Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Butan

və ya rəsmi adı ilə Butan Krallığı — Cənubi Asiyada dövlət

Butan (dzonqxa: Druk Yul) və ya rəsmi adı ilə Butan Krallığı (dzonqxa: Druk Yul Kap — Əjdaha ölkəsi) — Cənubi Asiyada dövlət. Butan şimal və şimal-qərbdə Çin, cənub, cənub-qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Thimphu şəhəri, ümumi sahəsi 38,394 kvadrat kilometrdir. Butanın dənizə çıxışı yoxdur.

Butan
འབྲུག་རྒྱལ་ཁབ་ (Druk Yul Kap)
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Happiness is a place, Mae hapusrwydd yn lle
Tarixi
 • Əsası qoyulub 17 dekabr 1907
 • Hind-Butan müqaviləsi 8 avqust 1949
Rəsmi dilləri
Paytaxt Thimphu
İdarəetmə forması Konstitusiyalı monarxiya
Kral Ciqme Xesar Namqyel Vanqçuk [9.XII.2006 ~]
Baş Nazir Tshering Tobgay [28.I.2024 ~]
Sahəsi Dünyada 133-cü
 • Ümumi 38,394 km² km²
 • Su sahəsi (%) <1
Əhalisi
 • Əhali 741 min nəfər (161-ci)
 • Sıxlıq 15 nəf./km²
Valyuta Butan nqultrumu
İnternet domeni .bt
ISO kodu BT
BOK kodu BHU
Telefon kodu +975
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Butan

Ümumi məlumat

redaktə

Cənubi Asiyada dövlət. Şimal-qərbdə və şimalda Çinlə, cənub-qərbdə, cənubda və şərqdə Hindistanla həmsərhəddir. Sah. 46,65 min km². Əh. 758,7 min (2013). Paytaxtı Thimphu şəhəridir. Rəsmi dil dzonqke (bhotiya) dili, pul vahidi nqultrumdur. İnz. cəhətdən 20 dzonqa (əyalətə) bölünür. Butan BMT-nin (1971), SAARK-ın (Cənubi Asiya regional əməkdaşlıq assosia- siyası; 1985), BVF-nin (1981), BYİB-in (1981), ÜTT-nin (müşahidəçi qismində) üzvüdür.

Dövlət quruluşu

redaktə

Butan unitar dövlətdir. İdarəetmə forması məhdud monarxiyadır; formal yazılı konstitusiyası yoxdur. 1998-ci ilin iyulunda dövlət quruluşunun islahatı keçirilmişdir. Kral hökumət başçısı vəzifəsindən imtina etmiş, dövlət başçısı vəzifəsini, həmçinin dövlət təhlükəsizliyi ilə bağlı ən mühüm məsələlərin həlli zamanı səlahiyyətlərini özündə saxlamışdır. Qanunverici hakimiyyət krala və parlamentə — Milli məclisə (Sonqdu) məxsusdur. 3 illik səlahiyyət müddətinə malik olan Milli məclis 150 üzvdən ibarətdir; 105 üzv ümumi seçkilər yolu ilə seçilir; 10 yeri rahiblərin nümayəndələri tutur; 35 üzvünü dövlət maraqlarını təmsil etmək üçün monarx təyin edir (nazirlər, Kral məşvərətçi şurasının üzvləri, digər rəsmi şəxslər). Kral məşvərətçi şurası 9 üzvdən ibarətdir: 2 nəfər rahiblərdən, 6 nəfər Milli məclis tərəfindən seçilir, sədri isə kral təyin edir. Kral məşvərətçi şurası və Nazirlər şurası Milli məclis qarşısında məsuliyyət daşıyır. İcraedici hakimiyyəti kral və Nazirlər şurası həyata keçirir. Milli məclisin gizli səsvermə yolu ilə seçdiyi nazirləri kral 5 il müddətinə təyin edir; onlar bir dəfə təkrar seçilə və təyin oluna bilərlər, lakin iki müddətdən artıq vəzifədə qala bilməzlər. Partiyaların və həmkarlar ittifaqlarının fəaliyyəti qadağan edilmişdir.

Əhalisi

redaktə

Butanın ərazisi 40.994 km²-dir .[2] 2005-ci ildə aparılmış siyahıya almaya əsasən ölkənin 672.425 nəfər əhalisi var.

Əhalinin etnik tərkibi: Budanlılar %50, Nepal mənbəlilər %35, yerli və köçəri qəbilələr %15. Əhali: 2, 279,723 (İyul 2006 məlumatları)

Yaş quruluşu: 0-14 yaş: %38.9 (kişi 458,801; qadın 426,947) 15-64 yaş: %57.1 (kişi 671,057; qadın 631,078)

65 yaş və üzəri: %4 (kişi 46,217; qadın 45,623) (2006 məlumatları)

Əhali artım nisbəti: %2.1 (2006 məlumatları)

Mühacir nisbəti: 0 mühacir/1,000 əhali (2006 təxmini)

Cinsiyyət nisbəti: doğumlarda: 1.05 kişi/qadın 15 yaş altı: 1.07 kişi/qadın 15-64 yaşlarında: 1.06 kişi/qadın 65 yaş və üzəri: 1.01 kişi/qadın cəmi əhalidə: 1.07 kişi/qadın (2001 məlumatları) Körpə ölüm nisbəti: 98.41 ölüm/1,000 doğan körpə (2006 təxmini) Ortalama həyat sürəsi: Cəmi əhali: 54.78 il kişi: 55.02 il qadın: 54.53 il (2001 məlumatları)

Ortalama uşaq sayı: 4.74 uşaq/1 qadın (2006 təxmini)

HIV/AIDS — xəstəliklərinə yaxalanan yetkin sayı: %0.01-dən az (2001 məlumatları)

HIV/AIDS — xəstəlikləri daşıyan insan sayı: 100-dən az (2001 məlumatları)

Dinlər: Lama Budistləri %75, Hindistan və Nepal Hindiləri %25

Butan knyazlığında əhalinin 75 faizi (ilk növbədə ölkənin əsas xalqı-bxoti) qırmızıpapaq lamaizmə etiqad edirlər. Ölkənin cənubunda Nepaldan və Hindistandan gələn induizm dininin ardıcılları (əhalinin 25 %)da vardır.

Butanın tarixi 7-ci əsrdə Tibetdən buddizmin yayılması ilə sıx bağlıdır. Sonrakı bir neçə əsr ərzində Butanın münbit vadiləri Tibetdən gəlmələr tərəfindən məskunlaşmışdır. Butanda Tibet lamaları tərəfindən çox sayda monastırın əsası qoyulmuşdur. Onlardan ən iriləri 16-cı əsrə aiddir və Tibet buddizminin bir neçə qolu ilə bağlıdır. Butan dövləti 17-ci əsrin əvvəllərində buddizmin müxtəlif cərəyan və məktəblərinin dünyəvi və dini hakimiyyət uğrunda mübarizəsi gedişində meydana gəlmişdir. Butanın banisi Tibet rahibi Şabdrunq Nqavant Namqyal (1594-1651) hesab olunur. O, Butanda dualist hakimiyyət sistemini yaratmış, idarəçilik üzrə səlahiyyətləri dünyəvi (deb racə) və dini (dharma racə) başçılar arasında bölüşdürmüşdü. Lamaizmin hakim drukpa karcupa məktəbinin təmsilçiləri olan Butanın sonrakı dini hökmdarlarına təbəələri Şabdrunqun inkarnasiyaları kimi sitayiş edirdilər. Monastır-qalaların (dzonqların) başçıları xeyli dərəcədə müstəqilliklərini saxlayırdılar. Tədricən Butanda hakimiyyət əyalətləri idarə edən iri feodal-sərkərdələrin əlinə keçdi. 1907-ci ildə onların ən nüfuzlusu Uqyen Vanqçuk (1861-1926) ilk dünyəvi irsi monarx elan edildi. 1933-cü ildə dharma racə vəzifəsi qəti olaraq ləğv edildi. Butan ənənəvi olaraq Tibetin siyasi təsir dairəsinə daxil idi və 1910-cu ilədək ondan vassal asılılığında qalırdı. Avropalılar Butan haqqında ilk məlumatları 1626-cı ildə Portuqaliya missionerlərindən aldılar; 1772-ci ildə ingilislər Butanla rəsmi əlaqələr qurdular. Hindistanda müstəmləkə ağalığı sistemini yaradan B.Britaniya, tədricən Butanı da nəzarəti altına alaraq özünün protektoratına çevirdi. Hindistandakı ingilis idarəsinin Butan hakimləri ilə imzaladıqları bir sıra müqaviləyə (ən mühümləri 1841, 1865, 1910) əsasən Assam və Benqaliya ilə sərhəddəki dağ keçidləri Butandan alındı, xarici siyasətə rəhbərlik ingilislərin əlinə keçdi, Butan hakiminə isə kompensasiya kimi 1865-ci ildən hər il 50 min (1910 ildən — 100 min) rupi həcmində maliyyə yardımı verilməsinə başlandı. Hindistan istiqlaliyyət qazandıqdan sonra (1947) Hindistan hökuməti Butan ilə “Dostluq haqqında müqavilə” (1949, 8 avqust) bağladı.

Müqaviləyə görə, Butan daxili siyasətdə, o cümlədən müdafiə məsələlərində tam müstəqilliyini saxlayaraq xarici siyasətdə Hindistanın məsləhətlərinə əməl etməyə razılıq verdi. 1865-ci ildə zorla alınmış Devangiri mahalı Butana qaytarıldı, Butan hakiminə verilən maliyyə yardımı 500 min rupiyədək artırıldı. 1950-ci ildən ÇXR-in Butana ərazi iddiaları irəli sürməsi ilə əlaqədar ölkənin şimal sərhədi boyunca Hindistan qarnizonları yerləşdirildi. 1950-ci illərdə Hindistan onu Butanla birləşdirən yollar çəkdirdi, bu da krallığın təcrid olunmasına son qoydu (avropalıların Butana gəlməsinə yalnız 1974-cü ildən icazə verildi). Hindistanın dəstəyi ilə krallığın nümayəndəlik institutlarının formalaşdırılması prosesi başladı. Kral Ciqme Dorci Vanqçukun (1929-1972) hakimiyyəti dövründə Kral məşvərətçi şurası yaradıldı, 1953-cü ildə qismən seçilən Milli məclis (Sonqdu) fəaliyyətə başladı. Butanda nizami ordu yaradıldı, quldarlıq ləğv edildi, Thimphu ölkənin daimi paytaxtı oldu, SES-in və Butanın mərkəzi rayonlarından Hindistan sərhədinə yolun tikintisinə başlanıldı. Kral islahatları, ilk növbədə torpaq islahatı iri torpaq sahiblərinin və ruhanilərin bir hissəsinin müqaviməti ilə üzləşdi. Lakin “yuxarıdan” islahatların keçirilməsi kursu dəyişmədi. 1960-cı illərin sonlarında monastırların aldıqları torpaq rentası dövlət təminatı ilə əvəz olundu, monastırların bir qismi bağlandı, rahiblərin sayı isə ixtisar edildi. Yeni kral Ciqme Sinqay Vanqçuk (d. 1955) konstitusiyalı monarxiya institutlarının formalaşdırılmasını davam etdirdi. Əvvəllər yaradılmış Nazirlər şurası 1990-cı illərdə Sonqdu tərəfindən təyin olunmağa başladı. 1998-ci il qanunu Sonqduya ⅔ səs çoxluğu ilə kralı hakimiyyətdən uzaqlaşdırmaq hüququ verdi. 2002-ci ildə Butanda 21 yaşına çatmış bütün şəxslər üçün ümumi seçki hüququ tətbiq edildi. 2004-cü ilin dekabrında Konstitusiya layihəsi işlənib hazırlandı. 2006-cı il dekabrın 14-də Butanın dördüncü kralı Ciqme Sinqay Vanqçuk oğlu Ciqme Khesar Namqyalın (d. 1980) xeyrinə taxtdan əl çəkdi. 1988-ci ildə Butan kralı hinduizm tərəfdarları olan etnik nepallıların nüfuzunun zəiflədilməsinə yönəldilmiş bir sıra qanunlar qəbul etdi. Bu da 1990-cı ildə ölkənin cənubunda Assam və Qərbi Benqaliyanın sol qüvvələri tərəfindən dəstəklənən bir qrup nepallının başçılığı ilə kral əleyhinə çıxışlara səbəb oldu. Çıxışlar polis tərəfindən yatırıldı. Nepal azlıqlarının hüquqlarının məhdudlaşdırılması və 1990-cı ildən sonra nepallıların bir qisminin Butandan köçməsi Nepal-Butan münasibətlərinin kəskinləşməsinə gətirib çıxartdı. Hindistan və BMT-nin iştirakı ilə Nepal və Butan arasında qaçqınların (100 min nəfər) qayıtması məsələsinə dair danışıqlar nəticə vermədi. 1990-cı illərin sonlarında Butana Hindistanın şimal-şərq rayonlarından separatist təşkilatların döyüşçüləri soxuldular. 2003-cü ildə ordu onlara qarşı müvəffəqiyyətli əməliyyat keçirdi. Demokratik islahatlar uğrunda çıxış edən Butan konqresi partiyası və Butan xalq partiyası kral tərəfindən ləğv olundu. Butan konqresi öz fəaliyyətini xaricdə davam etdirir. Hindistan və Butan arasındakı münasibətlərə və Butanın xarici siyasətinə Hindistanın siyasi emissarı nəzarət edir. Butan 1971-ci ildə Hindistanın dəstəyi ilə BMT-yə üzv qəbul olundu. Az sonra Butana yardım göstərilməsi üzrə BMT proqramı qəbul edildi. 1980-ci illərdən BVF və BYİB ölkəyə yardım göstərməyə başladı. 1973-cü ildən Butan Qoşulmamaq hərəkatının iştirakçısıdır. 1990-cı illərdə Butanın Nyu-York və Cenevrədə BMT yanında diplomatik missiyaları təsis edildi, Nyu-Dehlidə (Hindistan) və Cənubi Asiyanın digər dövlətlərində səfirlikləri açıldı.

Təbiəti

redaktə

Relyef, geoloji quruluş və faydalı qazıntılar. Butanın ərazisi Şərqi Himalay dağlarının cənub yamacının çətin keçilən yüksək dağlıq hissəsindədir. Səthi Brahmaputra hövzəsi çaylarının dərin dərələri ilə kəskin parçalanmışdır. Cənub sərhədi boyu dar zolaq şəklində dağətəyi allüvial düzənliklər (duarlar) uzanır. Ölkənin cənub hissəsini təpəli öndağlıqlar, mərkəzini Kiçik Himalay dağlarının submeridional qolları (hünd. 4840 m-ədək), şimalını isə Böyük Himalay dağlarının qolu (Kula-Kanqri d. 7554 m., Butanın ən yüksək nöqtəsi) tutur. Tektonik cəhətdən Butanın ərazisi Kaynozoyun Alp-Himalay mütəhərrik qurşağına aiddir. Dəmir, qurğuşun və mis filizlərinin, daş- duz, mika və mərmərin kiçik yataqları məlumdur.

Ərazisinin böyük hissəsinin iqlimi rütubətli mussondur. Orta temperatur qışda 15 °C, yayda 30-36 °C, illik yağıntının miqdarı 2000–5000 mm-dir. Dağarası dərələrdə iqlim mülayim rütubətlidir. Qışda orta temperatur −4 °C-dən −16 °C-yə- dək, yayda 15-26 °C-dir. Yüksəkdağlıqda iqlim soyuqdur. Yağıntı (ildə təqr. 50 mm), əsasən, qışda qar şəklində düşür. Qar xətti 4600 m-dən keçir. 677 dağ buzlağı var. Daxili sular. Çayları (Manas, Sankoş, Vonq-Çu, Nqamo və s.) Brahmaputra hövzəsinə aiddir. Yuxarı axınları buzlaqlarla, orta axınları isə qar və yağış suları ilə qidalanır. Musson mövsümündə daşqınlar olur. Şimalında çoxsaylı buzlaq gölləri var. Torpaqlar, bitki örtüyü və heyvanlar aləmi. Butanın ərazisinin təqribən 65%-ini 3300–3800 m-ədək yüksəklikdə bitən meşələr tutur. Butanın cənubunda yarpağınıtökən — həmişəyaşıl meşələr (kastanopsis, şima, ağacabənzər qıjılar), bəzi yerlərdə yarpa- ğınıtökən sal meşələri yayılmışdır. Ölkənin mərkəzi hissəsi üçün səciyyəvi olan 1800–2600 m yüksəklikdə həmişəyaşıl palıd və yarpağınıtökən ağac cinslərindən (ağcaqayın, tozağacı və s.) ibarət meşələr daha yüksəkdə iynəyarpaqlı meşələrlə (Himalay şamı, küknar, Himalay tsuqası, ağşam) əvəz olunur. Meşənin yuxarı sərhədi, əsasən, rododendronlardan (50 növ- dən çox) və ardıclardan ibarətdir. 4000–4600 m yüksəklikdə Alp çəmənlikləridir.

Coğrafiyası

redaktə

Mövqe: Cənub Asiya, qərbində və cənubunda Hindistan, şimalında Çin sərhəddir.

Coğrafi mövqes(n)i: 27 30 Şimal paraleli, 90 30 Şərq meridianı

Xəritə mövqesi: Asiya

Sahəsi: cəmi: 38,394 km²

Quru: 38,394 km²

Su: 0 km²

Sərhədləri: cəmi: 1,075 km

Sərhəd qonşuları: Çin 470 km, Hindistan 605 km

Sahil şeridi: 0 km (quru ilə çevrili)

Dənizləri: yox (quru ilə çevrili)

İqlimi: Müxtəliflik göstərməkdədir. Şimal düzənliklərdə tropik iqlim hakimdir. Orta qisimdəki vadilərdə qışlar soyuq, yazlar isti keçər. Himalaylarda isə qışlar sərt, yazlar sərindir.

Ərazi quruluşu: Ərazi ümumiyyətlə dağlıqdır, bir neçə məhsuldar düzənlik və ağacsız çöllər iştirak etməkdədir.

Dəniz səviyyəsindən yüksəkliyi: ən alçaq nöqtəsi: Drangme Chhu 97 m ən yüksək nöqtəsi: Qula Kangri 7,553 m

Təbii qaynaqları: Taxta-şalban, alçıtaşı, kalsium karbür, hidro güc

Ərazi istifadəsi: Əkinçilik üçün əlverişli: %2.3 daimi əkinlər: %0.43 digər: %97.27 (2005 məlumatları) Sulanan ərazi: 400 km² (2003 məlumatları)

Təbii fəlakətlər: Sərt fırtınalar; yağış mövsümü boyunca artmaqda olan torpaq sürüşmələri.

İqtisadiyyatı

redaktə

İqtisadiyyata ümumi baxış: 8 Avqust 1949-cu ildə müstəqillik qazanan Butanın xarici əlaqələrini Hindistan icra etməkdədir. Xaricdən aldığı köməyin böyük qismi də Hindistandan gəlməkdədir. Butan — Hindistan əlaqələri hava nəqliyyatında və yol istehsalında girişilən işbirliyi ilə daha da güclənmişdir. Butan 70li illərdə mübadilə iqtisadiyyatını buraxıb pul sisteminə keçmişdir. Əhalinin böyük əksəriyyəti əkinçiliklə məşğul olmaqdadır. Budist Budan Krallığı monarxiyanı və Budist həyat formasını qoruya bilmək üçün qapılarını texnoloji inkişaflara bağlı tutmuşdu. GSYİH: Satınalma Gücü paritesi — 2.9 milyard $ (2003 məlumatları) GSYİH — real böyümə: %5.9 (2005 məlumatları) GSYİH — adam başına: Satınalma Gücü paritesi — 1,100 $(2000 məlumatları) GSYİH — sektorlara görə: əkinçilik: %25.8 sənaye: %37.9 xidmət: %36.3 (2004 məlumatları) İnflyasiya nisbəti (istehlakçı qiymətlərində): %7 (2005 məlumatları) Sektorlara görə işgücü dağılımı: əkinçilik %93, xidmət %5, sənaye və ticarət %2 Büdcə: gəlirlər: 346.6 milyon $ Sənaye: sement, meşəbəyilik məhsulları, meyvesel qidalar, spirtli içki/içəcək, kalsium karbür İşsizlik nisbəti: %9.3 (1996 məlumatları) Elektrik istehsalı: 2.05 milyard kWh (2004) Elektrik istehsalı üçün qaynaqlar: Cins yanacaqlar: %0.05 hidro: %99.95 nüvə: %0 digər: %0 (2004) Elektrik istehlakı: 526.5 milyon kWh (2004) Elektrik ixracatı: 1.4 milyard kWh (2004) Elektrik idxalatı: 20 milyon kWh (2004) Əkinçilik məhsulları: düyü, misir, sitrus meyvələri, hububat; süd məhsulları, yumurta İxracat: 154 milyon $ (2000 məlumatları) İxracat məhsulları: alçıtaşı, taxta-şalban, əl sənətləri məhsulları, sement, meyvə, elektrik (Hindistana), qiymətli daşlar, ədviyyatlar İxracat ortaqları: Yaponiya %32.3, Almaniya %13.2, Fransa %13.1, Cənubi Koreya %7.6, ABŞ %7.5, Tayland %5.6, İtaliya %5 (2005) İdxalat: 269 milyon $ (2000 məlumatları) İdxalat məhsulları: Yanacaq və yağlama maddələri, hububat, maşın və ehtiyatları, vasitələr, parçalar, düyü İdxalat ortaqları: Hong Kong %66.6, Meksika %20.2, Fransa %3.8 (2005) Xarici borc məbləği: 593 milyon $ (2004) Pul vahidi: Butan nqultrumu (BTN); Hindistan rupisi (INR) Pul vahidi kodu: BTN; INR Maliyyə il: 1 İyul — 30 İyun

Nəqliyyat

redaktə

Dəmiryolları: 0 km

Quru yolları: cəmi: 8,050 km

Asfalt: 4,991 km

Asfalt olmayan: 3,059 km (2003)

Kanallar: yox

Limanları: yox

Aeroportlar: 2 (2006 məlumatları)

İstinadlar

redaktə
  1. http://chartsbin.com/view/edr.
  2. "Administrative Divisions of Countries ("Statoids") : Districts of Bhutan". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-22.



Həmçinin bax

redaktə