Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                


Linux – (/ˈlɪnəks/ LIN-uks və ya /ˈlaɪnəks/ LYN-uks kimi də tələffüz oluna bilər, azərb. Linuks‎) açıq kodlu, sərbəst paylanan, Unix bənzəri bir əməliyyat sistemidir. GNU GPL lisenziyası ilə əməliyyat sistemi pulsuz paylanıla, dəyişdirilə və istifadə oluna bilər. Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayıımladığı bir mesajda Linus Torvalds tərəfindən işlədilib[1]. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb.

Linux
Loqonun şəkli
Tux — Linux-un simvolik pinqvini
Yaradıcı Linux cəmiyyəti
Yazılma dili C, Assembler, Rust
ƏS ailəsi Unix-bənzəri
Bazası Linux nüvəsi
Buraxılış tarixi 1991
Son versiya 3.18.4 — 27 Yanvar 2015
Dəstəklənən platformalar Alpha, ARC, ARM, AVR32, Blackfin, C6x, ETRAX CRIS, FR-V, H8/300, Hexagon, Itanium, M32R, m68k, META, Microblaze, MIPS, MN103, OpenRISC, PA-RISC, PowerPC, s390, S+core, SuperH, SPARC, TILE64, Unicore32, x86, Xtensa
İnterfeys Monolit (Linux nüvəsi)
Lisenziya GNU GPL və bir çox açıq kodlu lisenziyalar. Linux əmtəə nişanı Linus Torvaldsa məxsusdur.
Vəziyyəti Aktiv
Veb-saytı linuxfoundation.org linux.com kernel.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əslində Linux əməliyyat sistemi nüvəsidir. Linux-un əsl adı GNU/Linux-dur. Deyilməsi rahat olduğu üçün hamı GNU/Linux yox, məhz Linux kimi təfəffüz edir.

Linux superkompüterlərdə, masaüstü kompüterlərdə, dizüstü kompüterlərdə, ağıllı telefonlarda, planşetlərdə, yeni nəsil televizorlarda və s. kimi bütün platformalarda işləyir. Dünayanın 10 ən sürətli superkompüterində Linux istifadə olunur[2].

Linux nüvəsinin yaradıcısı, Linus Torvalds, 28 dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babasına bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əldə etmişdir. Helsinki Universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.

1991-ci ildə "C" və Unix dərsləri aldığı vaxt özünə personal kompüter aldı. Kompüterlə bərabər gələn əməliyyat sistemini bəyənmədiyi üçün öz əməliyyat sistemini yazmağa qərar verən Linus, o vaxt bir hollandiyalı professor tərəfindən yazılan və mənbələri açıq olan Minix əməliyyat sistemi ilə maraqlanmağa başladı. Beləliklə Linux MINIX-dən daha yüksək standartlara cavab verə bilən və Linusun Minix-i kəlmələrindən yaranan Linux ortaya çıxdı.

Linus Torvalds öz əməliyyat sistemində GNU yaradıcısı olan Riçard Stallmanın da əməyinin keçdiyini söyləyir. Ona görə ki, Linux-un yaradılmasında GNU layihəsi tərəfindən yazılan proqramcıqlar istifadə edilmişdi.

Linux ictimaiyyətə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər, o şərt, əlavə olunan bütün inkişafın gizli, ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəstliklə bölüşülməsidir. Linux-un günümüzdəki yeri bu fəlsəfənin bir meyvəsidir.

Hazırda Linux dedikdə onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun tələbələri tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında distributivlər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir.

Linuksun rəsmi talismanı – Tux-dı.

1969-cu ildə AT&T şirkətinin proqramçıları Ken Tompson Denis Ritçi PDP-7 kompüteri üçün kiçik bir əməliyyat sistemi yaratdılar: UNIX. Lakin, AT&T şirkətinin planında bu əməliyyat sisteminin yayılması yox idi və şirkət onu ABŞ elmi müəssisələrinə simvolik qiymətə verdi. Demək olar ki, bütün universitetlərin hesablama mərkəzlərinin nümayəndələri bu əməliyyat sistemindən istifadə edirdilər və bir-birləri ilə bu əməliyyat sistemi vasitəsilə əməkdaşlıq edirdilər. Onlar özləri səhvlər yaradır, faydalı proqram və utilitlər yaradır və onları istifadə edirdilər. Onların işinin nəticəsi - Unix əməliyyat sisteminin tam versiyası oldu (1990-cı ildə). Bu versiyanın adı Unix System V Release 4 – SVR4 idi. Unix istifadəçi qruplarından biri Berklidə Kaliforniya universitetində idi. 1977-ci ildə bu elmi müəssisənin mütəxəssisləri 2BSD (Berkeley Software Distribution) əməliyyat sistemi ilə maqnit lentlərin yayılmasına başladılar. Lakin, hal-hazırda Unix-əsaslı əməliyyat sistemlərindən ən çox maraq cəlb edənləri açıq kodlu əməliyyat sistemləridir. Bu sistemlərdən biri də Linuxdur. Linux əvvəllər Unixin müstəqil yayılan versiyası kimi işlənmişdir. 1991-ci ildə Helsinki universitetinin tələbəsi Linus Torvalds Linuxun ilk versiyasını təqdim edir. O, Linuxu Minix ƏS-nin əsasında yaratmışdır. Minix – Unixin fərdi kompüterlər üçün yaradılmış məhdud analoqudur.

1992-ci ilin martında ilk “demək olar ki, səhvsiz” versiyanın buraxılmasından sonra dünyanın əksər proqramçıları bu əməliyyat sisteminin üzərində işləməyə başladılar və Linux əməliyyat sistemi inkişaf etməyə başladı.

Hal-hazırda Linux tamfunksiyalı, açıq və demək olar ki, pulsuz əməliyyat sistemidir. Lakin GNU layihəsi çərçivəsində proqram təminatı olmasaydı bu baş verməyəcəkdi. GNU – GNU’s not Unix, yəni, GNU Unix deyil deməkdir.

Linux – GNU-nun çoxlu utilitlərini özündə saxlayır: bir çox proqramlaşdırma dillərinin (C, C++, Fortran, Pascal, LISP, Ada, BASIC, SmallTalk, Perl, PHP və s.) translatorları, mətn redaktorları, çap utilitləri və başqaları.

GNU layihəsi azad yayılan proqram təminatı fondunun - Free Software Foundation (FSF) hesabına inkişaf edir.

Linux – Unixin analoqudur. Unix kimi o da azad yayılan çoxməsələli, çoxistifadəçili ƏS-dir. Linux xüsusi olaraq, Intel prosessorlu fərdi kompüter platforması üçün hazırlanmışdır və arxitekturanın üstünlükləri sayəsində məhsuldarlığın artırılmasına imkan verir. Həmçinin, Linux digər platformalara da keçdi.

Linux nüvəsinin yaradıcısı Linus Torvalds Linux haqqında ilk məlumatı 1991-ci il avqustun 25-də dünyaya çatdırdı. Linus Torvalds öz əməliyyat sistemində GNU yaradıcısı olan Richard Stallmanın da əməyinin keçdiyini söyləyir, ona görə ki Linux-un yaradılmasında GNU layihəsi

tərəfindən yazılan proqramlar istifadə edilmişdi.

Linux ictimayəyə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər: əlavə olunan bütün inkişafın gizli ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəstliklə bölüşülməsidir. Hal hazırda Linux dedikdə əslində onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun tələbələri tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında distributivlər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir. 

Linux-dan istifadə edənlərin sayı 1991-ci ildən 2010-cu ilə kimi on dəfələrlə artdı. Lakin ən çox istifadə edilən əməliyyat sistemi deyil. Dünyada kompüterlərin cəmi 1 faizi Linuxdan istifadə edir. Linux proqram kodunun ölçüsü yarandığı gündən bu günə kimi əhəmiyyətli dərəcədə böyüyüb. Əgər 1995-ci ildə sistemdə 250 sətir proqram kodu var idisə, 2010-cu ildə bu rəqəm 14 milyon oldu.

Tezliklə sistem özünü müxtəlif sahələrdə, xüsusilə superkompüterlər seqmentində sınaqdan keçirdi. Hazırda dünya üzrə 500 aparıcı superkompüterlərdən 413-ü “Linux” əməliyyat sistemi əsasında işləyir.

dailycomm.ru saytının verdiyi məlumata görə, sistem fərdi kompüterlər sahəsində də olduqca fəaldır. Belə ki, əgər 1994-cü ildə “Linux" bazasında 37 milyon fərdi kompüter var idisə, 2010-cu ildə bu rəqəm 351 milyona çatdı.

Linux əməliyyat sisteminin nüvəsi monolit arxitekturaya aid olsa da o, eyni zamanda çoxmodullu nüvə elementlərindəndə istifadə edir. Belə ki, nüvənin kompilyasiyası zamanı nüvənin bir çox komponentlərinin- modullarının yüklənməsi (və ya bunun əksi) mümkündür.

Linuxun nüvəsi

redaktə

Nüvə - Əməliyyat sisteminin əsasıdır. O, yaddaşın paylanması, proseslərin və perfieriya qurğularının idarə olunmasına cavab verir. Kompüterin fiziki yaddaşı ilə müqayisədə, operativ yaddaşın böyük həcminin dəstəklənməsi üçün, nüvə operativ yaddaşın səhifələrini sərt diskdə yerləşdirməklə, adaptiv yaddaşdan istifadə etməyə imkan verir.

Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.

GNU utilitləri

Linux - GNU utilitlərini özündə saxlayır. Bu utilitlər olmadan əməliyyat sistemi ilə işləmək mümkün deyil.

X Window

Linuxda istifadəçinin qrafik interfeysi X Window vasitəsilə verilir. Müxtəlif pəncərə şəklində menecerlər (IceWM, WindowMaker, Fluxbox və s.), KDE və GNOME kimi qrafik vasitələr multimedia vasitələri ilə rahat işləməyə imkan verir.

DOS və Windows interfeysləri

Linux fərdi kompüterlər üçün yaradıldığından proqramçılar hesab edirlər ki, MS-DOS proqramları ilə uyğunluq yaratmaq olar. Linuxda distributivin bir hissəsi kimi DOS emulatoru təklif olunur. O, Linux vasitəsi ilə birbaşa olaraq DOS proqramını yerinə yetirməyə imkan verir.

Microsoft Windowsun proqramlarının işləməsi üçün bir neçə vasitə hazırlanmışdır. Onlardan ən çox tanınanı Wine-dır. Wine – Windows API-ın sərbəst realizə edilməsidir. Wine, həmçinin, Linuxun distributivlərinin çoxunda var.

Linux – DOS və Windows fayl sistemləri arasında faylların problemsiz ötürülməsinə icazə verir. Belə ki, bunu sərt diskin uyğun bölmələrinə müraciət etməklə həyata keçirir. Lakin, bu zaman bəzi tənzimləmələr etmək lazımdır.

Şəbəkəni dəstəkləməsi

TCP/IP – Unix və Linuxun istifadə etdiyi əsas şəbəkə sistemidir.

TCP/IP – internet üçün hazırlanmış protokollar yığımıdır. Yalnız lokal şəbəkəyə birləşmək üçün Unix maşını da TCP/IP istifadə edir. Həmçinin, Linux IPX/SFX, AppleTalks və s. bu kimi protokolları dəstəkləyir.

Linuxun üstünlükləri

redaktə
  • Pulsuz olması. Linux Açıq Lisenziya Razılaşmasına əsasən pulsuz şəkildə yayılır. Bu, IT-də bir çox hüquqi məsələlərin qarşısını almağa və xərclərin əhəmiyyətli dərəcədə azalmasına imkan verir.
  • Etibarlılıq. Digər Unix əsaslı ƏS-ləri kimi Linux da yüksək etibarlılıqla xarakterizə olunur.
  • Təhlükəsizlik. Linuxu seçməklə siz kompüter viruslarını tamamilə unutmaq olar və həmçinin, heç bir antivirusa ehtiyac yoxdur. Çünki, Linux təhlükəsizdir.
  • Universallıq. Linuxun hər hansı distributivini seçməklə, yerinə yetirilən məsələlərdən asılı olaraq sistemi müxtəlif kompüterlərdə müxtəlif şəkildə tənzimləyə bilmək olar.
  • Məhsuldarlıq. Linuxu istənilən məsələnin həlli üçün tənzimləmək və beləliklə, maksimum məhsuldarlığa nail olmaq mümkündür. Buna ən yaxşı sübut Linuxun böyük hesablama qrupları və internet-serverlər üçün geniş istifadə olunmasıdır.

Linuxun mənfi cəhətləri

redaktə

Linux-da ən vacib əskiklərdən biri – hal-hazırda əvvələ görə çox yaxşı vəziyyətə gəlmiş olsa da – oyunlardır. Linux-da əlbəttə bir çox pullu və pulsuz oyun var. Lakin bu oyunların sayı ən azından Windows-dakı qədər deyil hələlik. Ancaq bunun çox yaxında dəyişəcəyinə inanırıq. Əsasən SteamOS səbəbilə bir çox oyun Linux-a keçdi və keçirilir. Bundan başqa, Wine və PlayOnLinux kimi proqramlarla bir çox Windows və DOS oyun və proqramlarını işlətməniz mümkündür. Yəni qısaca, Linux hal-hazırda oyun barəsində Windows qədər yaxşı olmasa da əvvəllərə görə çox böyük irəliləyiş qət edib. Əgər ciddi bir oyunçusunuzsa bir müddət daha Linux sizə uzaq gələ bilər. Amma ən azından dual boot olaraq qurub, oyun xaric bütün işlərinizi Linux ilə həll edib, Windows-u sadəcə oyun üçün istifadə edə bilərsiniz.

Əksiklikləri

redaktə

Əvvəllər böyük oyun firmaları sadəcə Windows üçün oyun istehsal edirlər. Lakin bu artıq belə deyil. Artıq bir çox oyun şirkətləri çarpaz platformalı oyunlar istehsal edirlər. Bundan əlavə Linux istifadəçiləri Windows proqramlarını Steam, Wine, virtual maşın (VirtualBox, VMware və s.) kimi proqramların köməyi ilə işlədə bilərlər.

Distributivlər

redaktə

Azərbaycanın istehsalı olan bir distributivdir. Linux Mandrake 9.2-nin əsasında qurulmuşdur.

RedHat şirkəti RedHat 9 versiyasından sonra RedHat Linuxu iki versiyaya ayırdı: pulsuz və pullu. Pulsuz versiyası Fedore Core oldu, Pullusu Redhat Enterprise.

Rəsmi saytı: www.fedoraproject.org

(jentu,gentu – oxunur) – GNU/Linux əməliyyat sistemlərin bir növü. Güclü Portage texnologiya ilə təmin olunub. Ən sürətli Linux distributivlərindən biridir. Adını Pygoscelis papua adlı pingvinlərdən götürüb. Ginnes Rekord kitabına əsasən, bu növ pinqvinlər ən sürətli sayılır(36 km/saat). Meta distributivlərə aiddir. Daniel Robinson tərəfindən 1999-ci ildə qurulub.

Mandriva

redaktə

Fransiz kampaniyasi Mandriva(Mandrakesoft)tərəfindən istehsal olunub.

 
ubuntu 8.04

İstifadəsi çox asan və rahat olan distributivdir. Çox yığcam və rahatdır. Debian əsasında yaradılmışdır. Mənası Zulu dilində "insanlıq" deməkdir.

DistroWatch saytının verdiyi statistikaya görə ən çox yüklənilən Linux əməliyyat sistemidir.

Kubuntu

redaktə

Ubuntu distributivinin KDE ilə olan analoqudur.

  • Rəsmi saytı: [1]

Almaniyada hazirlanan SuSE (Gesellschaft für Software und Systementwicklung mbh) bu gün ən dəstəklənən və ən mükəmməl distributivdir.

  • Rəsmi saytı: [2]

Knoppiks

redaktə

Knoppiks digər Linux versiyalarından qurulma tələb etməməsi ilə fərqlənirdi. Knoppiks CD-dən birbaşa çalışan yeganə Linux sistemi idi.

Dünyaca məşhur, pulsuz paylanan əməliyyat sistemidir.

Corel Linux

redaktə

Corel firmasının çıxartdığı çox gözəl qrafikləri olan pulsuz Linux versiyasıdır. Debian sistemi üzərində inkişaf etdirilmişdir.

Türkiyədə hazırlanan və çox keyfiyyətli Linux distributivdir.

Troya Linux

redaktə

Türkiyə istehsalı olan Linux distributivdir.

  • Rəsmi saytı [3]

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. "Linus Torvaldsın Linux əməliyyat sistemini yayımlaması". 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.
  2. "Arxivlənmiş surət". 2020-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.