Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Lev İvanoviç Borisov — Rusiyanın Xalq artisti, teatr və kino aktyoru

Lev Borisov
Doğum tarixi 8 dekabr 1933(1933-12-08)
Doğum yeri
Vəfat tarixi 15 noyabr 2011(2011-11-15)[1] (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi serebrovaskulyar xəstəlik[d]
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1954-cü ildən
Təhsili
  • Boris Şukin adına Teatr İnstitutu[d]
Mükafatları Rusiyanın xalq artisti Rusiya Federasiyasının əməkdar artisti
IMDb ID0096844

Həyatı

redaktə

Lev İvanoviç Borisov 8 dekabr 1933-cü ildə anadan olub. Boris Şukin adına teatr məktəbini bitirib, 1987-ci ildə M.N.Yermolova adına Moskva Dram Teatrının aktyoru olub.

Yaradıcı karyerası dövründə 90-dan çox filmdə çəkilib. 50-ci illərdə “Yetkinlik attestatı” (1954) filmimdə onuncu sinif şagirdi kimi debüt edib.

Aktyora “Banditski Peterburq” (“Canilərin Peterburqu”) (2000-2003) teleserialında oynadığı Antibiotik adlı kriminal avtoritetin rolu böyük uğur qazandırıb. Sonuncu kino işləri arasında “Əjdaha sindromu” (2011), “Qorqona əməliyyatı” (2011) göstərmək olar.

Rusiyanın Xalq artisti, teatr və kino aktyoru Lev Borisov 15 yanvar 2011-ci ildə çərşənbə axşamı Moskvada 78 yaşında dünyasını dəyişib[2].

Filmoqrafiya

redaktə
  1. Nakəs (film, 1991)

İstinadlar

redaktə
  1. http://kommersant.ru/doc/1816645.
  2. "Moskvada teatr və kino aktyoru Lev Borisov vəfat edib". 2011-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.