Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Xücənd (tac. Хуҷанд) — Tacikistanda şəhər. Xücənd şəhəri Suğd vilayətinin mərkəzidir. 19391992-ci illərdə rəsmi olaraq Leninabad adlanırdı. Düşənbədən sonra Tacikistanın ikinci ən iri şəhəridir. Xücənd Sırdərya çayının sahilində, Fərqanə dərəsinin ağzında yerləşir. Əhalisini 2014-cü ildə 170 min sakin təşkil edirdi.

Xücənd
Хуҷанд
Bayraq Gerb
Bayraq Gerb
40°17′ şm. e. 69°37′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 40 km²
Mərkəzin hündürlüyü 300 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 198.700 nəf. (1 yanvar 2022)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu 00 992 3422
Poçt indeksi 735700
Digər
khujand.tj
Xəritəni göstər/gizlə
Xücənd xəritədə
Xücənd
Xücənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qədim tarixçilərin yazılarına əsasən, e.ə. 329-cu ildə Makedoniyalı İsgəndər burada yunan şəhərciyi saldı. Şəhərciyin adı İsgəndəriyyə Esxati, yəni "Uzaq İsgəndəriyyə" idi.[2] Yunanlar buranı skiflərə qarşı bir bastion kimi istifadə edirdilər. Makedoniya padşahlığının dağılışından sonra bu ərazi Yunan-Baxtər dövlətinin tərkibində idi. VIII əsrdə Xücənd ərəblər tərəfindən bərbad olunmuşdur. Sonralar monqol hücumları ilə qarşılaşmışdır. Orta əsrlərin sonunda Xücənd Xuqənd xanlığının tərkibinə girdi. 1866 Rusiya burada müvəkkilliyini təsis etdi, xanlığın muxtariyyatı ləğv olundu. 1929-cu ildə Tacikistan SSR-nın əmələ gəlməsi ilə onun tərkibinə girdi.

İstinadlar

redaktə
  1. http://www.citypopulation.de/Tajikistan.html.
  2. Prevas, John. (2004). Envy of the Gods: Alexander the Great's Ill-Fated Journey across Asia, p. 121. Da Capo Press, Cambridge, Massachusetts ISBN 0-306-81268-1.