Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Castin (Jüsten) Pyer Ceyms Trüdo (ing. Justin Pierre James Trudeau; 25 dekabr 1971[1][2][…], Ottava[3]) — Kanadalı siyasətçi, Kanadanın 23-cü və indiki baş naziri, Liberallar Partiyasının rəhbəri. O, Co Klarkdan sonra Kanadanın ikinci ən gənc baş naziri və eyni zamanda köhnə Baş nazir Piyer Trüdonun da ən böyük oğludur.[5]

Castin Trüdo
ing. Justin Trudeau
Vəzifədədir
4 noyabr 2015-ci ildən
ƏvvəlkiStiven Harper
Şəxsi məlumatlar
Doğum adı Justin Pierre James Trudeau
Doğum tarixi 25 dekabr 1971(1971-12-25)[1][2][…] (53 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, nazir, vəkil, hüquqşünas
Atası Pyer Trüdo
Dini katolisizm
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[4], hüquq[4]

Təltifləri Queen Elizabeth II Diamond Jubilee Medal Azadlıq ordeni Order of La Pléiade
İmzanın şəkli
liberal.ca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Castin Trüdo 25 dekabr 1971-ci ildə Kanadanın Ottava şəhərində dünyaya gəlmişdir. Təhsilinə 1976-cı ildə Roklif Park dövlət məktəbində başlamış, orta təhsilini isə Kolej Jon de Bğeböf fransız liseyində almışdır. Trüdo 1994-cü ildə Makgill Universitetini, 1988-ci ildə isə Britaniya Kolumbiyası Univeristetini bitirmişdir. Günümüzdə Montreal Universitetində təhsilini davam etdirməkdədir.

Britaniya Kolumbiyası Univeristetində təhsilini başa vurduqdan sonra Trüdo bir müddət burada müəllim kimi işləməyə başlayır.[6] 2000-ci ildə atası Piyer Trüdo vəfat edir. 2007-ci ildə Trüdo Kanadanın I Dünya müharibəsində iştirakından söz edən "Böyük müharibə" adlı filmdə səhnə almışdır.

Siyasi fəaliyyəti

redaktə

Atasının ölümündən sonra Trüdo siyasi həyata qoşulmuşdur. 2008-ci ildə Kanadada federal seçkilərdə müvəffəqiyyət qazanaraq məclisə daxil oldu. 2009-cu ildə gənclik və multikulturalizm məsələləri üzrə Liberallar partiyasının tənqidçisi seçildi. 2010-cu ildə vətəndaşlıq və miqrant məsələri üzrə, 2011-ci ildə isə təhsil, gənclik və qeyri-peşəkar idman məsələləri üzrə tənqidçi vəzifələrini icra etmişdir. 14 aprel 2013-cü ildə Trüdo partiyanın rəhbəri seçildi.[7]

Baş nazirlik dövrü

redaktə

Kanada Federal Parlamentində 2015-ci il seçkilərinə qədər artıq 9 ilidi ki, mühafizəkarlar qalib gəlirdi, lakin 2015-ci il seçkilərində 180-dən çox yer qazanan Liberallar Partiyası qalib gəldi və Castin Trüdo Baş nazir seçildi. Trüdonun rəhbərliyində Liberallar Partiyası 2011-ci ilə nisbətən məclisdə 150 yer artıq qazana bilmişdi. Trüdo seçkilərdən sonrakı çıxışında "Bütün Kanadalıların Baş naziri olacağam" deyə müsahibəsində bildirdi.

Onun kabinetində 30 nazirliyin 15-nə qadınlar təyin edildi. 2015-ci ildə keçirdiyi seçki kompaniyalarında cinsi bərabərlik yönündə addımlar atacağını bildirən Trüdo, Kanadanın himnində yer alan "oğullarının rəhbərliyində" ifadəsini "hamımızın rəhbərliyində" olaraq dəyişdirdi.

Trüdo başqa bir müsahibəsində LGBT yürüyüşlərində iştirak edəcəyini bildirdi. Onun Baş nazirliyində Kanada 25 min suriyalı miqrantı qəbul etdi.

Bu müddət ərzində Trüdo Time jurnalının dünyanın ən nüfuzlu 100 adamının siyahısına çıxdı və Ottavadakı bir çıxışında, marixuanın ölkədə qanuni olacağını açıqladı.

İstinadlar

redaktə
  1. 1 2 Azzi S. L'Encyclopédie canadienne, The Canadian Encyclopedia (ing.). 2013.
  2. 1 2 Justin Trudeau // Library of Parliament. 1876.
  3. 1 2 3 4 5 6 http://www.thecanadianencyclopedia.ca/en/article/justin-trudeau/. The Canadian Encyclopedia.
  4. 1 2 Trudeau, Justin // Çex Milli Hakimiyyət Məlumat bazası.
  5. "Justin Trudeau plans to announce his cabinet Nov. 4". Toronto Star. 20 oktyabr 2015. 21 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 20, 2015.
  6. Judd, Amy. "Vancouver schools remember new PM Justin Trudeau as a great teacher". Global News. October 20, 2015. October 28, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 5, 2015.
  7. Nast, Condé. "Canadian Prime Minister Justin Trudeau Was Once Just A Chill Snowboard Instructor". GQ. July 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2019.

Xarici keçidlər

redaktə