Kanqe
Şəhər | |
Kanqe | |
---|---|
강계시 | |
40°58′ şm. e. 126°36′ ş. u.HGYO | |
Ölkə | Şimali Koreya |
Region | Kvanso |
Rayon | Çaqando |
Tarixi və coğrafiyası | |
Sahəsi | 263.667 km² |
Saat qurşağı | UTC+8:30 |
Əhalisi | |
Əhalisi | 251,971[1] nəfər (2008) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +850 67хххххх |
Vikianbarda əlaqəli mediafayllar |
Kanqe (kor. 강계시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir.
Tarixi
Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür.[2][3]
Coğrafiyası
Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir.
İnzibati bölgüsü
Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür:
|
|
İqlim
- Orta illik hava temperaturu — 7,3 °C
- Havanın nisbi rütubətliyi — 72,6%
- Orta külək sürəti — 0,5 m/s
NASA-ya əsasən Kanqe şəhərində orta gündəlik hava temperaturu[4] | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
−12,6 °C | −7,5 °C | 0,4 °C | 9,2 °C | 15,5 °C | 20,2 °C | 23,2 °C | 22,7 °C | 16,2 °C | 8,6 °C | −0,4 °C | −9,2 °C | 7,3 °C |
Nəqliyyat
Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryolu və hava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər Kanqe və Manpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt Pxenyana və KXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir.
Mədəniyyət
Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya Universiteti və Kanqe Tibb Universiteti yerləşir.
Turistlərin marağına daxildir — İnpun pavilyonu, Ryonva dağı.
Sənaye
1945-ci ildən bəri şəhərdə istehsal sənayesi sürətlə inkişaf etmişdir. Şəhər mis, sink, kömür və qrafit istehsal edən mədən sənayesinə malikdir. Kanqe şəhəri Çaqando vilayətinin və Şimali Koreyanın əsas ağac emalı zavodlarından birinə ev sahibliyi edir.
Kanqe ağac emalı zavodu
Kanqe ağac emalı zavodu Kanqe şəhərində yerləşən kiçik bir dövlət zavodudur. Əməliyyatların əvvəllərindən əl işi ilə yalnız iki növ mebel hazırlanırdı (yemək masaları və sterilizə çubuqlar). Zavod vaxt keçdikcə istehsalat yüzlərlə müasir avadanlıqları hazırlayaraq, ağac emalı istehsalını əhatə edən müasirləşdirilmiş mebel istehsalçısına çevrilmişdir.
Zavod, ağac emalı prosesinin mühüm bir hissəsi olan qurutma işini müsirləşdirmə proqramına cəhd etmişdir. Zavod texniki yeniliklər edərək fabrik istehsalını artırmış və işçi qüvvəsini azaltmışdır.
Qalereya
-
Zavodda istehsal olunmuş mebellər
-
Kanqe ağac emalı zavodu, KXDR
Mənbə
İstinadlar
- ↑ "2008 KXDR əhalisinin siyahıya alınması — Pxenyan: KXDR Mərkəzi Statistika İdarəsi, 2009, səh. 18" (PDF). 2010-03-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-11-03.
- ↑ Mossmen, Billi. United States Army in the Korean War: Ebb and Flow November 1950-July 1951. University Press of the Pacific. 29 iyun 2005. səh. 51.
- ↑ Sandler, Stenli. The Korean War: No Victors, No Vanquished. The University Press of Kentucky. 1999. səh. 108.
- ↑ NASA. RETScreen verilənlər bazası Arxiv surəti 5 dekabr 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-12-05 at the Wayback Machine
Ədəbiyyat
- Dormels, Rainer. North Korea's Cities: Industrial facilities, internal structures and typification. Jimoondang, 2014. ISBN 978-89-6297-167-5
Xarici keçidlər
- Vikianbarda Kanqe ilə əlaqəli mediafayllar var.
- Kanqe şəhərinin profili Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine