Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Azərbaycanca

redaktə
Ayrı abecelərdə
Latın əlifbası Kiril əlifbası Ərəb əlifbası
baş баш باش

Kökən

redaktə

Şablon:tör sözündən. türkcə baş sözü ilə qohumdur.

Lua xətası modul package.lua, sətir 80: module 'Modul:Çeviri yazı' not found.

  1. İnsan bədəninin kəllə və sifətdən ibarət olan yuxarı hissəsi. İri baş. Onun başı ilə bədəni arasında tənasüb yoxdur.
    Baş bədənin tacıdır, gözlər onun daş-qaşı. Atalar sözü.
    1. Heyvan bədəninin beyin olan yuxarı və ya ön hissəsi:
      Toğlular başlarını qaldırıb, Quluya baxdılar və yenə də mərzdəki xırda göy otu yeməyə başladılar. M.İbrahimov.
    2. Başın beyin və saç olan yuxarı hissəsi; kəllə, qafa. Başına vurmaq. Daz baş. Başında bir dənə ağ tük yoxdur. Başına papaq qoymaq.
      Başımdan ağrı qopur, gözlərimə qaranlıq çökür. Mir Cəlal.
  2. Zehin, şüur. Başımda hər şey qarışdı. Belə bir şey heç başımda yox idi. Başıma yaxşı bir fikir gəldi.
    1. Ağıl, zəka mənasında. Kişidə baş var.
  3. Bir şeyin ən yuxarı hissəsi, təpəsi, zirvəsi, üstü. Qüllənin başı. Ağacın başına çıxmaq.
    Tərlan kimi gözlərini zillədi,
    Dağ başından evin səmtin bəllədi. A.Səhhət.
    Dağların başında bulud qaynaşmağına baxmayaraq, hava isti idi. Çəmənzəminli.
    Ağacların başını axtardıq, zirzəmilərə adam saldıq. Mir Cəlal.
  4. Bir şeyin qalın, çıxıq, yumru ucu, təpəsi. Vintin başı. Mıxın başı.
    1. Yumru şəkildə olan hər şey. Bir baş soğan. Bir baş kələm.
  5. Kənar, qıraq, yan:
    [Əbülhəsən bəy:] Nə isə şam süfrəsinin başına keçdim. M.S.Ordubadi.
    Yuxuda görürəm ki, sərin bir bulaq başındayam. M.Hüseyn.
    Əkbər kişi kəhriz başında oturub sərinləyirdi. Mir Cəlal.
baş sözünün hallanması
hal tək cəm
Adlıq hal baş başlar
Yiyəlik hal başın başların
Yönlük hal başa başlara
Təsirlik hal başı başları
Yerlik hal başda başlarda
Çıxışlıq hal başdan başlardan


Yaranmış deyişlər

redaktə

Çevirilər

redaktə

insanın başı

göstər ▼

Qaynaqlar

redaktə