Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Yonca (lat. Trifolium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.

Yonca
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının (lat. Medicaqo sativa) 80-ə qədər yabanı və mədəni sort və formaları, çəmənlik üçyarpaq yoncasının (lat. Trifolium pratense) 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çox bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var.

Əhəmiyyəti

redaktə

Azərbaycanda şəxsi və fermer təsərrüfatlarında heyvanlar üçün yem bazasının əsasını qaba yemlər (quru ot, küləş) və qüvvəli yemlər təşkil edir. Yem paylarının tərkibində qaba yemlərin xüsusi çəkisi 80–85%-dir, qalan 15–20%-i qüvvəli yemlər təşkil edir. Qaba yem bitkilərinin əsasını yonca təşkil edir. Azərbaycanın bütün bölgələri üzrə 386 min hektar sahədə yonca bitkisi becərilir.

Kənd təsərrüfatı bitkiləri üçün ən yaxşı sələf sayılan yonca aqrotexnika qaydaları əsasında becərildikdə yüksək keyfiyyətli bol yaşıl kütlə və quru ot məhsulu alınır, heyvandarlığın, quşçuluğun və arıçılığın inkişafında yem bazası möhkəmlənir, torpağın münbitlik səviyyəsi daha da yaxşılaşır. Yoncanın yaşıl kütləsi, senajı, quru otu və ot unu mal-qara və quşlar tərəfindən ləzzətlə yeyilir. Yoncanın yaşıl kütləsi heyvanların və quşların orqanizmləri üçün amin turşuları ilə normallaşdırılmış proteinlə, müxtəlif mikro və makroelementlərlə, vitaminlərlə, mineral duzlarla zəngindir. Yoncanın 1 kq yaşıl kütləsində 0,20–0,30 qr, quru otunda 0,60–0,70 qr, yem vahidi 130–180 qr, həzm olunan protein 9,0–16 qr, kalsium 1,5–2,5 qr, fosfor 15–30 mq karotin vardır. Müasir texnologiya ilə hazırlanmış 1 kq ot ununun tərkibində 150–200 qr protein və 200–300 mq karotin vardır.

Sinonimləri

redaktə

Heterotipik sinonimləri

redaktə
  • Amarenus C.Presl
  • Amoria C.Presl
  • Bobrovia A.P.Khokhr.
  • Calycomorphum C.Presl
  • Chrysaspis Desv.
  • Dactiphyllon Raf.
  • Dactiphyllum Raf.
  • Falcatula Brot.
  • Galearia C.Presl
  • Lagopus Hill
  • Lagopus Bernh.
  • Lojaconoa Bobrov
  • Loxospermum Hochst.
  • Lupinaster Fabr.
  • Micrantheum C.Presl
  • Microphyton Fourr.
  • Mistyllus C.Presl
  • Ochreata (Lojac.) Bobrov
  • Paramesus C.Presl
  • Pentaphyllon Pers.
  • Triphylloides Moench
  • Ursia Vassilcz.
  • Ursifolium Doweld
  • Xerosphaera Soják

Növləri

redaktə

İstinadlar

redaktə

Həmçinin bax

redaktə