39°44′45″ şm. e. 20°01′13″ ş. u.HGYO

Butrinti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Butrinti
Butrint
39°44′45″ şm. e. 20°01′13″ ş. u.HGYO
Yer Albaniya
Tip Yaşayış məntəqəsi
Tarix
Era Qədim dövr və orta əsrlər
Yer qeydləri
İctimai giriş bəli
Rəsmi adı: Butrint
Təyin edilib1992 (16-cı sessiya)
İstinad nöm.570
Genişləndirilməsi1999
Təhlükədə1997–2005
Rəsmi adı: Butrint
Təyin edilib28 mart 2003
İstinad nöm.1290
Butrinti xəritədə
Butrinti
Butrinti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Butrinti (lat. Buthrotum) — Albaniyanın cənubunda qədim şəhər.[1]

Teatrın xarabalıqları

Əsasını e.ə. 7-ci əsrin sonu – 6 əsrin əvvəllərində illiriyalıların şəhər yerində Kerkiradan gəlmələr qoymuşlar. E.ə. 168-ci ildə romalılar tərəfindən tutulmuşdur. 15-ci əsrdə sakinləri tərəfindən tərk edilmişdir. Butrintidə arxeoloji qazıntılar 1927-ci ildən başlamışdır. Antik dövrdən akropolun (e.ə. 7–4-cü əsrlər), Şir və Skey qapılı şimal istehkamlarının (e.ə. 5–4 əsrlər), şəhərin şəhər hissəsinin (e.ə. 3 əsr) divarları; teatrı olan ticarət meydanı (e.ə. 3-cü əsrin sonu, kərpic skenaeramızın 2-ci əsri), Yuniya Rufina bulağı (e.ə. 4-cü əsr – eramızın 1-ci əsri, divar naxışlarının qalıqları), həmçinin portikin, pritaneyin, stoyanın, antlı (çıxıntılı) məbədin (mozaikalı döşəmə) və Minerva məbədinin (hamısı e.ə. 3-cü əsr), Eskulap məbədinin, nimfeyin, bir neçə termin, gimnasinin, (həndəsi ornamentli mozaikalar), peristili olan evin (hamısı eramızın 1–2-ci əsrləri), akvedukun (təqr. e.ə. 10 il), üçləçək planlı sarayın (eramızın 4-cü əsri, döşəmə mozaikaları) və Aşağı şəhərdə bir çox digər yaşayış və ictimai binaların xarabalıqları saxlanılmışdır. Baptisteri (6 əsr; 4 əsr termləri əsasında), T-şəkilli planı olan Məryəm ana bazilikası (6 əsr; rekonstruksiyası 9–10 və 13-cü əsrlər), 13–14-cü əsrlərə aid bir neçə kilsənin xarabalıqları, Venesiya qalası (15əsrin ortaları) orta əsr abidələrindəndir. Akropolda 3 nefli bazilikanın özülü (6 əsr) və qala (13–15 əsrlər, 19 əsrin əvvəli; Arxeologiya muzeyi, antik heykəl təraşlıq kolleksiyası) saxlanılmışdır. Arxeoloji qoruq olan Butrinti Ümumdünya irsi siyahısına salınmışdır.[1]

  1. 1 2 Butrinti// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 133.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]