Henri Qrey
Henri Qrey (1827[1][2], London – 13 iyun 1861, London) — ingilis anatomu və cərrahı. Məşhur "Qrey Anatomiyası" kitabının müəllifidir. 25 yaşından London Kral Cəmiyyətinin üzvü.
Henri Qrey | |
---|---|
ing. Henry Gray | |
Doğum tarixi | 1827[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyun 1861 |
Vəfat yeri | |
Vəfat səbəbi | Təbii çiçək |
Dəfn yeri | |
Elm sahəsi | anatomiya |
İş yeri |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1842 ci ildə 15 yaşında ikən Qrey Londonun Müqəddəs Georgi hospitalının tibbi məktəbinin tələbəsi olur. O, yaraşıqlı, dinamik, bacarıqlı və zəhmətkeş cərrah kimi xatırlanır. 21 yaşında Henri Qrey kliniki cərrahiyydə birçox mükafatlara layiq görülmüşdür. Sonra o, London Patoloqlar cəmiyyətinin və krall cərrahlar kollecinin üzvü olur. 1852 ci ildə xəstəxananın qubernatoru olur. Daxili sekresiya vəzilərinin və dalağın inkişafını öyrənən Qrey 1853 cü ildən Londonun Müqəddəs Georgi hospitalının tibbi məktəbində anatomiya üzrə mühazirələr oxumuşdur. 1855 ci ildə öz həmkarı Henri Vindayk Karterə tibb tələbələri üçün ucuz başa gələn anatomiya kitabını təsis etmək ideyası ilə müraciət edir. Qrey və Karter kitabın materiallar üzərində 18 ay gərgin işlədikdən sonra onun nəşrinə nail olurlar. Kitabın nəşrindən üç ay sonra Qrey təbii çiçək xəstəliyindən vəfat edir.
İstinadlar
redaktə- ↑ 1 2 Henry Gray.
- ↑ 1 2 Swartz A. Henry Gray (ing.). 2007.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |