Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Eduard Bulver-Litton

ingilis yazıçı və siyasi xadim

Eduard Bulver-Litton (ing. Edward Bulwer-Lytton; 25 may 1803[1][2][…], London[1][3]18 yanvar 1873[1][2][…], Torki, Devon qraflığı[3][1]) — İngiltərə yazıçısı, siyasi xadimi.[4]

Eduard Bulver-Litton
ing. Edward Bulwer-Lytton, 1. Baron Lytton
Doğum adı Edward George Earle Lytton Bulwer-Lytton
Təxəllüsü Owen Meredith, Pisistratus Caxton
Doğum tarixi 25 may 1803(1803-05-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 yanvar 1873(1873-01-18)[1][2][…] (69 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti dramaturq, yazıçı, siyasətçi, romançı, şair, ədəbiyyat tənqidçisi, fantastika yazıçısı[d], nasir
Əsərlərinin dili ingilis dili
Janrlar tarixi roman[d], qorxu ədəbiyyatı
Tanınmış əsərləri
Üzvlüyü
İmza
Vikimənbənin loqosu Eduard Bulver-Litton Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Kembricdə Triniti-kollecdə oxumuşdur. 1831–41-ci illərdə viqlər və 1852-ci ildən Torilər partiyasından parlamentin üzvü; İngiltərə lordu, per (1866) olmuşdur. 1820-ci ildən Corc Bayronun təsiri ilə şeir yazmağa başlamışdır.[4]

Fəaliyyəti

redaktə

"Folklend" adlı ilk romanı 1827-ci ildə çap edilmişdir. "Pelem, yaxud Centlmenin sərgüzəştləri" (1828) macəra-satirik romanı ilə şöhrət qazanmışdır. 30-a yaxın roman yazmışdır. "Yucin Eram" (1832) romanı və "Pompeyin son günləri" (1834), "Riensi, yaxud Sonuncu Roma tribunu" (1835), "Harold, yaxud Saksların sonuncu kralı" (1848) tarixi romanları daha məşhurdur. Elmi rasionalizmi (o cümlədən Çalz Darvinin nəzəriyyəsini) inkar etmiş, təxəyyülün gücünə və okkultizm təcrübəsinə inanmışdır ("Zanoni", 1842, "Qəribə əhvalat", 1862 romanları). Bulver-Litton detektiv janrının ("Pol Klifford", 1830), həmçinin roman-antiutopiyanın ("Gələcək irq", 1870) əsasını qoyanlardan biri olmuşdur. "Rişelye, yaxud Sui-qəsd" (1839), "Pul" (1840) və s. tarixi pyes və melodramların müəllifidir. Bulver-Littonun yaradıcılığının Çarlz Dikkens, U. Kollinz, E.Po, N. Qotorn və F.M. Dostoyevskiyə təsiri olmuşdur.[4]

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 7 8 A. Wa. Lytton, Edward George Earle Lytton, Bulwer-Lytton, 1st Baron (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 27. P. 185–186.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  4. 1 2 3 Bulver-Litton// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 73. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

redaktə