Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
İsim Tək Cəm
Adlıq halı qanun qanunlar
Yiyəlik halı qanunun qanunların
Yönlük halı qanuna qanunlara
Təsirlik halı qanunu qanunları
Yerlik halı qanunda qanunlarda
Çıxışlıq halı qanundan qanunlardan

  azərbaycanca: qanun

  Mənalar :

  1. (Hüquq) İctimai və hüquqi münasibətlərin hər hansı bir sahəsini nizama salmaq üçün dövlət tərəfindən müəyyən edilən qərar, nizamnamə. Seçki qanunu. Əmək haqqında qanunlar. Cəza qanunu. Qanun üzrə hərəkət etmək. Qanunu pozanlar məsuliyyətə cəlb olunurlar. Vergi haqqında qanun. _ Qanun xaricində rəs. hüq. – qanunların himayə və mühafizəsi xaricində. Qanuna salmaq – bir şeyə qanuni, rəsmi bir şəkil vermək. Qanuni-əsasi köhn. – əsas qanun, konstitusiya. [Mehman] qanuniəsasidən başlayaraq .. vətəndaşlara verilən böyük hüquqlardan danışdı. S.Rəhimov. // Ciddi əmr, hökm, buyuruq. Şad olmayın, ey sevgili millət vükəlasi; Osmanlıda cari ola qanuni-əsasi! M.Ə.Sabir.
  2. Hamı üçün məcburi olan üsul, nizam, qayda. Əxlaq qanunları. İmla qanunları.
  3. Obyektiv aləmin hadisələri arasında müəyyən qaydada təzahür edən zəruri əlaqə və qarşılıqlı asılılıq, səbəb və nəticə arasında mövcud olan daxili əlaqə. İctimai inkişaf qanunları. Təbiət qanunları. Təfəkkür qanunu. – Amma təbiət öz qanununu əvvəl-axır yeritdi. C.Məmmədquluzadə.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə