Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Li-Fi — rəqəmli informasiyanın işıq şüalandırmasının köməyi ilə ötürülməsini mümkün edən qurğu. Bunun üçün gücü 1 volt olan adi işıq diodlu lampaya mikroçiplər quraşdırılır və işığı yandıran zaman siqnal kompüterdə quraşdırılan qurğuya ötürülür. Beləliklə, istifadəçi internet şəbəkəsində olması üçün lampanı həmişə yanılı vəziyyətdə saxlamalıdır. Bu halda parlaqlıq əhəmiyyət kəsb etmir, cihazdan isə işığı azaldılmış qənaət rejimində istifadə etmək mümkündür. Yeni texnologiya məlumatları saniyədə 150 meqabit sürəti ilə ötürməyə imkan verir.[1]

Li-Fİ loqo

İcad Olunması

redaktə

Alman elm adamı Harald Hass və qrupu tərəfindən bu mövzuda görülən işlər nəticəsində Li-Fi[2], yəni işığın fiber optikdən fiber təmin edilərək məlumatların, LED lampa vasitəsi ilə çatdırılması təmin edildi. Radio dalğaları yerinə işıq siqnallarının istifadə edilməsiylə Li-Fi saniyədə 800 meqabit informasiyanın ötürüə bilir.

Alman elm adamı Harald Haas çalışdığı bu layihəsində radio dalğalarını istifadə edərək, onları görülə bilir bir işıq spektra çevirir və radio dalğalarından 10000 qat daha sürətli olan bu sistem ilə məlumat transferini təmin edə bilir.

8 il boyunca Edinburg Universitetindəki iş komandası ilə çalışan Haas bu layihənin nəticəsində LED lampalar ilə artıq İşıq sürəti qədər sürətli informasiya transferi əldə etmişdir. Bu informasiya transferi üçün lampanın olduğu hər yerdən bu əməliyyatı edə bilir.[3]

Li-Fi[4] və Wi-Fi'nin fərqi: Li-Fi[5] ilə Wi-Fi -nin məqsədi eynidir, hər ikisi məlumatları ötürür yalnız kiçik bir fərq; burada radio siqnallarını istifadə etmək əvəzinə məlumatları simsiz ötürmək üçün LED işıqlardan istifadə edilir. Ənənəvi Wi-Fi, cihazlara məlumat ötürmək üçün radio siqnallarından istifadə edir.[6]

İstinadlar

redaktə
  1. ""Wi-Fi"-dan sonra indi də "Li-Fi"". 2013-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-17.
  2. "Li-Fi texnologiyası interneti 100 dəfə sürətləndirəcək!" (Azərbaycan). technote.az. 8 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2023.
  3. "Li-Fi haqqında". 2018-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-12.
  4. "Li-Fi Teknolojisi Nedir?" (türk). turk.net. 8 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2023.
  5. "How does LiFi work?" (English). lifi.co. 2 Mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2023.
  6. "Wi-fi yoxsa Li-fi?" (Azərbaycan). kaizen.az. 8 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2023.

Xarici keçidlər

redaktə