Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Doris Miller

Donanma xaçı ilə təltif edilən ilk afroamerikalı

Doris Miller (12 oktyabr 1919[1], Vako[d], Texas24 noyabr 1943[1], Gilbert adaları[d]) — Pyörl-Harbora hücum zamanı göstərdiyi igidliyə görə Donanma Xaçı medalı ilə təltif edilən ilk afroamerikalı. Onun əməlləri qara dərililərin mətbuatında geniş formada təbliğ olunmuşdu və bu onu ABŞ-də afroamerikalılar üçün № 1 qəhrəmana çevirdi. Pörl Harbordan 2 il sonra o, Makin döyüşü zamanı olduğu gəminin yapon sualtı qayığı tərəfindən batırılması nəticəsində həlak olmuşdu.

Doris Miller
ing. Doris Miller
Şəxsi məlumatlar
Ləqəbi "Dorie"
Doğum tarixi 12 oktyabr 1919(1919-10-12)[1]
Doğum yeri
Vəfat tarixi 24 noyabr 1943(1943-11-24)[1] (24 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Amerika Birləşmiş Ştatları
Qoşun növü ABŞ hərbi donanması
Xidmət illəri 1939-cu ildən
Döyüşlər
Təltifləri Navy Cross Purpur Ürək Combat Action Ribbon Good Conduct Medal American Defense Service Medal American Campaign Medal İkinci dünya müharibəsi Zəfər medalı Asiatic-Pacific Campaign Medal
dorismiller.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Miller, 1919-cu ilin 12 oktyabrında Texas ştatının Uako şəhərində Konneri və Henrietta Millerlərin ailəsində dünyaya göz açmışdır. O, 4 oğul arasında 3-cüsü idi və həyətyanı əraziyə nəzarət edər, yeməklər bişirər və camaşırla məşğul olar, eləcə də ailəsinə məxsus fermada işləyərdi. Miller yaxşı tələbə idi və Uakodakı A. C. Mur adına Ali Məktəbin futbol komandasında müdafiəçi idi. 1937-ci ilin 25 yanvarında 17 yaşlı Miller 8-ci dərəcədə yenidən iştirak etməyə başladı. Növbəti il təkrarlamağa məcbur oldu və Miller məktəbdən çıxmağı qərara aldı.[2] O, 22 kalibrli tüfənglə dələ ovu üzrə vaxtını doldurdu və qiyabi kursunu başa vurdu. Vətəndaş Konservasiya Korpusuna qoşulmaq üçün çalışdı, lakin onun tələbi qəbul edilmədi. Bu vaxtı o, 1.91 m uzunluqda boya və 91 kq çəkiyə malik idi.[2]

Miller, 20 yaşına qədər atasının fermasında işləmişdi. 1939-cu ilin 16 sentyabrında o, Birləşmiş Ştatlar Donanmasında işə cəlb edilmişdi.[3] Bundan sonra Virciniya ştatının Norfolk şəhərində Donanma Təlim İdarəsində fəaliyyət göstərmiş, Piro sursat gəmisinə təyin edilmiş, lakin 1940-cı ilin 2 yanvarında baş aşpaz olduğu Qərbi Virciniya döyüş gəmisinə köçürülmüşdü. İyulda, orta batareya topçuluğu məktəbində müvəqqəti vəzifəyə təyinat almışdı. O, avqustda gəmisinə geri döndü və gəminin aşpazı vəzifəsinə irəli sürüldü.

Pörl Harbora hücum

redaktə
  Əsas məqalə: Pörl Harbora hücum
 
Doris Miller Pörl Harborda
 
Çester Nimits Donanma Xaçı medalını Doris Millerə təqdim edərkən, 27 may 1942-ci il, Pörl Harbor

1941-ci ilin 7 dekabrında Miller, saat 6-da oyanmışdı. Səhər yeməyi xidmətindən sonra, o yaponlar hücuma başlayan zaman camaşırları toplayırdı. Miller, döyüşə atıldı və hava hücumuna qarşı olan silahı işə saldı.

Miller, sursatı bitənə qədər atəş açdı. Yaponlar hava hücumu ilə bir neçə gəmini batırdı. Hücum sonlananda Miller, yaralı matroslara kömək etmək barədə əmr aldı və matrosların çoxu xilas edildi.

Dekabrın 15-də, Miller İndianapolisə köçürüldü. 1942-ci ilin 1 yanvarında, donanma 7 dekabrda göstərdikləri igidliklərinə görə bir neçə əsgəri tərxis etmişdi. Onların arasında yeganə adsız qaradərili var idi. NAACP, Franklin Ruzveltdən həmin qaradərili matrosu təltif etməyi xahiş etdi. 1942-ci ilin 12 martında, Dr. Lourens D. Reddik elan etdi ki, tanınmayan qaradərili matrosun adı "Doris Miller"dir. Növbəti gün, senator Ceyms M. Mid (D-NY) Milleri Şərəf medalı ilə təltif etmək haqqında olan qanun layihəsini Senata təqdim etdi, baxmayaraq ki o hələ də Millerin sənədlərinin əsasını bilmirdi. 4 gün sonra, Con D. Dingell, Sr. (D-MI) uyğun qanun layihəsini təqdim etdi. Martın 21-də afroamerikan qəzeti Pittsburq Kuryer, Millerin Donanma Akademiyasına göndərilməsi barədə yazı dərc etdi.

Miller, İkinci dünya müharibəsinin ilk amerikalı qəhrəmanlarından biri kimi tanınmışdı. O, aprelin 1-də Donanma katibi Frank Knoks tərəfindən yazılmış məktubda təriflənmişdi və növbəti gün CBS radiosu, Millerin əməllərindən bəhs edən "Onlar həmişə yaşayır" başlıqlı xəbər yayımlamışdı.[2]

Qaradərililərin təşkilatları, Millerin təltif edilməsi üçün kampaniyaya başladı. Bütün Cənubi Qaradərili Gənclər Konfransı, 17–19 apreldə imza kampaniyasına başladı. 10 mayda, Milli Qaradərililərin Konqresi Knoksun Millerin Şərəf medalı ilə təltif edilməsinə qarşı etdiyi çıxışı pislədi. 11 mayda, Franklin Ruzvelt Milleri Donanma Xaçı medalı ilə təltif etdi.

1942-ci ilin 27 mayında, Millerə şəxsən Sakit okean donanmasının baş komandanı Çester Nimits tərəfindən Donanma Xaçı medalı təqdim olundu.

İstinadlar

redaktə
  1. 1 2 3 4 Doris Miller // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 David Aiken. "Doris Miller and his Navy Cross: a brief biography". December 9, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 20, 2012.
  3. "Ship's Cook Third Class Doris "Dorie" Miller". National Geographic. 2011-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10/7/2010.