Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Nurəddin İbrahim Konyar

Nurəddin Paşa (Nurəddin İbrahim Konyar və ya Saqqallı Nurəddin Paşa, 17 iyul 1873[1][2], Bursa, Xudavəndigar vilayəti18 fevral 1932, İstanbul) — Türk hərbçi və siyasətçi.

Nurəddin İbrahim Konyar
Şəxsi məlumatlar
Ləqəbi Saqqallı Nurəddin Paşa
Doğum tarixi 17 iyul 1873(1873-07-17)[1][2]
Doğum yeri
Vəfat tarixi 18 fevral 1932(1932-02-18) (58 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Xidmət illəri 1893-cü ildən
Rütbəsi general
Döyüşlər 1897 Osmanlı-Yunan müharibəsi Balkan müharibələri I Dünya Müharibəsi Qurtuluş Savaşı
Təltifləri "Fəxri legion" ordeni kavaleri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Osmanlı dönəmi

redaktə

Müşir (Marşal) İbrahim Ethem Paşanın oğludur. 1890-cı ildə Pangaltı Mekteb-i Füsun-u Hərbiyyə-i Şahane hərbi məktəbinə daxil oldu. 1893-cü ildə piyada ixtisasını bitirərək Mülazım-i Sani (leytenant) rütbəsiylə məzun oldu. Ərəbcə, almancarusca bilirdi.[3]

1893-cü ilin mart-aprel aylarında V orduya bağlı 40-cı piyada taborunda çalışdı. Aprel, 1893-cü ildən, 1898-ci il, 1898-ci ilə qədər Hassa ordusu qərərgahında işləmişdir. 1895-ci ildə baş leytenanta, 1896-cı ildə kapitan rütbəsi aldı.[3]

1897-ci il Osmanlı-Yunan müharibəsində Baş Komandan Ethem Paşanın yavəri oldu.[4] Müharibədən sonra İstanbula döndü, I Ordu qərərgahına Əməliyyat rəisi olaraq çalışmağa başladı. 1898-ci il, oktyabrda Sultan II Əbdülhəmidin yavəri oldu. 1901-ci ildə, mayor rütbəsi aldı. 1901–1902-ci illərdə Bolqarıstan Sərhəd Komandanlığı Qərərgah Qrupunda çalışdı. 1902–1903-cü illərdə Makedoniyada quldurlarla savaşdı.[4] 1907-ci ildə Səlanikdə olan III Ordu qərərgahına göndərildi. 1907-ci ildə polkovnik-leytenant və 1908-ci ildə polkovnik rütbəsinə qaldırıldı. 1908-ci ildəki Jön Türk İnqilabından öncə, Müşir İbrahim Paşa orduda nizam-intizamı qurmağa çalışarkən, Polkovnik Camal bəy və digər İttihad və Tərəqqi üzvləri, Müşir İbrahim Paşanın oğlu Nurəddin bəyə yaxınlaşsa da, İbrahim paşa oğlunu xəbərdar etdi.[5] Lakin Nurəddin bəy İttihad və Tərəqqiyə qatıldı (üzvlük nömrəsi 6436(8)).[6] 1909-cu ildə, rütbəsi düşürülərək, I Orduya bağlı ehtiyat qüvvələrə göndərildi. 1911-ci ilin, fevralında Yəməndə üsyancılarla savaşdı, 1913-cü ildə, komandanı olduğu qoşunla birlikdə Yəməndən gələrək Balkan savaşına qatıldı.

I Dünya Müharibəsi dövrü

redaktə
 
Nurəddin Paşanın ingilis qoşunlarını mühasirəyə alması

1914-cü ilin, aprelindı IV Firqənin komandanlığına yüksəldildi. 14 aprel, 1915-ci ildə İraq və Havalisi komandanı Süleyman Əsgəri bəyin intihar etməsindən sonra 20 apreldə İraq və Havalisi komandanlığına yüksəldildi. İyun ayında vəzifəsinin icrasına başladı. Bu vəzifəylə birlikdə BəsrəBağdad valiliyi də ona həvalə edildi.[3] General-leytenan Çarlz Vere Fenners Tounshend komandanlığındakı ingilis VI Poona Korpusu (Hind korpusu) Bağdada irəliləməyə çalışarkən 22–23 noyabr, 1915-ci ildə Səlman-i Pak savaşında qalıb gələ bilməyərək, geri çəkildi və 3 yanvarda Kuta yerləşdi. İngilisləri təqib edən Nurəddin Paşa ingilisləri Kut şəhərində mühasirəyə aldı. Uzanan mühasirə sonrasında ingilis ordusu 13 general, 481 zabit və 13.300 əsgərlə birlikdə Türk ordusuna təslim oldu.[7] Alman feldmarşal Kolmar fon der Goltz, 21 yanvar 1915-ci ildə Bağdada gələrək, İraq və Havalisi Ümumi Komandanlığının adını İraq Ordusu olaraq dəyişdirdi.[8] Ordunu İrana yönəldərək, İrana bir hərəkat təşkil etmək hazırlıqlarına başladı.[9] 1916-cı ilin, 20 yanvarında, Hərbiyyə naziri Ənvər Paşa, Nurəddin bəyi əmisi Xəlil bəylə dəyişdirdi.[10] Nurəddin bəy 9-cu və 3-cü ordu korpuslarının Ordu Komandan Vəkili olaraq vəzifəyə göndərildi.[3]

 
İngilislərin İraqdakı ordusunun komandanı

1916-cı il tarixində MuğlaAntalya Komandanlığına təyinat aldı və Aydın mərkəzli XXI Ordu Korpusunun qurucu komandanlığına təyin olundu. Bu vəzifələrdən sonra 25 oktyabr 1918-ci ildə Aydın Valisinin köməkçisi təyin olundu. 1918-ci ildə General-leytenan rütbəsinə yüksəldildi və Paşa fəxri adını aldı.[3]

Atəşkəs sonrası

redaktə

Mudros andlaşmasından sonra 1918-ci il, noyabr ayında, mərkəzi İzmir şəhərində yerləşən XVII Ordu Korpusu Komandanı və Aydın vilayətinin valisi olaraq təyinat aldı. 30 dekabr, 1918-ci ildə, İstanbulda yerləşən korpusun komandanı təyin olundu. Urlada üsyan olan zaman, 2 fevral 1919-cu ildə təkrar Aydın valiliyinə və Aydın Vilayəti Komandanlığına təyinat aldı.

Vali olan zaman, İzmirin Sevr müqaviləsi səbəbiylə Yunanlara verilməsinə qarşı çıxan İzmir Müdafaa-i Hüquqi Osmaniyyə Cəmiyyətini dəstəkləyərək, müqavimıt komitəsinin qurulmasına nail oldu. Bu fəaliyyətləri səbəbiylə, Antanta dövlətlərinin təzyiqi nəticəsində, İzmirin yunan işğalına məruz qalmasında qısa müddət əvvvəl, 1919-cu il, mart ayının 22-də valilik vəzifəsindən azad edildi. Yerinə öncə Kambur İzzət bəy, daha sonra da Ali Nadir Paşa təyin olundu.

Qurtuluş Savaşı dövrü

redaktə

1920-ci ilin, iyun ayında İstiqlal Savaşına qatılmaq məqsədilə Anadoluya keçdi. 9 dekabr, 1920-ci ildə Pontus Rum quldur dəstələrinə qarşı Amasiyada qurulan 10 min əsgərlik Mərkəz Ordusu Komandanı təyin olundu. Üsyanı yatırtmaq üçün çox sərt tədbirlər gördü: Amerikan missionerlər ölkədən çıxarıldı[11], üsyana dəstək verən xristian əhalidən bir çoxu vətənə xəyanətdən edam edildi.[12]

1922-ci ildə, Əli İhsan Paşanın vəzifədən azad edilməsi sonrası, Rafet PaşanınƏli Fuad Paşanın komandanlıq təkliflərini rədd etməsinin ardıyca 29 iyun, 1922-ci ildə I Ordu Komandanlığına təyin olundu. Bu vəzifəsində çox çətin vəziyyətdə olmasına baxmayaraq, böyük ustalıq göstərdi. Böyük Taarruza qatılaraq, üstün bacarıq sərgilədi. Zəfərdən sonra Ordu Generalı rütbəsinə yüksəldildi.

Haqqında müxtəlif iddialar

redaktə
 
Nurəddin Paşa, Mustafa Kamal Atatürk ilə birlikdə, Qəbzə, 17 yanvar, 1923-cü il.

Koçgiri üsyanını yatırma üsüluna görə və İstiqlal Savaşı müddətincə yazılarıyla millətçi cəbhənin etirazlarıyla qarşılanan, jurnalist Əli Kamalı öldürtməsiylə bağlı müxtəlif mübahisələr mövcuddur. Əli Kamalla bağlı hadisə İstanbulda olan və İstiqlal Savaşına müxalif olan qüvvələrin qısa müddətə ram edilməsini təmin etmişdir. Sultan Vəhdəttin bu hadisədən sonra həyati təhlükəsinin olmasını səbəbə göstərərək, ölkədən ayrılmışdır. Yaş ortalaması İstiqlal Savaşının digər yüksək rütbəli zabitlərindən təxminən 10 il yuxarıdır və buna görə də "köhnə nəsil" Osmanlı generalitetine aid edilir.

İzmirin geri alınmasından sonra, vətənə xəyanətdə ittiham olunan bəzi insanları, başda İslahat qəzeti sahibi Suheyya və Efes Metropoliti Xrisostomos olmaqla, çoxu edam edilmişdir.

İşğal dövründə qəzetində işğal qüvvətlərini məthedən və Milli Mübarizəni pisləyən jurnalist Süheyya məhkəmədə edama məhkum edilmiş və hökm həyata keçirilmişdir, yunan işğalı dövründə Türklərə qarşı bariz bir nifrət və bir din adamına yaraşmayacaq hərəkətlər edən Xrisostomos isə, Nurəddin Paşanın qəbuluna çağırıldıqdan sonra, bilərəkdən az saylı qoruma ilə Türk məhəllələrindən keçirilmişdir. Bu əsnada Nurədddin Paşanın da göz yumması ilə, türk əhali tərəfindən döyülərək öldürülmüşdür.

Cumhuriyyət dövrü

redaktə

Millət vəkilliyi

redaktə

1923-cü ildə, I Ordunun ləğv edilməsindən sonra komandanlıqdan ayrıldı. Əvəzinə I Ordu Müfəttişi olaraq Kazım Qarabəkir Paşa təyin olundu. 1924-cü ilin, mart ayında Yüksək Hərbi Şura üzvü olaraq təyinat aldı. 1924-cü ilin, dekabr ayında, Türkiyə Böyük Millət Məclisi üçün Bursada təşkil edilən ara seçimdə, Nurəddin Paşa bağımsız namizəd olaraq, Xalq Partiyasının namizədini məğlub edərək millətvəkili təyin olundu. Millətvəkili seçildikdənj sonra Yüksək Hərbi Şuradakı vəzifəsindən istefa verdi. 17 yanvar, 1925-ci ilə qədər hərbi vəzifələrini və millət vəkilliyini eyn anda icra etsə də, parlamentdə qəbul edilən qərar sonrasında hərbi mükəlləfiyyətlərdən ehtiyata çıxdı. 2 fevraldakı təkrar seçkilərdə səslərini artıraraq təkrar millət vəkili seçildi.

Şapka qanunu

redaktə

Millətvəkilliyi zamanı, 1925-ci ilin noyabr ayında, Şapka Qanununun konstitutsiyaya qarşı olduğunu bildirdi.[13] Ancaq digər millətvəkilləri onu xalq iradəsi düşmənliyində ittiham etdilər. Ədliyyə naziri Mahmud Əsəd Bozqurd, Nurəddin Paşaya xitab edərək, "Hürriyətin nəsibi irticanın əlində oyuncaq olmaq deyildir… Ölkənin mənfətinə olan şeylər heç bir zaman konstitutsiyaya qarşı ola bilməz, olmaması dəqiqdir" sözlərini işlətdi.

Ölümü

redaktə

18 fevral, 1932-ci ildə Kadıköy, Hasanpaşa məhəlləsi, Qızlarağası Çeşməsi küçəsindəki (indiki Müvərrih ağa) evində vəfat etdi. Həyat yoldaşının adı Nəzmiyyə Xanım Törə idi (vəfat tarixi 1951), övladlarının adları: Səmiya xanım (1896–1950), Məmduha xanım (1904–1970). Semiha xanəm Hüseyn Paşa ilə, Məmduha xanım IV Ümumi Müfəttiş Vali Geenral-mayor Hüseyn Abdullah Alpdoğan ilə evlənmişdirlər.[14]

Məzar daşında:[15]

  Nurəddin Paşa, Səlman-i Pak savaşını qazanan, Kutül-amareni mühasirəyə edən qüvvətlərə və Aydında 21-ci, İstanbulda 25-ci, İzmird\ 17-ci ordu Korpuslarına, Milli Mübarizədə isə Amasyada mərkəz ordusuna və Afyondan İzmirə gedən, İstanbulun qurtuluşu üçün İzmitdə toplanan I Orduya komandanlıq etmiş olan general Nurəddin İbrahim Konyarın məzarıdır. Ruhu daim əziz və şad olsun. Bəsrə, Bağdad və İzmir valisi olmuş və doğulduğu Bursadan millət vəkili seçilmişdir. Müşir İbrahim Paşanın oğludur. 1872-18 fevral, 1932  

2 sentyabr çevrilişindən sonra yaradılan Atatürk Araşdırma Mərkəzi tərəfindən təsbit edilən, Qurtuluş Savaşında Mustafa Kamal Atatürkün silah yoldaşı olan 50 nəfərlə birlikdə məzarı Dövlət Məzarlığına köçürülməsi qərara alındı. Həmçinin də, Nurəddin Paşa Ferik (Ordu Generalı) rütbəsiylə İsmət inönüFevzi Çaxmağı izləyən IV kəs olaraq göstərildi. Və bütün bu qərarlar Türkiyə Ümum Qoşun Komandanlığı tərəfindən qəbul edilsə də, əhali tərəfindən böyük etirazlara qarşılanması səbəbindən, məzarın Dövlət Məzarlığına köçürülməsi ləğv edildi.[16][17]

İstinadlar

redaktə
  1. 1 2 Mehmet Nurettin // Faceted Application of Subject Terminology.
  2. 1 2 https://ataturkansiklopedisi.gov.tr/bilgi/nurettin-pasa-sakalli-1873-1932/.
  3. 1 2 3 4 5 T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 31.
  4. 1 2 Edward J. Erickson, Ottoman Army Effectiveness in World War I: A comparative study, Routledge, New York, 2007, ISBN 978-0-415-77099-6, s. 75
  5. Andrew Mango, Atatürk, John Murray, 1999, ISBN 978-0-7195-6592-2, s. 73.
  6. Kâzım Karabekir, İttihat ve Terakki Cemiyeti, Emre Yayınları, 1982, s. 180. Arxivləşdirilib 2012-03-31 at the Wayback Machine
  7. Edward J. Erickson, Ordered to Die: A history of the Ottoman Army in the First World War, Greenwood Press, Wesport, CT 2001, ISBN 0-313-31516-7, pp. 112–115.
  8. Orhan Avcı, Irak'ta Türk ordusu (1914–1918), Vadi Yayınları, 2004, ISBN 978-975-6768-51-8, s. 30.
  9. Edward J. Erickson, Ottoman Army Effectiveness in World War I: A comparative study, p. 86.
  10. Edward J. Erickson, Ordered to Die: A history of the Ottoman Army in the First World War, s. 150.
  11. Andrew Mango, Atatürk, s. 330.
  12. Andrew Mango, Atatürk, s. 329.
  13. Kûtülamare muhasırı, Bağdat müdafii, Yemen, Selmanpâk, Garbı Anadolu, Afyon Karahisar, Dumlupınar, İzmir muharebatı galibi ve İzmir fâtihi, "Nurettin Paşa'nın bağımsız milletvekili olma teşebbüsü ve yayınladığı hal tercümesi" Arxivləşdirilib 2011-10-02 at the Wayback Machine, Nutuk.
  14. Harp Akademileri Komutanlığı, Harp Akademilerinin 120 Yılı, s. 32. (Türkçe)
  15. Andrew Mango, Atatürk, s. 436.
  16. Uğur Mumcu, Kürt-İslam Ayaklanması, 1919–1925, Tekin Yayınları, 1991, ISBN 975-478-088-9, s. 197. Arxivləşdirilib 2012-03-31 at the Wayback Machine
  17. Halil Nebiler, Türkiye'de şeriatın kısa tarihi, Ütay Yayınları, 1994, s. 87 Arxivləşdirilib 2012-03-31 at the Wayback Machine