Autofaqiya
Autofaqiya (hərfi mənada: özünüyemə, q.yun. αὐτός, auto — "özü" və φαγεῖν — "yemək") — hüceyrənin daxili komponentlərinin onun lizosomlarının və ya vakuollarının içərisinə çatdırılması və onlarda deqradasiyaya uğraması prosesi[1]. Hüceyrənin lazımsız və ya disfunksional komponentlərini məhv edən təbii və nizamlı mexanizmdir[2]. Hüceyrə ölümünün autofaqik növündə hüceyrənin bütün orqanoidləri həzm olunur və yalnız makrofaqlar tərəfindən udulan hüceyrə tullantısı qalır.
Otofaqiyanın tənzimlənməsi
redaktəAutofaqiya normal şəraitdə istənilən normal hüceyrənin həyatını müşayiət edir.
Hüceyrələrdə autofaqiya proseslərini gücləndirmək üçün əsas stimullar ola bilər:
- qida çatışmazlığı;
- sitoplazmada zədələnmiş orqanoidlərin olması;
- sitoplazmada qismən denaturasiya olunmuş zülalların və onların aqreqatlarının olması.
Aclıqdan başqa, autofaqiya oksidləşdirici və ya tokisiki stress nəticəsində də yarana bilər. Autofaqiyanı tənzimləyən genetik mexanizmlər hazırda maya göbələyində ətraflı şəkildə öyrənilir. Beləliklə, autofaqosomların əmələ gəlməsi üçün Atg-ailəsinin çoxsaylı zülallarının (autofaqosoma bağlı zülallar) aktivliyi tələb olunur. Bu zülalların homoloqları məməlilərdə (insanlar da daxil olmaqla) və bitkilərdə aşkar edilmişdir.
Normal və patoloji proseslərdə autofaqiyanın əhəmiyyəti
redaktəAutofaqiya hüceyrələri lazımsız orqanoidlərdən, eləcə də bədəni lazımsız hüceyrələrdən təmizləmə yollarından biridir. Autofaqiya embriogenez prosesində, özünüproqramlaşdırılmış hüceyrə ölümü baş verən zaman xüsusilə vacibdir. Hal-hazırda, autofaqiyanın bu variantı daha çox kaspazdan asılı olmayan apoptoz adlanır. Bu proseslər pozulursa və məhv edilmiş hüceyrələr çıxarılmazsa, embrion çox vaxt həyat qabiliyyətinə malik olur.
Bəzən autofaqiya sayəsində hüceyrə qida və enerji çatışmazlığını kompensasiya edərək normal fəaliyyətinə qayıda bilir. Əksinə, autofaqiya proseslərinin intensivləşməsi vəziyyətində hüceyrələr məhv edilir və bir çox hallarda onların yerini birləşdirici toxuma tutur. Bu cür pozğunluqlar ürək çatışmazlığının səbəblərindən biridir. Ölü hüceyrələrin hissələri çıxarılmasa, autofaqiya prosesindəki pozğunluqlar iltihaba səbəb ola bilər.
Autofaqiya pozğunluqları miopatiyaların və neyrodegenerativ xəstəliklərin inkişafında xüsusilə böyük rol oynayır. Beləliklə, Alzheimer xəstəliyində, beynin təsirlənmiş bölgələrində neyronların proseslərində hüceyrə orqanına daşınmayan və lizosomlarla birləşməyən yetişməmiş autofaqosomların yığılması var. Mutant huntinqtin və alfa-sinuklein — neyronlarda yığılması müvafiq olaraq Hantinqton və Parkinson xəstəliyinə səbəb olan zülallar şaperonun autofaqiyası ilə qəbul edilir və həzm olunur və bu prosesin aktivləşməsi onların aqreqatlarının neyronlarda əmələ gəlməsinin qarşısını alır[3] .
Tədqiqat tarixi
redaktə2016-cı ildə Stokholmda yapon alimi Yoşinori Oşumi autofaqiya mexanizmlərinin kəşfi və tədqiqinə görə fiziologiya və ya tibb üzrə Nobel mükafatına layiq görülüb.[4] .
İstinadlar
redaktə- ↑ Farrugia G, Balzan R. Oxidative stress and programmed cell death in yeast. . 2 (Front Oncol.) (64). 2012. doi:10.3389/fonc.2012.00064.
- ↑ Klionsky DJ. "Autophagy revisited: a conversation with Christian de Duve". (Front Oncol.). 2008. doi:10.4161/auto.6398.
- ↑ Huang J, Klionsky D. J. Autophagy and human disease. Cell Cycle. 2007 Aug 1;6(15):1837–1849
- ↑ "The Nobel Prize in Physiology or Medicine 2016". Фонд Нобеля. 2016-10-03. 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-04.