Suriya
Suriya (ərəb. سوریة) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir.
Suriya | |||||
---|---|---|---|---|---|
ərəb. الجمهورية العربية السورية | |||||
| |||||
Himn: ərəb. حماة الديار |
|||||
Tarixi | |||||
• Suriya Respublikası | 14 may 1930 | ||||
• Bəəs rejimi | 8 mart 1963 | ||||
• Suriya Konstitusiyası | 27 fevral 2012 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Dəməşq | ||||
İdarəetmə forması | Yarı prezident respublikası | ||||
Prezident | Bəşşar əl-Əsəd | ||||
Baş nazir | Hüseyn Ərnus | ||||
Sahəsi | Dünyada 87-ci | ||||
• Ümumi | 185,180 km² | ||||
• Su sahəsi (%) | 1.1% | ||||
Əhalisi | |||||
• Əhali | 20 mln nəfər (67-ci) | ||||
• Siyahıyaalma (2019) | 17,070,035 nəf. | ||||
• Sıxlıq | 118,3 nəf./km² (70-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 50.28 mln dollar | ||||
• Adambaşına | 2.900$ dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2014) | 24.6 mln dollar | ||||
• Adambaşına | 831$ dollar | ||||
İİİ (2018) | 0.549 (azalış; 157-ci) | ||||
Valyuta | Suriya funtu | ||||
İnternet domeni | .sy | ||||
ISO kodu | SY | ||||
BOK kodu | SYR | ||||
Telefon kodu | +963 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur. Suriyadakı mövcud prezident 1970-ci ildən 2000-ci ilədək ölümə qədər ölkəni idarə edən Hafiz Əsədin oğlu Bəşşar əl-Əsəddir.[4] mart 2011-ci ildə Yaxın Şərqdəki dalğalanmalardan ictimai mitinqlərlə başa çatdı. Hökumət 29 mart 2011-ci ildə istefa verdi. İctimaiyyətin islahat istəməsi və onlarla insanın ölümü nəticəsində Məhəmməd Naci əl-Otari baş nazir oldu. Hökumət formalaşana qədər Məhəmməd Nacan əl-Otari müvəqqəti olaraq Bəşşar əl-Əsəd tərəfindən baş nazir vəzifəsinə təyin edildi. Eyni gündə bir çox şəhərlərdə, xüsusilə də paytaxt Şam şəhərində on minlərlə nümayiş keçirildi.[5][6][7]
Coğrafi mövqeyi və iqlimi
redaktəAralıq dənizinin şərqində Suriyanın qərbində dağlıq bir kütlə vardır. K-G istiqamətində uzanan Ənsariyyə dağları Türkiyədəki Nur dağlarının bir davamı şəklində Antilivan dağları olaraq İsrailə qədər sahil boyunca uzanır. 1000 metr yüksəklikdə olan bu dağlar, Suriyanın sahillərinə paralel olaraq dağların uzanması səbəbindən Suriyanın içərisinə dənizin daxil olmasına maneə törədir. Çöl şəraiti Suriyanın mərkəzində təsirli olur. Suriyanın cənubunda, Suriya səhrası yerləşir. Suriyanın 2/3 hissəsi səhralıqla örtülüdür. Aralıq dənizinin iqlimi Aralıq dənizi sahillərində üstünlük təşkil edir. Kənd təsərrüfatı və heyvandarlıq xalqın əsas məşğuliyyətidir. Suriyanın yeraltı qaynaqları arasında neft və fosfat çox vacibdir.
Tarixi
redaktəƏhali
redaktə- Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. Suriyada yaşayanlar barədə məlumat eramızdan öncə VI minilliyə aid edilir. Laziqiyyə şəhərinin 15 km-də Uqarit adlanan qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Qədim suriyalıların əsas məşğuliyyəti əkinçilik və maldarlıq olub. Ölkənin şimalında qədim karvan yollarının kəsişdiyi ərazilərdə yaşayanlar isə sənətkarlıq vəticarətlə məşğul olmuşlar. Onlar Ön Asiyada mövcud olan tayfa və qəbilələrin dillərində danışırdılar. Bu dillərin əksəriyyəti semit qrupuna aid idi. Eramızın VII yüzilliyindən etibarən Suriyada ərəb dili, İslam dini və mədəniyyəti güclü kök salıb inkişaf edə bilmişdir.2005-ci ilə olan məlumatlara əsasən Suriyada 20 mln nəfərə yaxın adam yaşayır. Təqribən 2 mln. suriyalı xaricdə işləyir. Müasir Suriya təbii artımı böyük olan ölkələrdən biridir. 1990-2005-ci illərdə orta illik artım 3 faizə yaxın olmuşdur. Orta ömür müddəti 69 ildir (kişilər üçün 68, qadınlar üçün 70 yaş). Etnik tərkibinə görə əhalinin 90 faizi suriyalı ərəblərdir. Azlıqda qalan xalqlar içərisində kürdlər üstünlük təşkil edir. Ölkədə ermənilər də məskən salmışlar. Kürdlər ölkənin şimalının dağlıq rayonlarında Hələb və Həsəkə vilayətlərində yaşayır. Son illərdə şəhərlərə köçüb gələn kürdlərin sayı artmır. Kürdlər indiyədək öz qəbilə-tayfa quruluşlarını qoruyub saxlaya bilmişlər.Dövlət dili – ərəb dilidir. Dövlət dini sünni məzhəbli İslam dinidir. Dindarların təqribən 80 faizə yaxını bu dinə etiqad bəsləyirlər. Əhalinin bir qismi ələvilər və druzlardır. Əhalinin təqribən 10 faizii xristian məzhəblidir. Ölkənin yaşlı əhalisinin təqribən 75 faizi savadlıdır. Ən böyük ali təhsil ocaqları Dəməşq, Hələb, Hims və Laziqiyyə şəhərində yerləşmiş universitetlərdir. Suriya əhalisi ərazi üzrə qeyri-bərabər yerləşmişdir. Orta hesabla hər kv. km-ə 110 nəfərə yaxın adam düşür. Əhalinin böyük bir qismi ölkənin qərbindəki əyalətlərdə və Aralıq dənizinin sahilində yaşayır. Burada sıxlıq hər kv. km-ə 700 nəfərdən çoxdur. Suriya səhrasında daimi yaşayış məskənləri ancaq Fərat çayı dərəsində və yeraltı sular üzə çıxan vahələrdədir. Suriyada daxili və xarici miqrasiya mövcuddur. Daxili miqrasiyalar əsas etibarilə kənd yerlərindən şəhərlərə və əksinə, əhalisi sıx olan əyalətlərdən əhalisi seyrək olan əyalətlərədir. Suriyalıların bir qismi əsas etibarilə iş axtarmaq məqsədi ilə Avropa və Amerika ölkələrinə müharicət etmişlər. Suriya Ərəb Respublikasında yaşayanların təqribən 60 faizini şəhərlilər, qalanlarını isə kənd yerlərində yaşayanlar təşkil edir. Ölkədə əhalisinin sayı 300 min nəfərdən artıq olan altı şəhər (Dəməşq, Hələb, Hims, Həmat, Deyr-əz-Zur və Laziqiyyə) var. On üç şəhərin əhalisi 50 min, 45 şəhərin əhalisi isə 10 min nəfərdən çoxdur. Şəhərlərdə yaşayanların 80 faizi mühəfəzə (əyalət) mərkəzinin əhalisidir.
|
- Suriya Mərkəzi Statistika Bürosunun son rəsmi məlumatına əsasən 31. dekabr 2011 tarixinə ölkənin daimi əhalisinin sayı 21,377,000[11] nəfərdir.
Etnik tərkib
redaktəSuriyada təxminən 22 milyon əhali yaşayır. Suriyalılardan başqa livanlılar, fələstinlilər, iordaniyalılar, az sayda isə maltalılar bu ölkənin vətandaşlarıdır.
İqtisadiyyat
redaktəİqtisadiyyatın aparıcı sahələrini ələ keçirən Suriya hökuməti planlı inkişaf yolunda ilk addımlarını atmağa başladı. İlk beşillik planın (1961–1965) yerinə yetirilməsi üçün iqtisadiyyata 2,7 mlrd. Suriya funtu məbləğində kapital qoyulmuşdu. Bu plana görə ölkənin ümumi sənaye artımı hər il 7 faizdən az olmamalı idi.[12]
Danışılan dillər
redaktəRəsmi dil ərəb dilidir. Müasir ərəb dialektindən istifadə olunur. Ölkənin şimal qərbində kürd və türk dillərindən istifadə olunur.
Dini vəziyyət
redaktəSuriyada əhalinin əksər hissəsini (90%-dən çox) müsəlmanlar təşkil edir, ölkədə xristianlar (7%) da vardır. İslam ardıcıllarının çoxu hənəfi və digər məzhəbli sünnilərdir (74%). Onlardan başqa əsasən Laziqiyyədə yaşayan nüseyrilər (12%), Əs-Süveydada yaşayan dərzilər (3%) — hər iki vilayətdə sünnilər azdır – Sələmiyyədə rast gəlinən ismaililər (38 min), ortodoksal şiə-imamlar (15 min) da mövcuddur. Sünnilər , əsasən, ərəblərin böyük hissəsi və kürdlər, türkman, çərkəzlər və çeçenlərdir. Şiələr isə ərəblərin bir hissəsi və farslardır.
Xristianlar arasında rumi ortodokslar (300 min nəfər) və katoliklər (205 min nəfər, rumi katoliklər, süryani katoliklər, erməni-katoliklər, marunilar, xaldo-katoliklər, latın ənənəli katoliklər). Bunlardan başqa, erməni-qriqoryanlar (150 min nəfər), süryani ortodokslar (125 min nəfər), nəsturilər (20 min nəfər), protestantlar (20 min nəfər, presvitreianlar, Yaxın Şərqdə erməni Yevanqelist kilsələri Birliyinin ardıcılları, anqlikanlar, yeddinci günün adventistləri və s.) da yaşayırlar. Xristianlıq əsasən ərəblər arasında yayılıb, eyni zamanda assuriyalılar və ermənilər arasında da mövcuddur. Digər dinlərin ardıcıllarından yezidilər (10 min nəfər, kürdlərin bir hissəsi) və iudaistlər (4,5 min nəfər) vardır.
İnzibati bölgü
redaktəSuriya inzibati cəhətdən 14 muhafazlığa , muhafazlıqlar 60 məntəqəyə , məntəqələr isə öz növbəsində 206 nahiyyəyə bölünür .
Suriya Ərəb Respublikasının muhafazlıqları :
İstinadlar
redaktə- ↑ 1 2 سوريا.. اعتماد التوقيت الصيفي على مدار السنة. Enab Baladi, 2022.
- ↑ 1 2 Permanent daylight saving time in Syria. Time.is, 2022.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ Baath Party Arxivləşdirilib 2008-04-21 at the Wayback Machine The Columbia Encyclopedia Sixth Edition 2001–05. Retrieved 2007, 06–13.
- ↑ "Arxivlənmiş surət". 2014-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- ↑ http://hurarsiv.hurriyet.com.tr/goster/ShowNew.aspx?id=17405752
- ↑ "Arxivlənmiş surət". 2014-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 World Bank Open Data. Dünya Bankı.
- ↑ World Bank Open Data. Dünya Bankı.
- ↑ https://www.cia.gov/the-world-factbook/countries/syria/.
- ↑ Syrian Arab Republic Office Of Prime Minister — Central Bureau Of Statistics :Estimates of Population actually living in Syria by governorate and sex (000) * on 31/12/2011, Table 3/2---or---تقدير عدد السكان المتواجدين في سورية حسب المحافظة والجنس (بالألف)* في31 / 12 / 2011 Arxivləşdirilib 2012-07-12 at Archive.today: The number doesn’t include syrian population abroad
- ↑ "Рейтинг стран мира по уровню валового национального дохода на душу населения". 2018-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.