Tahir İmanov
Tahir İmanov (tam adı:Tahir Qorxmaz oğlu İmanov; 13 dekabr 1974, Bakı) — komediya aktyoru, ssenarist, rejissor, mətn oxuyan, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Azərbaycanın əməkdar artisti (2011).
Tahir İmanov | |
---|---|
Doğum tarixi | 13 dekabr 1974 (49 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Atası | Qorxmaz İmanov |
Fəaliyyəti | aktyor, ssenarist, rejissor |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTahir İmanov 12 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə Bakı şəhəri 189 saylı məktəbdə təhsil alıb. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 1996-cı ildə həmin universiteti bitirib. İxtisasça iqtisadçıdır. 1991–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN "Yay Kubokunun" sahibi və 2000-ci il KVN "Əsrin Çempionu" olmuşdur.
2001-ci ildə "Planet Parni iz Baku" KVN teatrını yaradıb. Hazırda həmin teatrın bədii rəhbəri, rejissoru və aktyorudur.
- AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun oğludur
- Azərbaycanın əməkdar artisti, aktyor Cabir İmanovun qardaşıdır.
- Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Ələsgərovun nəvəsidir
Filmoqrafiya
redaktə- Bir anın həqiqəti (film, 2003)
- Durnalar qayıtdı (film, 2003)
- Məhəllə (film, 2003) — rol: Rövşən (Roşka)
- Məhəllə 2 Moskvada (film, 2004) — rol: Rövşən (Roşka)
- Tam məxfi (film, 2004)
- Məşədi İbad-94 (film, 2005) — rol: Sərvər
- Nümunəvi şagird (film, 2006)
- Vərdiş (film, 2006)
- Bir kəndin sevinci(serial 2012)-rol:Kamran
- Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
- Ögey ata (film, 2013)
- Ağanatiq (film, 2017)
- Bəxt üzüyü 2 (film, 2017)
- Məhəllə 3 (film, 2019) — rol: Rövşən (Roşka)
- Ağanatiq 2 (film, 2021)
Mənbə
redaktə- Münsiflər: Tahir Imanov Qorxmaz oglu yumorkuboku.az Arxivləşdirilib 2010-10-06 at the Wayback Machine (az.)