Afon
Afon (yun. Άγιον Όρος — Müqəddəs Dağ) Cənubi-şərqi Yunanıstanın Halkidiki yarımadasından Egey dənizinə tərəf uzanan 3 dar və uzun yarımadan biri. Afon yarımadasının ərazisi dağlıqdır. Ən yüksək nöqtəsi yarımadanın ən cənubundakı Afon dağıdır. (2.033 m). Əhalinin əsasını Rahiblər təşkil edir. Burada 20 monastır vardır. Dövlətin idarəsi 20 monastırı təmsil edən 20 kişi və bir məclis tərəfindən idarə edilir. Əhalinin əsas gəliri zeytun və üzümdən əldə edilir. Afon əhalisinin hamısı kişilərdən təşkil olunub. Afona qadınların girmişi qadağandır.
Muxtar teokratik respublika | |
Afon Muxtar Keşiş Respublikası | |
---|---|
yun. Αὐτόνομη Μοναστικὴ Πολιτεία Ἁγίου Ὄρους | |
39°20′ şm. e. 45°30′ ş. u.HGYO |
|
Ölkə | Yunanıstan |
Daxildir | 20 manastır |
İnzibati mərkəz | Karyes |
Baş keşiş | Elder Stefanos Chilandrinos |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1927 |
Sahəsi | 335,63 km² |
Hündürlük | 2.033 m |
Əhalisi | |
Əhalisi | 1.811 nəfər (2011) |
Etnik tərkib | Yunanlar və başqa ölkələrdən gəlmə keşişlər |
Dini tərkib | Şərqi Ortodoks Kilsəsi |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
20 Monastır
redaktə- Megísti Lávra (Μεγίστη Λαύρα)
- Vatopédi (Βατοπέδι veya Βατοπαίδι)
- İveron (Ιβήρων, ივერონის მონასტერი — Gürcü manastırı)
- Hilandariu (Χιλανδαρίου, Хиландар — Serb manastırı)
- Dionysiu (Διονυσίου)
- Kutlumusiu (Κουτλουμούσι)
- Pantokratoros (Παντοκράτορος)
- Ksiropotamu (Ξηροποτάμου)
- Zografu (Ζωγράφου, Зограф — Bolqar manastırı)
- Dohiariu (Δοχειαρίου)
- Karakalu (Καρακάλλου)
- Filoteu (Φιλοθέου)
- Simonos Petra (Σίμωνος Πέτρα veya Σιμωνόπετρα)
- Agiu Pavlu (Αγίου Παύλου)
- Stavronikita (Σταυρονικήτα)
- Ksenofondos (Ξενοφώντος)
- Osiu Grigoriu (Οσίου Γρηγορίου)
- Esfigmenu (Εσφιγμένου)
- Agiu Panteleimonos (Αγίου Παντελεήμονος veya Ρωσικό, Святого Пантелеимона — Rus manastırı)
- Konstamonitou (Κωνσταμονίτου)
Afon dağına qadınların girişi qadağası
redaktəƏgər Afon dağına getmək istəyirsinizsə, əvvəlcə pasportunuzun surətini Afondakı zəvvarlar bürosuna göndərməlisiniz. Hər gün 100 pravoslav və 10 qeyri-pravoslav kişi zəvvar Afondakı 20 monastrdan birində üç gün yaşamaq üçün buraya gəlir. Bura gəlmək qadınlara qadağan edilib. Kişilərsə bura yaxınlıqdakı iki yunan limanından bərə ilə gəlirlər.
Bu yerləri qadınlar üçün min il bundan əvvəl qadağan ediblər. Onlar yarımadanın yarım kilometrliyindən bu yana keçə bilməzlər.
"Afon dağı: Cənnətdə dirçəlmə" (Mount Athos: Renewal in Paradise) kitabının müəllifi Graham Speake deyir ki, bu dağın 972-ci ildə Bizans imperatoru İoann Tsimisxi tərəfindən tərtib edilmiş nizamnaməsində dişi heyvanların bura gətirilməsi qadağan edilir, amma qadın adı çəkilmir. Alimin sözlərinə görə, o vaxtlar qadınların kişi monastrına gəlməsi onsuz da qadağan idi.
Speake bunu da deyir ki, belə bir qadağan "nikahsızlıq öhdəliyinin" qorunması üçün ən yaxşı vasitə idi. Amma qadağanın pravoslavlıqla bağlı başqa əsasları da var.
"Bir rəvayətə görə göyərtəsində müqəddəs Məryəm olan gəmi Kiprə gedərkən tufana düşüb və dalğalar onu Afon sahilinə gətirib. Bu yer Məryəmin o qədər xoşuna gəlib ki, oğlundan bu torpağın ona verilməsini xahiş edib və oğlu bu ricanı yerinə yetirib" – deyir Speake
Qadağalar
redaktə"Rahiblər demək olar ki, ağartı yemirlər. Bir az pendir, bəlkə… Onu da salatda xoşlayırlar" – deyir Speake.
"Pasxa bayramında rahiblər toyuq yumurtası yeyirlər. Onlar yumurtaları qırmızıya boyayırlar. Amma yumurtanı kənardan gətirmək lazım gəlir, çünki burda toyuqların olması da qadağandır" – deyir alim.
Bir də vəhşi heyvanlar üçün istisna var, axı onlara nəzarət qeyri-mümkündür.
Oğlan uşaqlarına aid qaydalar da ayrıca təsbit edilib. Afon dağına gəlmək icazəsi üçün saqqal uzatmaq lazımdır.
Speake deyir ki, Bizans zəmanəsində də bura oğlan uşaqlarının və xədimlərin gəlməsi qadağan idi. Belədə kişi paltarı geyinmiş qadınları da aşkar etmək asan olur.
"Amma indi oğlanlar Afona çox gəlirlər, lakin onların yanında böyüklərdən kimsə, adətən ataları olur" – deyir Speake.
İstinadlar
redaktəhttps://www.bbc.com/azeri/analysis/2016/05/160528_women_mount_athos