Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Yarpaq — bitkilərin həyatında fotosintez, tənəffüstranspirasiya (buxarlanma) üçün əsas orqan.

Yarpaq

Yarpağın rəngi, adətən, yaşıl olur. Başqa funksiyanı yerinə yetirməsi ilə bağlı olaraq yarpağın biçimi dəyişilə bilər. Yarpaqda üzvi maddələr yaranır ki, bunların hesabına bitki öz orqanlarını qurur və bir bölümünü də ehtiyat qida halında bəlli orqanlarda toplanır. Yarpaq eyni zamanda normal şəkildə və ya metamorfoz edərək çoxalmada işlənə bilir. Yarpaqların əlavə köklər yaratma xüsusiyyətindən istifadə edərək bitkiləri vegetativ çoxaldırlar.

Saplağı olan yarpaqlara "saplaqlı", saplaqsız yarpaqlara "oturaq yarpaqlar", saplağın və yarpağın alt qaidəsinin genələrək gövdəni novça kimi tutduğu yarpaqlara isə "qın yarpaqlar" deyilir.

Yarpağın əsas və gözə çarpan hissəsi onun köhnəlmiş hissəsidir, buna "yarpaq ayası" deyilir.

Bitkilərin bir çoxunda yarpağın dibində çıxıntı olur ki, o "yarpaqaltlığı" adlanır.

Beləliklə yarpaqlar iki yerə ayrılır:

  • Bəsit yarpaqlar
  • Mürəkkəb yarpaqlar

Hüceyrəvi quruluşu

redaktə

Yarpağın hüceyrəvi quruluşu dedikdə yarpağın daxili quruluşu nəzərdə tutulur.Daxili quruluşa(yarpaqda) ağızcıqlar,yarpaq damarları aiddir.

Yarpağın iç quruluşu-yarpaq xaricdən şəffaf dəriciklə örtülmüşdür.Bu onu, xarici təsirindən qoruyur.Dəricik üst və alt qrupuna  bölünür.Üst dəriciyin altında fotosintez prosesini aparan sütunvarı toxuma yerləşir.Bu toxumada yarpağa yaşıllıq verən xlorofil vardır.Sütunvarı toxuma fotosintez prosesini yerinə yetirdiyinə görə yarpağın Günəş işığı düşən bölümündə yerləşir.Sütunvarı toxumadan bir az altda süngərvarı toxuma yerləşir.Süngərvarı toxumanın hüceyrələri düzənsiz biçimdə olduğuna görə burada hava boşluqları vardır. Süngərvarı toxumanın rəngi sütunvarı toxumanın rənginə nisbətən daha açıqdır. Sütunvarı toxumanın hüceyrələri sütun şəklindədir.

Ağızcıqlar-ağızcıqlar bitkinin yarpağının üst və ya alt dəriciyində yerləşir.Ağızcıqlar yarpağın qaz və su mübadiləsini (transpirasiyanı) tənzimləyir, iki qapayıcı və bir ağızcıq yarığından oluşmuşdur. Quruda bitən bitkilərdə ağızcıq alt dəricikdə, viktoriya suzanbağı kimi bitkilərdə üst dəricikdə, süsən və kələmdə isə hər iki dəricikdə yerləşir.

Yarpaq damarları-yarpaqda iki əsas damarlar:ələyəbənzər borular və yarpaq borucuqları vardır. Ələyəbənzər borular köməkliyi ilə yarpaqdan üzvi maddələr qabıqdan torpağa axıdılır, yarpaq borucuqları ilə yarpağa su və mineral duzlar gətirilir.  Yarpaq lətində yarpağa dayaqlıq verən mexaniki liflər də yerləşir

Sadə yarpaqlar

redaktə

Sadə yarpaqlar elə yarpaqlara deyilir ki, onların bir saplağı üzərində yalnız bircə ayası olsun və yarpaq tökülən zaman aya ilə saplaq birgə tökülsün. Sadə yarpaqlar ayalarının formasına görə aşağıdakı şəkildə qruplaşdırıla bilər:

  • xətvari – taxıllarda;
  • neşdərşəkilli – söyüdlərdə;
  • iynəşəkilli – şamlarda;
  • elipsşəkilli – fikuslarda;
  • yumurtaşəkilli – almalarda;
  • dairəvi – qızılağacda;
  • üçbucaqşəkilli – çinarda;
  • rombşəkilli – pəncərdə, cincilimdə;
  • qılıncşəkilli – süsəndə;
  • kürəkşəkilli – pəlpətöyündə;
  • pazşəkilli və s. – novruzçiçəyində.

Sadə yarpaqlar ayalarının diblərinə görə:

  • ürəkşəkilli
  • böyrəkşəkilli
  • oxşəkilli
  • qalxanşəkilli ola bilər

Ayalarının uclarına görə yarpaq

  • küt uclu,
  • şiş uclu,
  • şişlənmiş iti uclu ola bilər.

Yarpaq ayalarının kənarlarının dişləşməsinə görə:

  • tam kənarlı
  • mişar dişli
  • tikanlı
  • yarımdairəvi
  • gəmirilmiş
  • kəsilmiş şəkildə olur.

Dişlər düz olarsa, kənarı dişli; dişlərinin ucları çəpinə olarsa, kənarı mişarlı; dişlər küt olarsa, kənarı yarımdairəvi; dişlər tikanla qurtararsa kənarı tikanlı; kənarlar dərin olmaya nizamsız kəsilmişsə, gəmirilmiş yarpaqlar deyilir.

Kənarı dişli, mişarlı, yarımdairəvi yarpaqların iri dişləri üzərində eninə qayda ilə ikinci dərəcəli xırda dişlər əmələ gələrsə, onlara kənarı ikinci dərəcəli dişli, kənarı ikinci dərəcəli mişarlı, kənarı ikinci dərəcəli yarımdairəvi yarpaqlar deyilir.

Mürəkkəb yarpaqlar

redaktə

Yarpaq ayası bir neçə yarpaqcıqdan ibarət olub, tökülən zaman əvvəlcə yarpaqcıqları, sonra da saplağı tökülən yarpağa mürəkkəb yarpaq deyilir.

Mürəkkəb yarpaqlar əsas etibarilə üç tipdə olur:

  • barmaqşəkilli,
  • lələkvari
  • üçər mürəkkəb yarpaqlar.

Barmaqşəkilli mürəkkəb yarpaq barmaqşəkilli bölünmüş yarpaq parçalarının müstəqil yarpaqcıq şəklini alması nəticəsində əmələ gəlmişdir, məsələn, at şabalıdının yarpaqları. Barmaqşəkilli mürəkkəb yarpaqda yarpaqcıqlar üçdən artıq olub, saplağın təpəsində şüavari oturur.

Üçər mürəkkəb yarpaqların yarpaqlarının saplağı üzərində üç ayası olur, məsələn, çiyələk , lobya və moruq yarpaqları.

Lələkşəkilli mürəkkəb yarpaq, lələkşəkilli bölünmüş yarpaq arçalarının müstəqil yarpaqcıq alması nəticəsində əmələ gəlmişdir. Bunlar ikinci, üçüncü və i.a. dərəcədə mürəkkəbləşə bilər.

Lələkvari yarpaqlar da iki yerə bölünür:

  • Tək lələkvari - qoz,qızılgül,ağ akasiya,itburnu
  • Cüt lələkvari - noxud,lərgə,sarı akasiya

Tək lələkvari mürəkkəb yarpaqların ucunda tək yarpaq olur.

Cüt lələkvari yarpaqların ucunda cüt yarpaq olur.

Yarpaq Damarlanması

redaktə

Yarpaq ayasında gözə çarpan yarpağın damarları su və suda həll olmuş qida maddələri daşımaqla yanaşı,yarpaqlara möhkəmlik və elastiklik verir.Yarpaq ayasında ,əsasən 3 cür damarlanma olur:

  • paralel
  • qövsvari
  • torvari

Paralel - yarpağın qaidəsindən ucuna qədər damarlar paralel yerləşir.Əksər ikiləpəli bitkilər,o cümlədən taxıl bitkiləri.

Qövsvari - yarpaq qaidəsindən ucuna qədər damarlar qövsvari yerləşir.Məsələn, inciçiçəyi,ikiləpəli bitkilərədən bağayarpağı.

Torvari - yarpaq ayasında bir və ya bir neçə ana damar olur və o,çoxlu şəbəkə əmələ gətirir.Bu tip damarlanma çiçəkli bitkilərin əksəriyyətində,birləpəlilərdən isə qarğagözü bitkisində.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə