Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Nyufaundlend

Kanadanın indiki Nyufaundlend və Labrador əyalətinin ərazisində 1907−1949-cu illərdə mövcud olmuş Britaniya dominionu


NyufaundlendKanadanın indiki Nyufaundlend və Labrador əyalətinin ərazisində 1907−1949-cu illərdə mövcud olmuş Britaniya dominionu.

Dominion
Nyufaundlend
Dominion of Newfoundland
Bayraq Gerb
Bayraq Gerb
 
 
 

Paytaxt Sent-Cons (Nyufaunlənd və Labrador)
Dilləri ingilis dili
Rəsmi dilləri İngilis
Ərazisi 405.212
İdarəetmə forması Konstitusiyalı monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1855-ci ildə Nyufaundlend adalarındakı Britaniya koloniyası özünüidarə hüququ əldə etdi. 1869-cu ildə Nyufaundlend adalarının yerli rəhbərliyi Kanada Konfederasiyasına qatılmaqdan imtina etdi.

26 sentyabr 1907-ci ildə Nyufaundlend Yeni Zellandiya ilə eyni vaxtda dominion statusu aldı.

1927-ci ildə İngiltərə parlamentinin qərarı ilə Labrador yarımadasının xeyli hissəsi (300 min km²-ə qədər) Nyufaundlendə birləşdirildi.

11 dekabr 1931-ci ildə Nyufaundlend Kanada, Avstraliya, Yeni Zellandiya, Cənubi Afrika İttifaqıİrlandiya ilə birlikdə Britaniya dominionlarının müstəqil assosiasiyası olan Millətlər Birliyində müstəqil dövlət oldu.

Lakin dominion müstəqillik uzun sürmədi, 5 aprel 1932-ci ildə 10 min nəfər Koloniya binasına (Yığıncaqlar Palatasına) doğru yürüş edərək baş nazir Skvisi qaçmağa məcbur etdi. Skvis 1932-ci ilin sonundakı seçkilərdə də məğlub oldu. Yeni rəhbərlik, başda Elderdik olmaqla, ölkədəki problemləri Birləşmiş Krallığın dəstəyi ilə aradan qaldırmağa cəhd göstərirdi. Nəticədə Nyufaundlend 1934-cü ildə yenidən Londondan təyin edilən xüsusi komissiyanın idarəçiliyinə − koloniya statusuna qaytarıldı.

1948-ci ildə — 3 iyun və 22 iyul tarixlərində, koloniyanın gələcəyini müəyyənlədirmək üçün 2 referendum keçirildi. 1-ci referendum nəticəsiz başa çatdı (44,5% dominion statusun bərpa edilməsinə, 41,1% Kanada ilə konfederasiyaya və 14,3% komissiya rəhbərliyinin davam etməsinə səs verdi). İkinci dəfə isə yalnız konkret iki məsələ (Nyufaundlendin dominion statusunun bərpası və Nyufaundlendin Kanada ilə konfederasiyası) ümumxalq səsverməsinə çıxarıldı. Bu dəfə Nyufaundlendin Kanadaya birləşdirilməsinə 52%, dominion statusunun bərpa edilməsinə isə cəmi 48% səs verildi. Sonuncu referendumun nəticəsinə əsasən 31 mart 1949-cu il tarixdən etibarən Nyufaundlend Kanadanın subyektinə çevrilmiş oldu və Kanadaya qatılan ən son əyalət oldu.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə