İfrat sağçılıq
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur.
Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm".
İfrat millətçilik və irqçilik
[redaktə | mənbəni redaktə et]İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar. İrqçilər, əksinə, üstün hesab etdikləri irqi seqmentə mənsub bir qrupu yaşadıqları cəmiyyətdə aşağı hesab etdikləri digər seqmentlərdən ayırmaq və daha aşağı olanları sıxışdıraraq cəmiyyətlərindən çıxarmaq istəyirlər.
Fundamentalizm
[redaktə | mənbəni redaktə et]Fundamentalizm dini qaydalara söykənən və bu prinsiplərə ən ciddi şəkildə riayət edən, din və siyasət arasındakı fərqi rədd edən və cəmiyyətin vahid bir dinin şərtləri ilə idarə olunması prinsipini müdafiə edən bir cərəyandır. Fundamentalistlər mənsub olduqları qrupun dolayı yolla bütün ölkənin dini qaydalarla idarə olunmasını ən düzgün şərt hesab edirlər və dünyəviliyi rədd edirlər. Türkiyədə islamçı təşkilatların ən böyük nümunəsini İslamçı təşkilatlar sərgiləyir.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Tarixi ifrat rus sağçılar; Monarxist və antisemitik, ultra millətçi Qara Üzlər hərəkatı 1905-ci ildə yürüş edərkən.
-
1928-ci ildə Washington, D.C.da kütləvi mitinqdə gəzən Amerikalı Ku Kluks Klan üzvləri. KKK, ağ irqin üstünlüyünü müdafiə edən həddindən artıq sağçı, protestant və anti-katolik təşkilatdır.
-
İfrat sağçı Harzburg Cəbhəsində NSDAP-DNVP ittifaqı. 1931-ci ildə monarxist Alman Milli Xalq Partiyasının üzvləri ilə birlikdə Nasional Sosialistlər.