Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Gerhard Ertl (10 oktyabr 1936[1][2][…], Ştutqart[4][5][…]) — alman kimyaçısı, Fritz Haber İnstitutunun [[[Almaniya]]da] Maks Plank Cəmiyyətinin rəhbəri (1986–2004 il), fəxri professor, Kimya üzrə Volf mükafatı laureatı (1998 il), 2007-ci il Kimya üzrə "Bərk səthlərdəki kimyəvi proseslərlə əlaqəli tədqiqatlarına görə" Nobel Mükafatı.

Gerhard Ertl
alm. Gerhard Ertl
Doğum tarixi 10 oktyabr 1936(1936-10-10)[1][2][…] (88 yaş)
Doğum yeri
Elm sahəsi kimya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük zabit xaçı Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni Order of Merit of Baden-Württemberg
Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

redaktə

Gerhard Ertl 10 oktyabr 1936-cı ildə Ştutqartda anadan olub. 1955–1957-ci illərdə Ştutqart Texniki Universitetində, 1957–1958-ci illərdə Paris Universitetində  və 1958–1959-cu illərdə Münhen Lüdviq Maksimilian Universitetlərində təhsil alıb.

Fəlsəfə doktoru adına layiq görüldükdən sonra 1965–1968-ci illərdə Münhen Texniki Universitetində assistent və müəllim kimi fəaliyyət göstərmişdir. 1968–1973-cü illərdə Gerhard Ertl Hannover Texniki Universitetində professor və direktor olub. O, həmçinin 1973–1986 illərdə Münhendəki Lüdviq Maksimilian Universitetinin Fiziki Kimya İnstitutunun professoru olub. 1970–1980-ci illərdə alim Kaliforniya Texnologiya İnstitutunda, Viskonsin-Milvaukee Universitetində və Berklidəki Kaliforniya Universitetində mühazirələr oxuyub. 1986-cı ildə Berlin Azad Universitetində və Berlin Texniki Universitetində professor olmuşdu. 1986-cı ildə Gerhard Ertl 2004-cü ilə qədər rəhbərlik etdiyi Maks Plank Cəmiyyətinin Fritz Haber İnstitutunun direktoru vəzifəsini keçdi.1996-cı ildə Berlin Humboldt Universitetinin də professoru olmuşdu.

Elmi araşdırmaları

redaktə

Gerhard Ertl ammonyakın dəmir üzərində katalitik sintezinin molekulyar mexanizmini (Haber-Bosch prosesi) və palladiumda dəm qazının katalitik oksidləşməsini ətraflı öyrənmişdir. O, platin səthlərində vibrasiya reaksiyalarının mühüm hadisəsini kəşf etdi və ilk dəfə olaraq fotoelektron mikroskopdan istifadə edərək reaksiya zamanı baş verən səthin strukturunda və örtüyündə baş verən vibrasiya dəyişikliklərinin şəkilini çəkdi.[6]

Mükafatları və titulları

redaktə

1998-ci ildə -Kimya üzrə Volf Mükafatı (G. Ertl 1998-ci ildə Berkli Kaliforniya Universitetindən Qabor Samorja ilə bölüşdüyü "Ümumilikdə elm sahəsinə səthüstü və xüsusən də tək kristal səthdə heterogen katalitik reaksiyaların əsas mexanizmlərini aydınlaşdırılmasına xüsusi töhfələr verdiyinə görə")

2007-ci ildə — Kimya üzrə Nobel mükafatı (Bərk səthlərdə kimyəvi proseslərin öyrənilməsinə görə).

"Leopoldina" Alman Təbiətşünaslar Akademiyasının üzvü (1986 il),[7]

Papa Elmlər Akademiyası (2010),[8]

Avstriya Elmlər Akademiyasının müxbir üzvü (2001 il),[9]

ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü  (2002 il),[10]

Rusiya Elmlər Akademiyasının üzvü  (2011 il).[11]

Maraqlı faktlar

redaktə

2011/2012-ci tədris ilində Gerhard Ertlin şərəfinə Əsas Elmlər (Kimya) üzrə Beynəlxalq Olimpiada keçirilmişdir.[12]

İstinadlar

redaktə
  1. 1 2 Gerhard Ertl // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Gerhard Ertl // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 http://czlonkowie.pan.pl/czlonkowie/sites/WynikiWyszukiwania.html?s=ERTL,%20Gerhard.
  4. 1 2 http://www.reuters.com/article/scienceNews/idUSGOR03851720071010.
  5. 1 2 http://ieeexplore.ieee.org/xpls/abs_all.jsp?arnumber=6758829.
  6. "Arxivlənmiş surət". 2023-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  7. Prof. Dr. Gerhard Ertl Архивная копия от 21 марта 2019 на Wayback Machine
  8. Gerhard L. Ertl Архивная копия от 21 марта 2019 на Wayback Machine
  9. emer. Prof. Dr. Dr. h. c. mult. Gerhard Ertl Архивная копия от 19 июня 2020 на Wayback Machine
  10. Эртль, Герхард на сайте Национальной академии наук США  
  11. Постановление Общего собрания Российской академии наук № 24 от 22.12.2011 "Об избрании иностранных членов Российской академии наук". Дата обращения: 16 января 2012. Архивировано 24 сентября 2015 года.
  12. Положение о проведении первого этапа VIII Международной Олимпиады по основам наук 2011/2012 учебный год. pandia.ru.

Xarici keçidlər

redaktə