Olsson M. Riddarholmskyrkan - inventories and graves. 1937. S. 416.
  6. В. В. Рогинский. А́ДОЛЬФ ФРЕ́ДРИК Arxivləşdirilib 2022-06-15 at the Wayback Machine

Əlavə ədəbiyyat

redaktə