Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Heyva

bitki cinsi

Heyva (lat. Cydonia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Heyva
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təsviri

redaktə

Kiçik ağac və ya koldur, hündürlüyü 1,5-5 m-dir. Yarpaqları yumurtavari-oval və ya oval, tam kənarlı, üst tərəfdən tünd yaşıl, (2) 4-5 (14) sm uzunluğunda, (2) 3-5 (11) sm enində, qısa saplaqlıdır. Kasayarpaqları oval, sıx tükcüklüdür. Çiçəkləri iri, tək, diametri 5 sm-ə qədərdir. Ləçəkləri çəhrayı, və ya demək olar ki, ağ rəngli, tərsyumurtavari, uzunluğu 2-3 sm-dir. Yetişməmiş meyvələri sıx keçə tükcüklü, yetişmiş meyvələr çılpaq, sarı rəngli, ətirli, armudvari və ya yumurtavari-şarvaridir.[1]

Meyvə onu "supurgillu" adlandıran akkadlılara məlum idi.[2] Heyva almanın yetişmədiyi Mesopotamiya düzənliyində çiçəkləyir, Aralıq dənizi ətrafında qədim dövrlərdən becərilirdi. Bu dövrdə meyvə "qızıl alma" olaraq tanınırdı.[3]

Yayılması

redaktə

Heyvanın müxtəlif iqlimlərdə inkişaf etməsi və Şotlandiyaya qədərki şimal enliklərində də uğurla yetişdirilə bilməsinə baxmayaraq, bitkinin əsl vətəni Xəzər dənizinin cənubundakı Hirkan meşələridir.[4][5] Heyva həmçinin Böyük Qafqazın qərbi və şərqi, Samur-Dəvəçi və Xəzər sahili ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Meşədə, kollu cəngəlliklərin arasında, meşə kənarlarında bitir. Tək-tək və ya qrup şəklində rast gəlinir.[6]

O, çox qədimdən şərq ölkələrində becərilən və istifadə olunan qiymətli bitkilərdən biridir. Heyvanın elmi adı "Sidoniya"dır. Bu Yunan sözüdür – deməli heyvaya bu adı verən yunanlar olmuşdur. Ədəbiyyatdan məlumdur ki, hələ b.e.ə VII əsrdə yunanlar heyvanı "Krit" adasında becərmişlər. Heyvanın meyvələrinin dadı və gözəlliyi xoşlarına gəldiyi üçün yunanlılar ona şəhərləri "Sidoniyanın" adını vermişlər.

Tarixi məlumata görə, qədim yunanlarda belə bir adət varmış ki, qızlarının xeyir işində, daha doğrusu qızlarını köçürən məqamda onlara heyva yedirdərmişlər ki, "Afrodit" kimi sevgidə xoşbəxt olsunlar.

Heyva məlum olduğu kimi, 1,5-5 m-ə qədər hündürlüyü olan ağacdır. Onun yumurtavarı, yaxud girdə şəkildə yarpaqları və solğun-çəhrayı çiçəkləri var. Yarpaqlarının alt hissəsi yumşaq tüklərlə örtülüdür. Xoşagələn ətirli və dadlı, yetişəndə sarı rəngə boyanan meyvələri olur.

Bitki aprel-may aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabrda yetişir. Heyva çox faydalı bitki kimi respublikamızın əksər rayonlarında çox qədimdən becərilir.

Heyva meyvələrində bir çox faydalı və müalicə əhəmiyyətli maddələr vardır: onlardan 4-5 %-ə qədər şəkər, 2 %-ə qədər üzvi turşular (alma, limon turşuları), karotin və C vitaminləri, peyvənd maddələri, efir yağı, dəmir duzları və s. göstərmək olar.

Heyva toxumlarında isə 14-18 % selikli maddələr, 16-20 % piyli yağ, 1-2 % qatran və çoxlu miqdarda zülal vardır. Xalq təbabətində heyvanın yarpaqlarını qurudub, çay kimi dəmləyərək, ürək ağrısında sakitləşdirici dərman kimi içirlər. Meyvəsinin mürəbbəsi ürək zəifliyində qüvvətverici kimi və həzm prosesini yaxşılaşdırıcı kimi çox xeyirlidir.

Hasilat

redaktə

2020-ci ildə heyvanın dünyadakı hasilatı 696 861 ton təşkil etmiş və bunun 43%-i TürkiyəÇinin payına düşmüşdür.

Heyva hasilatı – 2020
Ölkə Ton
  Türkiyə 189 251
  ÇXR 111 982
  Özbəkistan 96 242
  İran 87 799
  Mərakeş 57 700
  Azərbaycan 39 365
Dünya 696 861
Mənbə: UN FAOSTAT[7]

İstinadlar

redaktə
  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Lauffenburger. "supurgillu". The Hittite Grammar Homepage, Akkadian Dictionary. 2007-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-23.
  3. Lyle, Katie Letcher. The Complete Guide to Edible Wild Plants, Mushrooms, Fruits, and Nuts: How to Find, Identify, and Cook Them (2nd). Guilford, Conn.: FalconGuides. 2010 [first published 2004]. 110. ISBN 978-1-59921-887-8. OCLC 560560606.
  4. Zohary, Daniel; Hopf, Maria; Weiss, Ehud. Domestication of Plants in the Old World: The Origin and Spread of Domesticated Plants in Southwest Asia, Europe, and the Mediterranean Basin. OUP Oxford. 2012. səh. 144. ISBN 978-0-19-954906-1.
  5. Brickell, Christopher. A-Z encyclopedia of garden plants. London: Dorling Kindersley. 2008. səh. 1136. ISBN 978-1405332965.
  6. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.
  7. "Quince production in 2017; Crops/World regions/Production total from picklists" (ingilis). UN Qida və Kənd Təsərrüfatı Təşkilatı Korporativ Statistik Məlumat Bazası. 2018. 11 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2019.

Həmçinin bax

redaktə