Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Hacıbaba Hüseynov

Azərbaycan xanəndəsi

Hacıbaba Hüseynəli oğlu Hüseynov (15 mart 1919, Bakı24 oktyabr 1993, Bakı) — Azərbaycan xanəndəsi, şair və qəzəlxan, pedaqoq, Azərbaycan SSR xalq artisti (1990).

Hacıbaba Hüseynov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan Demokratik Respublikası
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Fəaliyyət illəri 1945–1993
Janrlar muğam, xalq musiqisi
Musiqi aləti qaval
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1990 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Hacıbaba Hüseynov 15 mart 1919-cu ildə Bakıda anadan olmuşdur.[1] Ruhani ailəsində böyümüşdür. 1941-ci ildə Böyük vətən müharibəsinin başlaması ilə "Parkommuna" zavodunda tornaçı işləməyə başlayır. 1945-ci ildə müharibə bitəndən sonra Hacıbaba Hüseynovun baldızı olan tanınmış xanəndə Sara Qədimova Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Ə. Bakıxanov H. Hüseynovu öz ansamblına dəvət edir. O, həmin ansamblda üç il fəaliyyət göstərmişdir.

1962–1992-ci illərdə Hacıbaba Hüseynov Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs demişdir.[2] Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə və başqaları onun tələbələri olmuşdur.

Hacıbaba Hüseynov Rast muğamının "Üşşaq", "Hüseyni", "Novruzi ravəndə", digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub.[1] Onun təşəbbüsü ilə Bayatı-Şiraz muğamının "Dilrüba" şöbəsi dərsliyə əlavə olunub.

Xanəndə 1989-cu ildən xarici ölkələrə qastrol səfərlərinə başlayır. İlk səfəri böyük bir musiqiçi və ziyalı heyəti ilə İraqa olmuşdur. 1990-cı ildə Türkiyənin Adana şəhərində, 1991-ci ildə 1 ay ərzində Belçikanın Brüssel, Fransanın Paris, Marsel, Lyon, Monpelye şəhərlərində, İsveçrədə, Hollandiyada konsertlər verir. Son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi heyəti ilə 2 aydan artıq çəkən İran İslam Respublikasına olur.[3]

H. Hüseynov 24 oktyabr 1993-cü ildə Bakıda vəfat etmişdir.[4] Heydər Əliyevin göstərişi ilə xanəndə 26 oktyabr 1993-cü ildə Birinci Fəxri Xiyabanda dəfn olunub.

22 fevral 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.[5]

 
Sara Qədimova və Hacıbaba Hüseynov. 1960-cı illər

Mükafatları

redaktə

Filmoqrafiya

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 "Xalq artisti Hacıbaba Hüseynovun doğum günündə məzarı ziyarət olunacaq". mct.gov.az (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 12 mart 2019. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2021.
  2. Энциклопедия Азербайджанского Мугама. Б: Şərq-Qərb. 2012. səh. 97.
  3. ""Hüseyn Cavidin doğum günü Hacıbaba Hüseynovu itirdik..."". nizamimuseum.az (az.). Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi. 24 oktyabr 2017. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2021.
  4. Һаҹыбаба Һүсејнəли оғлу Һүсејнов // Əдəбијјат. № 43 (2894). 29 октјабр 1993-ҹү ил. С. 6.
  5. "Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 22 fevral 2019. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2021.

Ədəbiyyat

redaktə