Bontoklar
Bontoklar, iqorotlar (hərbi mənada - dağlılar)[1] - Filippinin dağ xalqlarından biri.[2].
Bontoklar Luson adasındakı Mərkəzi Kordilyer dağlarında (Dağlıq əyaləti) yaşayırlar. Əsas mərkəzləri Bontok və Saqadadır. Sayları 57,2 min nəfərdir (2005).
Dilləri və dinləri
redaktəFilippin dillərinin Mərkəzi Kordilyer qrupunun mərkəzi bontok (dialektləri saqanda, ginaanq, bayyu) və finalliq (şərqi bontok, cənubi bontok; dialektləri Lias, barliq, kadaklan) dillərində danışırlar. Həmçinin ilokano, taqal, kankanay və ingilis dilləri yayılmışdır[3]. Yazıları latın qrafikası əsasındadır. Bontokların əksəriyyəti ənənəvi inanclarını saxlayır, təqribən 8%-i xristiandır.
Tarixi
redaktəİspanların 1663-1665-ci illərdə mis və qızıl yataqlarını ələ keçirmək üçün ilk cəhdləri bontokların sərt müqavimətinə rast gəlmişdi. Yalnız XIX əsrin ortalarında ispanlar lepanto şəhərində hərbi qarnizon yerləşdirilməsinə nail oldular. Tədricən bontok şəhərlərində çoxsaylı polietnik əhali məskunlaşdı.
Əsas məşğuliyyətləri
redaktəBontokların əsas məşğuliyyətləri terraslı toxa əkinçiliyidir (suvarma çəltik, şirin kartof-kamote, darı). Onların bir hissəsi heyvandarlıqla da məşğuldur; camış, donuz, inək, toyuq saxlayırlar. Şəkər qamışından və düyüdən spirtli içkilər hazırlayırlar. Qadınlar arasında toxuculuq (sapı əl ilə ağac lifindən əyirirlər; müasir mərkəzləri:Bontok və Samoki), parça boyadılması (göy rəng və həndəsi ornamentlər üstünlük təşkil edir), keramika istehsalı (mərkəzi Samoki yaşayış məskənidir); kişilər arasında bambuk və rotanqdan hörmə, ağac və daş üzərində oyma (düşmən başlarını təsvir edən heykəltaraşlıq başlıqlı dirək-komislər, ev bütləri - tinaqtaqoaların fiqurları; heyvan başlarının heykəltaraşlıq təsviri olan ayin qabları, və sair), musiqi alətlərinin və silahin (döyüş baltaları, nizələr, qalxanlar; müasir mərkəzi Tokukandır) düzəldilməsi yayılmışdır.
Etnoqrafik xüsusiyyətləri
redaktəKişilərin geyimi ağac lifindən, yaxud parçadan hazırlanmış bel sarğısı, çiyinlik və toxunma papaqdan (suklanq), qadınların geyimi qısa, tikilməmiş yubkadan (lufid) ibarət olmuşdur. Nikaha qədər qızlar və oğlanlar qulağın sırğalıq hissəsini xüsusi oynaqlar taxmaqla böyüdürdülər. Düşmən başının ovu ilə bağlı bontoklar bədənlərinə şəkillər döydürürlər (tatuirovka).
Evlər daş, gil, ağac və bambukdan tikilir. Ərazilər icmalarnı (ato) düşmən başlarının saxlandığı, ağsaqqallar şurasının (intuqtikan) toplandığı və nikaha qədər oğlanların yaşadığı kişi məclisləri evi (ato) olan məskən, yaxud məhəllə təşkil edir. (Bontok şəhəri XVII əsrədək atonu birləşdirirdi). Oğlanlar 7 yaşınadək sünnət olunurdu. Qızlar üçün olan evlər (olaq) gənclərin görüş yeri idi. İcma və özəl torpaq mülkiyyəti formaları mürəkkəb idi: dərəcələrə (kadanqyan/kaşanqyan-ali, vad-ay nqaçanna - icmaçılar, pussilava - torpaqsızlar) ənənəvi bölgü hazırda qeyri-ənənəvi üsullarla varlananlar dərəcəsi (dövlət qulluğu, xaricdə iş və s.) - baknanaq (ilokan dilində - varlı) ilə tamamlanmışdır. Kadanqyanların irsi torpaq mülkiyyəti, ayin boyunbağları (akon), sincləri və şərab üçün qədim çini qabları olur. Onların vəzifəsi potlaça (kakao) tipli,yeməklərin paylanması (paopao) ilə sona çatan ictimai bayramların təşkilidir. İcmalararası münasibətlər düşmən başlarının ovu (tumo) və sülh razılaşmaları (peçen) sistemi ilə tənzimlənirdi. Yerlərin (luta), əcdadların (anito) ruhlarının, baş Allah kabunianın (şəxsləndirilmiş səma) və onun oğlu qəhrəman Lumauiqin kultları yayılmışdır. Ayinləri insupok (qadın şamanlar və kahinlər) və inçavatlar (mamaçalar) icra edirlər.
İstinadlar
redaktə- ↑ Albert Ernest Jenks. The Bontoc Igorot. Kessinger Publishing. 2004. səh. 12. ISBN 978-1-4191-5449-2.[ölü keçid]
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 295–296. ISBN 978-9952-441-03-1.
- ↑ "IGOROT Ethnic Groups - sagada-igorot.com". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-27.