Borland
Borland | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | səhmdar cəmiyyəti, ictimai şirkət |
Sənaye | proqram təminatı sənayesi[d] |
Məhsulları | Delphi[d], proqram təminatı[1] |
Təsis tarixi | 1983 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Xalis mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
borland.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Borland Proqram Təminatı şirkəti (Borland Software Corporation) — Proqram təminatı istehsalçısı olan şirkətdir. 2009-cu ildə Böyük Britaniyanın Micro Focus şirkəti tərəfindən alınıb. Şirkət 1981-ci ildə İrlandiyada üç danimarkalı – Nils Yensen (Niels Jensen), Ole Henriksen və Mogens Glad tərəfindən yaradılıb. İlk illər əsas fəaliyyəti CP/M əməliyyat sistemi üçün proqram təminatının işlənib hazırlanması olub. Amerika bazarına çıxmaq üçün şirkət 1983-cü ildə səhmdar cəmiyyətə çevrilmiş və Borland International adlandırılmışdır.
Mənzil-qərargahı Ostin (Texas ştatı) şəhərində yerləşirdi. Şirkəti məşhur edən Turbo Pascal proqramlaşdırma aləti olub. 1990-cı illərin əvvəllərində şirkət özünün Quattro Pro elektron cədvəli və 1993-cü ildə aldığı WordPerfect mətn prosessoru ilə ofis paketləri bazarına çıxmağa cəhd edib, fəqət bu proqramlar 1994-cü ildə Novell şirkətinə satılıb, o isə öz növbəsində həmin proqramları iki il sonra Corel şirkətinə satıb.
1994-cü ildə buraxdığı Delphi proqramlaşdırma mühitinin ilk versiyası çox uğurlu alındı. Borland verilənlər bazalarının idarəolunması sistemləri bazarında da özünü sınayıb: Paradox, dBase və InterBase.
1998-ci ildə şirkət Inprise (Integration the Enterprise) adını götürsə də, 2000-ci ildə yenidən Borland Software adına qayıtmışdır.
Ədəbiyyat
İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.