Bucaq sürəti
Bucaq sürəti — vektorial kəmiyyət olub, cismin fırlanmasını səciyyələndirir. Bucaq sürətinin qiyməti cismin vahid zamanda dönməsi ilə qiymətləndirilir.
Koordinat sisteminin başlanğıc nöqtəsinə əsasən isə belə ifadə edilir:
burada: — nöqtənin radius vektoru, — bu nöqtənin verilmiş koordinat sistemindəki sürəti, — vektor hasil, — vektorların skalyar hasilidir.
Praktikada çox vaxt -ə bərabər olan fırlanma tezliyindən istifadə edilir. Ölçmə vahidi san−1 və ya dövr/dəq götürülür.
Verilmiş radius üzrə bərabərsürətli hərəkət edən nöqtənin xətti sürətini belə hesablamaq olur: