Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Vikipediya:İstifadəçi səhifəsi

Qısa keçid yönləndirmə

Qayda səsvermə nəticəsində qəbul edilib.

  • Səsvermə müddəti: 9 iyun — 24 iyun 2020
  • Qüvvədədir: 24 iyun 2020-ci ildən

İstifadəçi səhifəsiVikipediyada qeydiyyatdan keçmiş hər bir istifadəçiyə avtomatik iki səhifə verilir. Onlardan biri istifadəçinin şəxsi səhifəsi, digəri isə müzakirə səhifəsidir.

İstifadəçi səhifəsi Vikipediya məqaləsi hesab edilmir, o, vikipediyaçıya istifadəyə verilmiş şəxsi səhifədir (veb-fayldır). Bu faktı göstərmək üçün istifadəçi öz səhifəsinə {{İstifadəçi}} şablonu əlavə edə bilər.

İstifadəçi səhifələri Vikipediyanın məqalə kateqoriyalarına daxil edilmir. Onlar yalnız "Vikipediyaçılar" kateqoriyasında olan altkateqoriyalara daxil edilə bilər.

İstifadəçi səhifələri açıqdır, yəni səhifələrə başqalarının baxmasına icazə verilir. İstifadəçinin icazəsi olmadan onun şəxsi səhifəsində (müzakirə səhifəsi də həmçinin) redaktə edilməsi etik hesab edilmir, bəzi hallarda isə vandalizm kimi qəbul edilir.

Öz istifadəçi səhifəsinin silinməsini istəyən istifadəçinin inzibatçılara müraciət etməsinə ehtiyac yoxdur. Səhifədə {{Sil}} şablonunun daxil edilməsi kifayətdir. Şablonu yalnız istifadəçinin özü daxil edə bilər. Bir müddətdən sonra inzibatçı həmin şablona görə səhifəni siləcəkdir.

Qeyd: Vikipediyaçı silinmiş istifadəçi səhifəsini bərpa etmək üçün inzibatçılara müraciət etməlidir.

İstifadəçinin şəxsi səhifəsi

İstifadəçi öz səhifəsinə müxtəlif məlumatlar daxil edə bilər:

  1. Xarici dili hansı səviyyədə bilməsi haqqında (bax:{{babel}}).
  2. İstifadəçi ilə necə əlaqə yarada bilməsi haqqında.
  3. Vikitətildə olduğu üçün və ya hər hansı səbəbə görə Vikipediyada olmadığı haqqında.
  4. Yaşadığı və gəzdiyi ölkələr haqqında.
  5. Müraciət forması haqqında.
  6. Orfoqrafik və qrammatik səhvlərinin düzəlişi ilə bağlı.
  7. Yaşı, təhsili, ixtisası və s. haqqında. (həmçinin {{istifadəçi məlumatı}} şablonundan istifadə etməklə)
  8. Maraqları, hobbisi və elmi dərəcəsi haqqında.
  9. Digər viki-layihələrdə iştirakı haqqında.
  10. Vikipediyadakı statusu haqqında (nəzarətçi, inzibatçı, bürokrat və s.).
  11. Hansı mövzularla müraciət etmək olar.
  12. Vikipediyaya töhfələri haqqında.
  13. Vikipediya mükafatları haqqında.
  14. Vikipediya ilə əlaqədar ən çox müraciət etdiyi informasiya və səhifələrin siyahısı.
  15. Vikipediyanın, Vikimedia Fondunun faydalı məlumatlarına, Vikipediya ilə əməkdaşlıq edən digər saytlara keçidlər.
  16. İstifadəçinin digər dillərdəki şəxsi səhifələrinə yönəlmiş intervikilər.

Məlumatların bir çoxu şablonlar şəklində daxil edilir. Bunun üçün istifadəçi şablonları kateqoriyasına müraciət etmək mümkündür.

Qeyd: Unutmayaq ki, istifadəçi səhifələri də Vikipediya məqalələri kimi GFDL lisenziyası ilə lisenziyalaşdırılmışdır.

Alt səhifələr haqqında

Yuxarda istifadəçi səhifələri üçün nəzərdə tutulan qaydalar alt səhifələrə də aid edilir. Vikipediyaçılar istifadəçi alt səhifələrindən:

  1. Başladıqları, yaxud üzərində çalışdıqları və bitirmədikləri məqalə, şablon və səhifələri əlavə etmək üçün,
  2. İstifadəçi müzakirəsi səhifəsinin arxivləşdirilməsini aparan zaman,
  3. Testlər aparan zaman,
  4. İstifadəçi səhifəsinin interfeysində,

istifadə edə bilərlər.

İstifadəçi səhifələrində qadağan olunan məlumatlar

Ümumi olaraq istifadəçi səhifənizdə Vikipediya ilə əlaqəsi olmayan məzmun saxlaya bilməzsiniz. Unutmayın ki, Vikipediya keçidlər, media fayllar və ya şəkillər üçün kolleksiya deyilistifadəçi səhifəniz şəxsi malınız deyil. Səhifəniz sizin Vikipediya ilə əlaqəli fəaliyyətiniz haqqındadır. Qadağan olunan məlumatlar aşağıdakılardır:

  1. Vikipediya xarici fəaliyyətinizlə əlaqəli bloq.
  2. Vikipediya əlaqəsi olmayan sıx söhbət və müzakirələr.
  3. Özünüz haqqında bir neçə səhifəlik bioqrafik məlumat.
  4. Məqalələr üçün nəzərdən tutulan şablonlar və kateqoriyalar.
  5. Polemika kimi qəbul edilə biləcək şəxsi fikirlər və sitatlar.
  6. Ensiklopedik olmayan materiallar.
  7. Layihə ilə əlaqəsi olmayan şəxslərlə əlaqə.
  8. İstifadəçi səhifənizdən digər səhifələrə yönləndirmə vermək.
  9. İstifadəçi səhifənizin adını dəyişdirmək (istifadəçi səhifənizin adını özünüz dəyişə bilməzsiniz. İstifadəçi adınızı dəyişdirmək üçün "qlobal ad dəyişmə üçün müraciət" səhifəsinə nəzər sala bilərsiniz).
  10. Müəllif hüququ ilə qorunan məzmun və fayllar.
  11. Reklam xarakterli məlumatlar.

Qeyd: Yuxardakı şərtlər pozulduğu halda istifadəçi səhifəniz inzibatçılar tərəfindən silinəcək. Lütfən istifadəçi səhifənizi müzakirəsiz bərpa etməyin. Əks halda Vikipediya fəaliyyətiniz məhdudlaşdırıla bilər.

Qeydiyyatdan keçməyən istifadəçilərin (anonimlərin) səhifələri

İstifadəçi qeydiyyatdan keçmirsə onun fəaliyyəti istifadə etdiyi IP-ünvana görə nəzərə alınır və Vikipediyaya etdiyi töhfələr bu səhifədə siyahılanır. İstifadəçinin IP-ünvanı anonim istifadəçinin şəxsi səhifəsi kimi qəbul olunur və istifadəçiyə müraciətlər (xəbərdarlıqlar da daxil olmaqla) bu səhifəyə yazılır. Lakin bunun mənfi tərəfləri də vardır:

  • IP-ünvan göstərilən səhifəyə həmin IP-ünvandan (proksi-serverlərdən) istifadə edən digər anonimlər də sahiblik edə bilərlər;
  • İstifadəçi IP-ünvanı dəyişdikdə əvvəlki IP-ünvanda göstərilən töhfələrin ona aid olduğunu sübut etmək çətin olur.

İstifadəçi anonimliyini qorumaq istəyirsə hər hansı uydurma ad altında qeydiyyatdan keçməsi daha doğru yoldur. Belə ki, istifadəçi istifadə etdiyi IP-ünvanını açıq qoymaqla hansı ölkədən, hansı severdən işlədiyi haqqında məlumat vermiş olur. Qeydiyyatdan keçdikdə isə IP-ünvanını yalnız təftişçi görə bilir.

Anonim istifadəçinin müzakirə səhifəsi istifadəçi fəaliyyətini uzun müddət dayandırdıqda və ya onun səhifəsindən digər anonim istifadə etdikdə silinə bilər.

İstifadəçi səhifələrində başqa hansı məlumatlar yerləşir?

Məqalələrdə yerləşən alətlərdən əlavə olaraq istifadəçi səhifələrində aşağıdakılar yerləşir:

Həmçinin bax