Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Bulat Utemuratov (qaz. Болат Жамитұлы Өтемұратов; 13 noyabr 1957, Atırau) — Qazaxıstan milyonçusu, dünyanın ən zəngin adamlarından biri. Qazaxıstan Tennis Federasiyasının prezidenti[1]. Onu "Qazaxıstanın boz kardinalı" adlandırırlar.

Bulat Utemuratov
qaz. Болат Жамитұлы Өтемұратов
Digər adı "Qazaxıstanın boz kardinalı"
Doğum tarixi 13 noyabr 1957(1957-11-13) (67 yaş)
Doğum yeri
Həyat yoldaşı Həcər Abjamiyevna
Uşaqları Əlidar, Anuar, Dinara
Milliyyəti qazax
Təhsili
Fəaliyyəti siyasətçi, iş adamı

Həyatı

redaktə

Bulat Utemuratov 13 noyabr 1957-ci ildə Qazaxıstan SSR-in Quryev şəhərində anadan olmuşdur.

1981-ci ildə Xalq Təsərrüfatı Universitetini iqtisadçı ixtisası üzrə bitirmişdir. Təhsilini başa vurduqdan sonra institutda qalıb müəllim kimi işləmişdir.

1986-cı ildə ticarətə və ardınca da birdən-birə yüksəlməyə başlayır. Qazaxıstan SSR Ticarət İcraiyyə Komitəsində baş inspektor vəzifəsinə təyin edilib. Bir ildən sonra artıq "Yubiley" qastronomunun baş direktoru olur. 1990-cı ildə isə xarici ticarət əlaqələri nazirliyində işləməyə başlayır.

Ticarət sahəsindəki təcrübəsi prezident Nursultan Nazarbayevin diqqətini çəkir və onu öz yanına gətirir. 1992-ci ildə Bulat Utemuratov Qazaxıstanın Avstriyadakı ticarət evinin ilk rəhbəri təyin edilir. Orada onun əsas vəzifəsi metal almaq istəyən Avropa şirkətləri ilə Qazaxıstan hökuməti arasında vasitəçi olmaq, eləcə də kreditorlarla danışıqlar aparmaq idi. Milyarderin özünün sözlərinə görə,

"Vəzifəni aldığım zaman məni ölkədən göndərmək istədiklərini düşündüm. Amma dostlarından biri bunun mənə böyük imkanlar açdığını dedi.".

Yenidən Qazaxıstanda

redaktə

O, Avstriyadan başqa adam kimi qayıdır — özünə inamlı və qətiyyətli. Qazaxıstana ayağını basar-basmaz xarici ticarət əlaqələri nazirinin müavini olur. Lakin bununla kifayətlənmir. Qazaxıstan hakim dairələrində işləyə-işləyə şəxsi biznesini qurur. 1995-ci ildə "Alma-Ata Ticarət və Maliyyə Bankı" QSC-ni yaradır. 2002-ci ildə bankın adını "ATF Bank" edir. Bununla bərabər, xarici şirkətlərə sink və mis satıraq varidatını durmadan artırır.

"Bloomberg"in qiymətləndirmələrində Bulat Utemuratov Mərkəzi Asiyanın ən varlı şəxsi kimi göstərilir. Agentlik onun sərvətinin həcmini 2008-ci ildə 1 milyard, 2014-cü ildə 3,4 milyard dollar qeyd edir. "Forbes" isə bu rəqəmin 2,4 milyard dollar olduğunu iddia edir. O, bu sərvəti idarə etməklə bərabər, 15 ilə qədər müddətdə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi işləyir ki, beləliklə, öz biznes maraqlarını da qorumuş olur.

Utemuratovun biznesində daha vacib dövr 2007-ci ildə başlayır. O, "ATF Bank" UniCredit Austria AG-ni satışa çıxarır. Təcrübədə ilk dəfə İtaliyanın "UniCredit" şirkəti Qazaxıstan bankının alışına 2 milyard dollar vəsait ödəyir. 2009-cu ildə dünya maliyyə böhranından sonra o, "Kassa Nova" bankını və ölkənin ilk mikrokredit bankı olan "ForteBank"ı yaradır.

Siyasi fəaliyyəti

redaktə

Bulat Utemuratov müxtəlif vaxtlarda Qazaxıstanın hakimiyyətinin yüksək vəzifələrində təmsil olunub. 1990–1992-ci illərdə Xarici İqtisadi Əlaqələr Dövlət Komitəsinin rəhbəri, 1992-ci ildə Qazaxıstanın Avstriyadakı ticarət evinin direktoru işləyib. 1993-cü ildə Qazaxıstana qayıdaraq Xarici iqtisadi əlaqələr, 1994–1995-ci illərdə isə Sənaye və ticarət nazirinin birinci müavini olur.

1996–1999-cu illərdə Qazaxıstanın İsveçrədəki səfiri vəzifəsini yerinə yetirir[2].

2003-cü ildə prezidentin xarici iqtisadi əlaqələr üzrə köməkçisi vəzifəsinə təyin edilir. 2003-cü ildən 2006-cı ilə qədər Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasının katibi olur. 2008–2013-cü ilə qədər Nursultan Nazarbayevin ştatdankənar məsləhətçisi, 2010–2014-cü illərdə isə Qırğızıstanla əməkdaşlıq üzrə prezidentin xüsusi nümayəndəsi işləyir. 2014-cü ildən xeyriyyə fondu olan "Asıl Miras" fondunun fəxri heyətinin üzvüdür[3]. O, həm də 2007-ci ildən Qazaxıstan Tennis Federasiyasının prezidentidir.

Sərvəti

redaktə

Utemuratovun real gəliri barədə dəqiq məlumat yoxdur. Amma o məlumdur ki, Utemuratovun sərvəti 2000-ci ildən bu yana Qazaxıstanın iqtisadi göstəriciləri ilə birgə yüksəlir. Bütövlükdə onun kapitalına aşağıdakılar daxildir:

  • Banklar — 54 milyon dollar; "Kassa Nova", "ForteBank";
  • Nağd vəsait — 1,76 milyard dollar;
  • Öhdəlikləri — 831 milyon dollar; "GlencoreXstrata", "OrionMineralsGroup";
  • Xammal məhsulları — 1,03 milyard dollar;
  • Digər — 60 milyon dollar; Qazaxıstanın "31 kanal" kanalı, Cənubi Qazaxıstandakı sement zavodu;
  • Telekommunikasiya — 559 milyon dollar; "KaR-Tel", "SkyMobile";
  • Daşınmaz əmlak — 765 milyon dollar; Moskvada və Vyanadakı "Ritz-Carlton" otelləri, eləcə də "Rixos Borovoe".

2006-cı ildə o, biznesini bir dam altında – "Vernıy Kapital" invesitisiya şirkətinin tərkibində qruplaşdırsa da həmin şirkətdə heç bir rəsmi vəzifə tutmur. Şirkətin idarə etdiyi investisiyanın dövriyyəsi 4 milyard dollardır. Bundan əlavə, o, yeni internet layihəsi olan "Informburo.kz"-yə imza atıb. Təxminlərə əsasən, layihə multimedia portalına çevriləcək. Bundan başqa, "31 kanal" və "İnformbüro" da ona aiddir.

2015-ci ildə üç bankın birləşməsindən "ForteBank" adlı maliyyə institutunu yaradıb. Bu gün milyarderin həmin bankdakı payı 74,8 faizdir. Qazaxıstan Mərkəzi Bankının hesabatına görə, 2015-ci il mart ayının 1-nə "ForteBank"ın aktivləri 894,3 milyard tenge (4,8 milyard dollar ekvivalentində) təşkil edib. Öhdəlikləri isə 741,5 milyard tenge (4 milyard dollar) olub.

Bundan başqa, o, MoskvadaVyanada "Ritz-Carlton" otellərinə sahibdir. 2013-cü ildə o, "Kazsink" şirkətini transmilli treyder olan "Glencore Xstrata" satıb. Pulun əvəzində sözügedən şirkətdə 2,5 faiz pay alıb. O, elə həmin ildə "Samruk Kazına"nın da satışını reallaşdırıb.

Ailəsi

redaktə

Bulat Utemuratov Həcər Abjamiyevna ilə evlidir. Onların bu nikahdan üç övladları var. Böyük oğlu Əlidar Utemuratov 1979-cu ildə anadan olub. Pekin Universitetini bitirib. Bundan əvvəl isə o, təhsil haqqı kifayət qədər baha olan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində oxuyub. İxtisasca iqtisadçı-politoloq olan Əlidar, ölkənin məşhur şirkətlərində işləyir. Milyarderin kiçik oğlu Anuar Utemuratov 1983-cü ildə dünyaya gəlib. "Alassio Capital" şirkətinin direktorlar şurasının üzvüdür. Bulat Utemuratovun Nursultan Nazarbayevin qızının şərəfinə Dinara adlandırdığı qızının isə hələ 13 yaşı var.

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. Мысин Н. "Президент федерации тенниса Казахстана Булат Утемуратов: Мы спасли ваших ребят от завершения карьеры". Советский спорт. 2012-04-11. 2013-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-27.
  2. "Посольство Республики Казахстан в Швейцарии". 2015-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
  3. ПОПЕЧИТЕЛЬСКИЙ СОВЕТ "Асыл Мирас" Arxivləşdirilib 2016-03-18 at the Wayback Machine. asylmiras.org (rus.)

Xarici keçidlər

redaktə