Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Vikipediya:Patrullar

Qaydanın səsverməsi hal-hazırda keçirilir.

  • Səsvermə müddəti: 28 noyabr — 13 dekabr 2024
  • Qüvvədədir:
Qısa keçid yönləndirmə
"Patrul" istifadəçi qrupunu təsvir edən loqosu.

Patrullar — yeni yaradılan məqalələr və səhifələr də daxil olmaqla, məqalələrdəki və səhifələrdəki versiyaları patrullama (yoxlama) hüququna sahib istifadəçilər. Bu istifadəçi qrupuna daxil olan istifadəçilər və inzibatçılar Xüsusi:SonDəyişikliklər səhifəsi, məqalə və səhifələrin tarixçəsi və istifadəçi fəaliyyətləri səhifələri vasitəsilə prosesi həyata keçirə bilər. Patrullar vandalizmlə mübarizə aparmaq üçün xüsusi alətlərə sahibdirlər.

Patrullar son dəyişikliklər səhifəsinə daxil olarkən patrullanmayan redaktələrin önündə qırmızı rəngli nida (!) işarəsi görürlər. Patrullanmağa ehtiyacı olan redaktələrə bir-bir daxil olaraq patrullaya bilirlər. Eyni zamanda, patrul hüququna sahib olan istifadəçilər yeni yaradılmış məqalələri də patrullaya bilirlər. Bunun üçün onlar yeni səhifələr səhifəsinə daxil olaraq yeni yaradılmış məqalələri (patrullanmayan məqalələr sarı rəngdə görünür) yoxlayıb patrullaya bilirlər.

Eyni zamanda, "avtopatrul" adlı hüquq da mövcuddur ki, bu hüquq da etibarlı və təcrübəli, redaktələrinin yoxlanılmasına ehtiyac olmayan istifadəçilərə iş yükünün azaldılması məqsədilə verilir. Həmçinin bu istifadəçi qruplarındakı istifadəçilərin redaktələri də avtopatrullanır (avtomatik təsdiqlənir): bürokratlar, inzibatçılar, avtopatrullar, patrullar. Səhifə addəyişdiricilərifayl addəyişdiriciləri istifadəçi qruplarındakı istifadəçilərin isə sadəcə addəyişmə redaktələri avtomatik patrullanır.

Azərbaycanca Vikipediyada hal-hazırda 12 patrul var (patrul hüququ olan istifadəçilərin tam siyahısı).

Hüquq üçün müraciət

redaktə

Hüquqa sahib olmaq üçün istifadəçinin Vikipediyada fəaliyyət göstərmə müddəti minimum 1 ay olmalı və namizədlərin müzakirə səhifələrində etdikləri redaktələr istisna olmaqla, Vikipediyada ən azı 500 redaktə etmələri lazımdır (süni redaktələr yox, normal töhfələr nəzərə alınır). Hüquq üçün müraciətlər VP:PN səhifəsində edilir. Müraciət ən azı 24 saat açıq qalmalıdır. Namizədlik müddəti ərzində digər istifadəçilər də namizədliklə bağlı fikirlərini qeyd edə bilərlər. İstifadəçiyə hüququ verən inzibatçı əvvəl onun fəaliyyətlərini təftiş etməlidir.

Yuxarıdakı şərtləri qarşılayan digər istifadəçilər də başqa istifadəçiləri hüquq üçün namizəd göstərə bilər, yaxud da bu barədə onlara təklif ünvanlaya bilərlər.

Fəaliyyətində problem olmadığı təqdirdə əvvəllər hüquqa sahib olmuş, daha sonra hüquqdan öz istəyilə imtina etmiş istifadəçilərin müraciəti ilk 24 saat gözlənilərək yerinə yetirilə bilər.

Hüququn ləğvi

redaktə

Hüquq vandalizm kimi sui-istifadə hallarında inzibatçı tərəfindən istifadəçidən birbaşa geri alına bilər. İstifadəçinin ödəniş qarşılığında və ya ödəniş tələb edərək hüquqdan istifadə edərək fəaliyyət göstərməsi, məqalələri və redaktələri qəbul etdiyi, həmçinin hesabını paylaşdığı kimi hallar aşkar olunduğu təqdirdə hüquq istifadəçidən alınır və barəsində müzakirə açılır. Bəzi hallarda profilaktik olaraq blok tətbiq oluna bilər. Bununla belə, istifadəçilərin hüququ daşıyan istifadəçinin hüququ daşıması barədə narahatlıqları müvafiq səhifələrdə bildirilə bilər. Müzakirənin nəticəsinə uyğun olaraq, yekunda istifadəçidən hüquq geri alına bilər.

İstifadəçi hüquqdan imtina etmək istəyərsə, bu barədə VP:PN səhifəsinə müraciət ünvanlamalıdır. Passivliyə görə istifadəçidən patrul hüququ alına bilməz.

İstifadəçi şablonları

redaktə
  • {{İstifadəçi/Patrul}} — patrullar üçün istifadəçi qutusu.
  • {{Patrul topicon}} — patrullar üçün üst ikona şablonu.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə