GMO

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

GMO - (Genetik Modifikasiya olunmuş Orqanizm) genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materiyalı dəyişdirilmiş orqanizmlərə verilən addır[1][2]. Bəzi qaynaqlarda GDO, Genetikası Dəyişdirilmiş Orqanizm də adlandırılır. GMOlar qida, dərman istehsalında və elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Dünyada xüsusilə GMO istifadə olunaraq istehsal olunan qidaya yanaşma birmənalı deyildir. GMOnun ekologiya, insan sağlığı və iqtisadiyyata potensial zərərləri haqqında qızğın müzakirələr getməkdədir.

Transgen orqanizm GMO-nun bir növü olub tamamilə başqa bioloji növlərdən gen və ya genlərin köçürülməsi yolu ilə əldə olunmuş orqanizmlər nəzərdə tutulur. GMO canlının öz DNTsində dəyişikliklər əmələ gətirmək yolu ilə də əldə oluna bilər.

Tarix

1976-ci ildə dünyanın ilk genetik mühəndisliyi şirkəti Genentech qurulmuşdur. Bir il sonra şirkət insan zülalı, somtostatini E.coli bakteriyası vasitəsilə istehsal etməyə başlamışdır. 1978-də isə şirkət insan insulin hormonunu genetik işləyərək eyni bakteriyada istehsal etmişdir. Bu maddə humulin ticari adı ilə 1982-də ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiq olunaraq bazara çıxarılmışdır. 1987-ci ildə genetik olaraq işlənmiş Pseudomonas syringae bakteriyasının Kaliforniyada çiyələk və kartof tarlalarına tətbiq olunmasıyla ilk GMO xarici mühitə buraxılmış oldu. 1988-də ilk insan antitelləri bir bitkidə istehsal olundu.

İlk GMO mikroorqanizm 1973-cü ildə, siçan isə bir il sonra əldə olunmuşdur.[3]

İstifadəsi

GMOlar biologiya və tibb sahəsindəki elmi tədqiqatlarda, dərman istehsalında, kənd təsərrüfatında və ekologiya sahəsində geniş istifadə olunmaqdadır.

GMO mikroorqanizmlər istehsalat sənayesində xüsusilə tibbdə istifadə olunan saflaşdırılmış farmaseptik insan züllalarının əldə olunmasında geniş istifadə olunmaqdadır. Bunların ilk və ən məşhur örnəyi genetik dəyişdirilmiş bakteriyalardan əldə olunan insulin hormonudur. GMO mikroorqanizmlər qida istehsalından istifadə olunan fermentlərin istehsalında da geniş istifadə olunur. Bunların arasında bakteriyadan əldə olunaraq nişastanı bəsit şəkərlərə çevirən alfa-amilaz, pendir emalında istifadə olunan, süd zülallarını çökdürən kimozin, kif və ya bakteriyalardan əldə olunan pektinesteraz, meyvə şirələrinin şəffaflığını artıran fermentləri saymaq olar.[4]

GMOların ətrafında, xüsusilə qida olaraq istifadəsi mövzusunda dünyada qızğın mübahisə getməkdədir. Üzərində anlaşmazlıq olan əsas məsələlər, GMO qidanın müvafiq şəkildə etiketlənməsi, dövlət tənziminin bu işdə rolu, GMO məhsullarının insan sağlığı və ətraf mühit üzərindəki təsiri, pestisid müqaviməti, aqronomiya və dünya əhalisini qida ilə təmin etmə prosesinə təsiri ətrafında cəmləşir.

Nizamlama

GMO və məhsullarının elmi araşdırma laboratoriyasından çıxarılması, kütləvi istehsalı prosesinin qanuni tənzimi ölkədən ölkəyə böyük fərqliliklər göstərir. ABŞ, Kanada, Livan və Misir kimi ölkələrdə GMO digər məhsullardan xüsusi olaraq fərqləndirilmir. Bu ölkələrdə istehsal üçün nəzərdə tutulan yeni məhsul əsaslı ekvivalentlik (substantial equivalence) prinsipinə görə dəyərləndirilir. Buna görə yeni sort orqanizm əldə olunduğu metodologiyaya görə deyil nəhayi məhsulda bənzərinə görə yenilik baxımından dəyərləndirilir. Orqanizmin GMO olub olmadığı deyil, ondan emal olunan məhsulun bənzərinə nisbətlə əhəmiyyətli dərəcədə yeni xassə əldə edib edilmədiyi kriteriyasına baxılır. Buna görə də, bu ölkələrdə GMO-ya spesifik qadağa və qanunlar yoxdur. Dünyanın bir çox ölkəsində isə GMO-nun idxal və istehsalatına qismi yaxud tam qadağa və məhdudiyyətlər mövcuddur.

Meksika

Meksika Senatı 2005-ci ildə bu ölkənin Elmlər Akademiyasının razılığı ilə GM pambıqsoya lobyasının istehsal və satışına icazə verən qanun qəbul etmişdir. Qanuna əsasən bütün GM məhsulları Meksika Səhiyyə Nazirliyi tərəfindən göstərilən qaydalar əsasında müvafiq şəkildə etiketlənməlidir.[5]

Təkamül nöqteyi nəzərdən Meksika qarğıdalı bitkisinin bioçeşidlilik mərkəzidir. GM qarğıdalının yerli sortlara mənfi təsir göstərəbiləcəyi ehtimalı əsasında 2013-cu ildə ölkənin cavabdeh orqanlarına (SAGARPA və SEMARNAT) yeni GM qarğıdalı sortlarının icazəsinə müvəqqəti qadağa qoyulması tapşırılmışdır.[6]

Azərbaycan

Respublikanın qanunvericiliyinə görə:

"Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır."[7]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-13.
  2. "Arxivlənmiş surət". 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-13.
  3. "From Corgis to Corn: A Brief Look at the Long History of GMO Technology". Harvard Universiteti jurnalı. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  4. Panesar, Pamit et al. (2010) Enzymes in Food Processing: Fundamentals and Potential Applications, Chapter 10, I K International Publishing House, ISBN 978-93-80026-33-6
  5. Mexico approves planting and sale of GM crops. SciDev.net Arxivləşdirilib 2016-02-01 at the Wayback Machine
  6. David Alire Garcia. "Past and future collide as Mexico fights over GMO corn". Reuters. 12 November 2013. 10 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 September 2015.
  7. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

Həmçinin bax