Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) (7 (20) avqust 1912[1], Tiflis2 avqust 1984[1], Bakı) — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982).

Niyazi
Ümumi məlumatlar
Doğum adı Niyazi Zülfüqar oğlu Hacıbəyli
Ləqəbi Maestro
Doğum tarixi 7 (20) avqust 1912[1]
Doğum yeri
Vəfat tarixi 2 avqust 1984(1984-08-02)[1] (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Zülfüqar Hacıbəyov
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, bəstəkar, siyasətçi, film bəstəkarı
Fəaliyyət illəri 1934-cü ildən
Janr opera
Təhsili
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1982
"Lenin" ordeni — 1982 "Lenin" ordeni — 1976 "Oktyabr inqilabı" ordeni — 1971 "Qırmızı əmək bayrağı" ordeni — 1967 "Şərəf nişanı" ordeni — 1938 "Kiril və Mefodi" ordeni "Əmək veteranı" medalı — 1977 "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"SSRİ xalq artisti" fəxri adı — 1959 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1955 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940 "Ermənistan SSR xalq artisti" fəxri adı — 1962 "Stalin" mükafatı — 1951 "Stalin" mükafatı — 1952 Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı — 1967
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

redaktə

Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb.

Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür.

Musiqi yaradıcılığı

redaktə

Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925–1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirir. 1929–1930-cu illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alır. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib.

Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənmiş, Çexiyada "Suprafon", ABŞ-də "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. 1951–1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlamışdır. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O burada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlamışdır. Həmçinin P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanmışdır. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçmişdir. Niyazi P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbulOpera Teatrında ilk quruluş vermiş, onun ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq etmişdir. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir. Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almaz", S.Vurğunun "Vaqif, A. Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almaz", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.[2]

1979-cu ildə Niyazi Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olunmuşdur.

Dirijorluq

redaktə

Niyazi AvropaAsiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlar etmişdir. Niyazi məşhur hind filosofu R. Taqorun "Çitranqoda" fəlsəfi dramı üzrə "Çitra" baletini yazmışdır. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. Niyazi Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair bir çox məqalələrin müəllifidir. O həmçinin Azərbaycan Sovet Ensiklopediyasının redaksiya şurasının üzvü olmuşdur.

Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır.[3] Məhz Niyazi Azərbaycan dirijorluq məktəbinin banisidir. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934–35-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini — "Rast" və "Şur"u nota köçürür. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunur. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayev (bəstəkar)in "Nərgiz" operasına dirijorluq edir. Üzeyir Hacıbəyovun "Koroğlu", Qara QarayevinCövdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operalarının, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin dirijorluğunu da Niyazi etmişdir. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. 1949-cu ildə ən məşhur əsərini — "Rast" simfonik muğamını yazır. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in xalq artisti, SSRİ xalq artisti adlarına, Ü.Hacıbəyov adına Azərbaycan dövlət mükafatına, SSRİ dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülmüşdür. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.[4]

Ailəsi

redaktə

Niyazinin böyük bəstəkar və dirijor olmasında əsas dəstəkçilərindən biri də ömür gün yoldaşı Həcər xanım olmuşdur. Onların tanışlığının maraqlı tarixçəsi vardır:

Bir gün Maestro Niyazi Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilir. Irandan olan əslən Cənubi Azərbaycanlı tələbə olan Həcər xanımla da elə Mahaçqalada tanış olur. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar və yaxın münasibətləri yaranır. Niyazi bəy Həcər xanımı burada görür və bir-birlərinə aşiq olurlar. Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyirlər. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olur. Həcərin ailəsi bu izdivaca heç cür razı olmur. Gənclər 1933-cü ildə qaçıb gizlincə evlənmək qərarına gəlirlər. Elə belə də edirlər. Bir müddət Ağdaşda qohumlarıgildə qalırlar. Evliliklərinin ilk illəri əziyyətli keçir. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdirirlər. Onların nigahı 1940-cı ildə rəsmiləşdirilir. Gənclər harda, necə yaşayacaqlarını bilmirmişlər. Bütün çətinliklərə baxmayaraq, onlar düz 51 il birgə xoşbəxt ömür sürürlər.

Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Bəzi mənbələrdə qeyd edilir ki, onların övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra narkotik aludəçisinə çevrilir. Elə ailə dramı bundan sonra başlayıb. Ceyhun ailəni min bir əziyyətə düçar edib. Sonradan müxtəlif vaxtlarda həbsə düşən Ceyhunun aqibəti isə bəlli olmur. Hətta onun həbsxanada öldüyü də bildirilir.

Görkəmli drijor 1958-ci ildən ömrünün sonuna qədər Bakıda Bülbül prospekti 21 ünvandakı mənzildə yaşayıb.[5] Muzeyin qapısından dəhlizə daxil olan hər kəsi Niyazinin şəkilləri qarşılayır. Maestronun əzəmətli heykəli də bu mənzildədir. Divarda Niyazinin yaradıcılığını, musiqi xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillər, konsertlərinin nadir afişaları yer alıb.

Muzeyin açılışında Ümummilli lider Heydər Əliyevin xüsusi təşəbbüsü olmuşdur. 1994-cü il sentyabrın 18-də mənzil-muzey fəaliyyətə başlamışdır. Niyazinin musiqi festivallarında çıxışları, musiqi məktəblərində, hərbçilərlə və s. görüşləri fotoşəkillərdə əks olunubdur. Azərbaycan Dövlət Opera və Balet Teatrı tərəfindən muzeyə daxil olan "Xosrov və Şirin" operasının partiturası da muzey materiallarına daxildir. 5 otaqdan ibarət mənzil muzeyin qonaq otağının divarlarını Niyazi və Həcər xanımın portretləri ilə yanaşı Ejen Dlakruanın rəsm əsəri, İ.Kajvazovskinin "Dənizdə səhər" və naməlum rəssamın "Güllər" əsəri bəzəyir. Kitab şkafında maestronun nadir kitabları qorunur.

Maestroya məxsus 279 material AMEA-nın Tarix Muzeyində saxlanılır. Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində, Əlyazmalar İnstitutunda, Səsyazmaları Arxivində də maestronun həyat və fəaliyyətinə aid sənədlər qorunur.[6].

2 fevral 2017-ci ildə Bakı şəhəri Niyazi küçəsində dahi sənətkarın abidəsinin açılışı olmuşdur.

Təltif və mükafatları

redaktə
SSRİ
Digər dövlətlər

Nəsil ağacı

redaktə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hacıbəy
Hacıbəyov
 
 
 
 
 
 
 
 
 
 
 
Əbdülhüseyn bəy
Hacıbəyov
(1842–1901)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl bəy
Hacıbəyov
(1879–1921)
 
 
 
Sayad
Hacıbəyova
(1872–1954)
 
Abuhəyat
Hacıbəyova
(1880–1951)
 
Zülfüqar
Hacıbəyov

(1884–1950)
 
Üzeyir
Hacıbəyov

(1885–1948)
 
 
Ceyhun
Hacıbəyov

(1891–1962)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Soltan
Hacıbəyov

(1919–1974)
 
 
Osman
Hacıbəyov

(1924–1979)
 
Camal
Paşayev

(1895–1953)
 
Niyazi
Tağızadə-
Hacıbəyov

(1912–1984)
 
Çingiz
Hacıbəyov

(1913–1971)
 
Ceyhun
Hacıbəyov
(1919–1941)
 
Timuçin
Hacıbəyov
(1921–1993)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl
Hacıbəyov

(1949–2006)
 
 
 
 
 
 
Cəmil
Paşayev
(1926–1978)


Filmoqrafiya

redaktə

Xatirəsi

redaktə

1975-ci ildə Rauf Nağıyev tərəfindən "Azərbaycanfilm" Kinostudiyası istehsalı Maestro Niyazi adlı qısametrajlı sənədli film çəkilmişdir. Film onun həyat və çoxcəhətli yaradıcılığına, ictimai fəaliyyətinə həsr olunmuşdur.

1983-cü ildə Rauf Nağıyev tərəfindən "Azərbaycanfilm" Kinostudiyası istehsalı Maestro Niyazi adlı onun həyat və yaradıcılığına həsr olunmuşdur qısametrajlı sənədli film çəkilmişdir.

İstinadlar

redaktə
  1. 1 2 3 4 Niyazi Zulfigar, Knyaz Hacıbäyov // Musicalics (fr.).
  2. "M. Mükərrəmoğlu — O, musiqi sənətinin zirvəsini fəth edə bildi. Niyazi — 100. Xalq qəzeti.- 2012.- 18 avqust.- S. 5". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-26.
  3. "Maestro Niyazinin ailə həyatı". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
  4. "Flora Xəlilzadə. O, orkestrin ürəyi idi. Azərbaycan.- 2012.- 18 avqust.- S. 5". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-26.
  5. "Sevda İsmayıllı — Niyazi ilə Həcər xanımın sevgi tarixçəsi…". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-26.
  6. "Təranə Məhərrəmova. Maestronun kimsəsiz muzeyi. Kaspi. −2010. −24 avqust. — S.9". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-26.
  7. "SSRİ Xalq artisti N.Z.Tağızadə-Hacıbəyova Sosialist Əməyi Qəhrəmanı adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 avqust 1982-ci il tarixli Fərmanı" (PDF). anl.az (az.). Azərbaycan Milli Kitabxanası. 19 avqust 1982. 1 iyul 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 iyul 2020.
  8. 1 2 3 4 5 "Тагизаде-Гаджибеков Ниязи Зульфугарович". warheroes.ru (rus). 1 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2020.
  9. M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının və Azərbaycan Dövlət filarmoniyasının Moskvada Azərbaycan incəsənəti dekadasında iştirak edən işçilərinin təltif edilməsi haqqında SSRİ Baş Soveti Prezidiumunun 17 aprel 1938-ci il tarixli Fərmanı
  10. "N.Z.Tağızadə (Niyazi) yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif еdilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 dekabr 1972-ci il tarixli Fərmanı" (PDF). anl.az (az.). Azərbaycan Milli Kitabxanası. 26 dekabr 1972. 1 iyul 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 iyul 2020.

Xarici keçidlər

redaktə