Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Zəfəran (lat. Crocus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi.

Zəfəran
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu bitkinin 1 qramı 100 litr suyu sarı rəngə boyayır. Gövdə, demək olar ki, inkişaf etmir. Yarpaqlar kökətrafınada yerləşərək rozet əmələ gətirir. Yazın əvvəllərində çiçək açır. Çiçək yağmurlu havalarda və gecələr qapanır. Zəfəranın çiçəyinin dişiciyindən ədviyyat kimi istifadə olunur. Soyuq və şaxtalı havalara tab gətirə bilən zəfəranın kökü −18°dən +40°-dək temperaturda inkişaf edir. Amma çiçəkləmə dövründə, əksinə olaraq quru və günəşli hava əlverişlidir, çünki zəfəranın çiçəkləri donmağa qarşı çox həssasdır. Zəfəranın becərilməsi 3 min il öncəyə gedib çıxır. Bu bitki əsasən İranda, İspaniyanın cənubunda və Pakistanın Kəşmir əyalətində, həmçinin Azərbaycan, ABŞ, Mərakeş, Hindistanda, Meksikada, Türkiyədə, Fransada, Misirdə, Əfqanıstanda və Çində becərilir. Zəfəran bitkisi yüksək miqdarda maye tələb edir ki, bu səbəbdən də o yalnız Kəşmirdə illik 1000–1500 mm yağıntı düşməsi səbəbilə suvarılmadan yetişdirilir. Hətta illik 500 mm yağıntı düşən Yunanıstanda və 400 mm yağıntı düşən İspaniyada belə zəfəranı yalnız suvarma yolu ilə yetişdirmək mümkündür. Azərbaycan dilindən başqa ərəb dilində də bu bitkiyə "zəfəran" deyilir. İspanca "azafran", ingiliscə "saffron", fransızca "safrane", italyanca "zaferano" və hind dilində "zuffron" adlanır. Zəfərandan əsasən boyaçılıqda, əczaçılıqda və yeyinti sənayesində istifadə olunur. Keçmişdə boyaçılıqda xalça və s. boyamaq üçün geniş istifadə olunub. Buna səbəb həm boyama gücünün həddindən artıq çox olması (öz miqdarının 100 min misli qədər), həm də xoşagələn parlaq sarı rəng verməsi idi. Amma zəfəranın qiymətinin baha olduğuna görə indi boyaq maddəsi kimi çox az istifadə olunur. Zəfəranın əsas istehsalçısı İrandır. Belə ki, bu ölkənin payına ümumi zəfəran istehsalının 65%-dən çoxu düşür. İran hər il 40-dan çox ölkəyə ümumilikdə 200 tona yaxın zəfəran ixrac edir. Bu ölkələr əsasən İspaniya, BƏƏ, Almaniya, İtaliya, Fansa, Bəhreyn və İsveçrədir. Dünyada zəfəranın 70 cinsinə aid 1800 növü məlumdur.

Növləri

redaktə

Azərbaycanın dərman bitkiləri

redaktə

Zəfəran lap qədimdən dərman maddəsi olaraq istifadə edilir. Bu bitki iştahasızlıq, bronxit, həzm sistemi pozğunluqları və yuxusuzluq kimi xəstəliklərə qarşı müalicədə istifadə olunur. Zəfərandan, həmçinin xərçəng xəstəliyinin müəyyən edilməsində də istifadə olunur. ABŞ, Yaponiya, Rusiya, İspaniya, Fransa, Rumıniya və İngiltərədə siçanlar üzərində aparılan təcrübələrdə də zəfərandan istifadə olunur.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə