Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Selsi şkalası

(Selsi səhifəsindən yönləndirilmişdir)

Selsi şkalası (şərti işarəsi: °C) — Beynəlxalq Vahidlər Sistemində (BS) Kelvin şkalası ilə bərabər geniş istifadə olunan istilik ölçü vahidi.

Selsi şkalası
Ümumi məlumatlar
Simvolu °C
Adını daşıyır Anders Selsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Selsi şkalası 1742-ci ildə bu temperatur ölçü sistemini ilk dəfə təklif etmiş İsveç alimi Anders Selsinin (1701-1744) şərəfinə adlandırılmışdır. Onun təklif etdiyi şkalada suyun donma temperaturu 0°, qaynama temperaturu isə 100° müəyyən edilmişdi.

Lakin sonradan digər məşhur İsveç alimi Karl Linney (1707-1778) (bəzi mənbələrə görə isə Martin Ştremer) bu şkalanı bizim bu gün adət etdiyimiz şəklə salmışdır. Belə ki, o suyun donma temperaturunu 0°, qaynama temperaturunu isə 100° kimi təklif etmişdir.

Bu şkalanın tətbiqi barədə ilk yazılı qeyd 1745-ci ildə Karl Linneyin öz tələbəsi Samuel Naklerə yazdığı məktub hesab edilir. Məktubda Linney Uppsala Universitetinin Botanika bağında qeydə aldığı temperatur fərqləri barədə tələbəsini məlumatlandırır.

Əvvəllər Selsi şkalasında dərəcənin təyin olunması standart atmosfer təzyiqinin müəyyən edilməsindən asılı idi, çünki, suyun donma və qaynama temperaturları atmosfer təzyiqi ilə birbaşa bağlıdır. Bu hal hər hansı ölçü vahidinin standart olaraq qəbul edilməsi üçün əlverişli deyil.

Buna görə də Kelvin şkalasının temperaturun ölçülməsi üçün əsas ölçü vasitəsi kimi qəbul edilməsindən sonra Selsi şkalasında 1 dərəcənin müəyyən edilməsi qaydası dəyişmişdir. Yeni qaydaya görə Selsi şkalasında 1 dərəcə 1 Kelvinə bərabərdir. Selsi şkalasında 0 dərəcə elə müəyyən edilmişdir ki, suyun üçlü nöqtəsi (suyun eyni anda maye, qaz və bərk halda ola biləcəyi temperatur) 0,01° S-yə bərabərdir. Nəticədə Selsi və Kelvin şkalaları arasında bir-birinə nəzərən 273,15 vahid fərq vardır.

°S = K – 273,15

Digər temperatur ölçü sistemləri ilə müqayisə

redaktə


Həmçinin bax

redaktə