Balaxna
Balaxna — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir.
Şəhər | |
Balaxna | |
---|---|
56°28′51″ şm. e. 43°32′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1536 |
İlk məlumat | 1536 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 75 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 83144 |
Poçt indeksi | 606400–606427 |
Digər | |
balakhna.nn.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMüasir Balaxna Nijni Novqorod vilayətində şəhər, həm də Volqa çayı üzərində gəmi dayanacağı kimi tanınır. Şəhər ərazisində Balaxna düşərgəsi (Neolit dövrünə aid) aşkar edilmişdir. Tarixən Volqa boyunda Çeremis, Udmurt tatarları, bulqarlar yaşamışdılar. Vladimir-Suzdal knyazlarının Bulqar hakimləri ilə ardıcıl müharibələri (1164, 1186, 1205, 1220, 1230) Rusun Şərqə doğru xeyli miqyasda böyüyüb genişlənməsinə gətirib çıxardı. Nijeqorod knyazı Kostantin Vasilyeviç (1309-1355) Oka, Kudma, Volqanın sağ qollarının üstünü ruslarla məskunlaşdırdı. Oğlu Boris Konstantinoviç zamanı isə rus kəndləri Volqa sahilləri ilə Sura çayına qədər yayıldılar; çuvaşlar, mordvalılar ruslarla bərabər Sura çayının sahillərində qarışıq yaşamağa başladılar. Böyük Moskva knyazı III İvan 1479-cu ildə Nijni Novqorodlulardan təşkil olunmuş qoşunu buraya səfərbər etdi. Birbaşa Roma papasının tövsiyəsi ilə sonuncu Bizans şahzadəsi ilə evlənən III İvan tezliklə tatar-türk əsilzadələrinə münasibətini sərtləşdirdi; onların xristianlığa keçməsi sürətləndirildi. 1478-ci ildə indiyədək müstəqilliyini saxlamış Böyük Novqorodu zəbt edib onun əhalisini bu ərazilərə, o cümlədən Balaxnaya köçürdü. Şəhərdəki Nikol kilsəsi İvan Qroznının əmri il Kazanın alınması münasibətilə tikilmişdi(1552). O, Kazan üzərinə gedərkən burada dayanıb düşərgə salmışdı. Balaxnanın istilasından təxminən 100 il sonra çar İvan Vasilyeviç (İvan Qroznı-o rus tarixində ilk "çar" titulu daşıyan hökmdardır; rus ölkəsində məhz onun zamanında Rossiya adlandırılmağa başladı) 1579-cu ildə Balaxnanın gəlirini türk əslindən dönüb yenicə xristianlığı qəbul edən Q. Tevyaşova bağışladı. Tevyaşovlar bu böyük ənamdan əvvəl də zəngin ticarət şəhəri Surojda tacirlik edirdilər. XVI əsrin I yarısında Balaxnada duz çıxartma işi çiçəklənir. Lakin çox keçmir ki, tənəzzülə uğrayır. I Pyotrun dənizlərə üz tutması ilə bağlı olaraq şəhərdə gəmiqayırma işi tərəqqiyə başlayır. 1695-ci ildə burada I Pyotrun Azov yürüşü üçün gəmilərin ağac qabırğaları hazırlanırdı. Bir qayda olaraq şəhərin adını türk dillərindən alınmış (əsli fars) Balaxanı və Balaqan sözünün yüksəklik, üst tikintisi olmaqla "barak, çardaq, anbar, saray, emalatxana təyinatli müvəqqəti tikili" mənasını qeyd edirlər. Bu mənada onu hündür tikili, üst tikili, ev, yaşayış məskəni (kənd, oba) mənasını ifadə edən söz kimi də qəbul etmək mümkündür. Türkmənistanda (Uzun Adada) Balxanı dağları adının, eləcə də Balkan adının yüksəklik mənası ifadə etdiyi nəzərə alınmalıdır. Balaxna "Rusiyanın ilk vətəndaşı" kimi fəxri ada layiq görülən Mininin vətənidir. Onun əcdadı Orda əsilzadələri hesab olunur. Böyük ədib Maksim Qorkinin də anası kökü və soyu etibarı ilə Balaxnaya məxsusdurlar.
Coğrafiyası və iqlimi
redaktəƏhalisi
redaktəİqtisadiyyatı
redaktəŞəkilləri
redaktəMənbə
redaktəMinaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009, səh.46-48
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Rusiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |