İslamazeri.com

Vikipediya, azad ensiklopediya
(İslamazeri.az səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
islamazeri.com
URL www.islamazeri.com
Qeydiyyat 2008
Dilləri Azərbaycanca
Sahibi Ramin Bayramov[1][2]
Açılma tarixi 24 noyabr 2006 (18 il əvvəl) (2006-11-24)

İslamazeri.com — Azərbaycan, Yaxın Şərq, dünya, xüsusilə İslam dünyasında baş verən hadisələr haqqında xəbər verən azərbaycandilli onlayn internet qəzeti və portalı.

İslamazeri.az-ın 10 illik yubiley loqosu

Sayt 24 noyabr 2006-cı ildə fəaliyyətə başlayıb. Gündəlik xəbərlər, islami və digər məlumatlar saytda yer almışdır.[3][4]

Azərbaycan internet məkanında ilk dəfə islami internet radiosu təsis edən "İslamazeri" portalı, sonradan video-xəbərlərin yayımına da başlamışdır.[5]

2008-ci ildən isə artıq peşakar səviyyədə onlayn xəbərlər xidmətinə keçmişdir.[3] 2010-cu ildə saytın rusca versiyası fəaliyyət göstərib.[6]

2011-ci ildə saytın baş redaktoru Ramin Bayramov Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb.[7][8][9] "Freedom House" müstəqil nəzarət təşkilatı 2012-ci ildə yayımladığı "İnternetdə azadlıq" (Arxivləşdirilib 2017-06-12 at the Wayback Machine) adlı hesabata əsasən Azərbaycanda internet "qismən azad" vəziyyətdə qeyd edilib və "İslamazeri" saytının baş redaktoru Ramin Bayramovun həbs olunması Ərəb Baharı ərəfəsində Azərbaycanda internet azadlığının məhdudlaşdırılması ilə əlaqəndirilib.[10][11]

26 yanvar 2015-ci ildə islamzeri.az saytında texniki problemlər yaşanıb. Həmin gün səhər saatlarından yaşanan problemin səbəbi müəyyən edilə bilməyib. Azərbaycan ərazisindən saytın “.az” domenindən girişə məhdudiyyət qoyulub. “.com” domeni isə fəaliyyətini davam etdirib.[12]

3 oktyabr 2015-ci ildə günorta saatlarından etibarən "İslamazeri" saytına xaker hücumları edilib. Hücumlar saytın yerləşdiyi serverə "DDOS Attack" üsulu ilə edilib. Buna görə də saytın yayımını bərpa etmək mümkün olmayıb.[13]

6 noyabr 2015-ci ildə "İslamazeri" saytı və rəsmi facebook səhifəsi xaker hücumuna məruz qalaraq ələ keçirilib.[14] Saytın ələ keçirilməsindən dərhal sonra son 10 günün xəbərləri xakerlər tərəfindən kütləvi şəkildə silinib. Bir müddət sonra sayt üzərindəki idarəçilik bərpa edilsə də, səhifəni geri qaytarmaq mümkün olmayıb.[15]

25 noyabr 2015-ci il tarixindən bir müddət Azərbaycandan islamazeri.az saytına giriş mümkünsüz hala gəlmişdir. Bununla bağlı sayt idarəçilərinin yaydığı məlumata görə, ölkə provayderləri saytı bloklamışdır. Sayt idarəçiləri bunu söz azadlığı və insan haqlarının kobud surətdə pozulması kimi qiymətləndirmiş, müvafiq orqanları bu qanunsuzluğun aradan qaldırılması üçün tədbir görməyə çağırmışdır.[16] Bir müddətdən sonra bu problem həll edilmiş və sayt öz əvvəlki fəaliyyətinə davam etməyə başlayıb.

8 sentyabr 2016-cı ildə sayt öz 10 illiyi münasibətilə həm veb, həm də mobil variantını 2-ci dəfə yeniləyərək, yeni qrafika ilə fəaliyyətini davam etdirməyə başlayıb.[17][18]

18 dekabr 2016-cı ildə Xəzər TV-də yayımlanan “Facebook”dan yalan məlumat yayanlara qarşı sanksiya" başlıqlı reportajda "İslamazeri" saytının hakerlər tərəfindən ələ keçirilmiş "Facebook" səhifəsində reportajdan iki il öncə paylaşılan məlumatı xəbərlər proqramında yayımlayıb.[19] "İslamazeri" saytı 19 dekabr tarixində bu hadisəyə münasibət bildirmiş və sözügedən iddianı qara PR adlandırmışdır.[20][21]

16-31 mart 2017-ci il tarixində Azərbaycandakı bəzi provayderlər tərəfindən saytın ".az" domenli formasına girişə tam, ".com" domenli formasına isə qismən məhdudiyyətlər qoyulmuşdur.[22][23] Bununla əlaqədar olaraq sayt ".az" domenindən tamamilə ".com" domeninə keçmişdir.

2017-ci ilin sonunda saytın təsisçisi və baş redaktoru Ramin Bayramov Bakı Hava Limanında yenidən saxlanılıb.[24]

5 aprel 2018-ci ildə Elçin Alıoğlu Milli.Az saytında "Azərbaycan müxalifətinin "sirdaş"ları: Pensilvaniyadan Quma uzanan yol" başlıqla məqalə yazaraq "İslamazeri" və saytın baş redaktoru Ramin Bayramova qarşı bəzi ittihamlar irəli sürmüş[25], R. Bayramov da 7 aprel tarixində bu ittihamlara cavab vermişdir.[26]

  1. "Baş redaktor həbs edildi". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-16.
  2. "Islamazeri saytının redaktoru azad olunub". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-02.
  3. 1 2 "Haqqımızda" (az.)). islamazeri.az. 2015-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-09.
  4. "İslamazeri.az-ın 9 yaşı tamam oldu" (az.)). ahlibeyt.az. 2015-11-25. 2016-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  5. "Islamazerinews/info". facebook.com. 2015-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-09.
  6. "Ислам-Азери.ру". 2011-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-29.
  7. "İslam Partiyası fəallarına qarşı yeni silah və narkotik ittihamları". Azadlıq Radiosu (az.). 2011-08-12. 2023-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-10.
  8. "İslamazeri.az internet qəzetinin baş redaktoru narkotik və qanunsuz silah saxlama ittihamı ilə həbs". RATİ (az.). 2011-08-13. 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  9. "Ölkədə islamçıların yeni həbs dalğası başladı". musavat.com. 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  10. "Azərbaycanda internet "qismən azad"dır". 2021-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-10.
  11. "Arxivlənmiş surət". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  12. "İslamazeri.az saytı oxucularına müraciət edib" (az.)). islam.az. 2015-01-26. 2016-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  13. "İslamazeri.az saytına xaker hücumları var" (az.)). bizimyol.info. 2015-10-03. 2016-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  14. "İslamazeri.az saytı və Facebook səhifəsi ələ keçirilib!" (az.)). lenkaranxeber.info. 2015-10-06. 2016-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  15. "İslamAzeri.az saytının Facebook səhifəsi ələ keçirilib" (az.)). meydan.tv. 2015-11-06. 2016-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  16. "İslamazeri.az saytına giriş bloklanıb" (az.)). azadliq.info. 2015-10-28. 2016-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-16.
  17. "İslamazeri.az 10-cu ilində yeni dizaynla fəaliyyətə başladı" (az.)). islaminsesi.org. 2016-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-08.
  18. ""İslamazeri.az" saytı yeni dizayna keçib" (az.)). salamnews.org. 2016-09-08. 2016-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  19. Xəzər Xəbər. ""Facebook"dan yalan məlumat yayanlara qarşı – SANKSİYA" (az.)). YouTube. 2016-12-18. 2021-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
  20. "Xəzər TV-də İslamazeri.az saytına qarşı təxribat" (az.)). islamazeri.com. 2016-12-19. 2018-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
  21. "Xəzər TV-də İslamazeri.az saytına qarşı qara piar" (az.)). maide.az. 2016-12-19. 2018-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-04.
  22. "İslamazeri.az saytının izləyicilərinin nəzərinə" (az.)). islamazeri.az. 2017-03-17. 2017-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-18.
  23. "İslamazeri.az-ın baş redaktoru müraciət yaydı: TV, saytın xəbərini təhrif edib" (az.)). islamazeri.az. 2017-03-17. 2017-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-17.
  24. "İslamazeri.com saytının baş redaktoru Ramin Bayramov saxlanılıb". Islam Times (az.). 2017-12-09. 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  25. Elçin Alıoğlu. "Azərbaycan müxalifətinin "sirdaş"ları: Pensilvaniyadan Quma uzanan yol" (az.)). milli.az. 2018-04-05. 2018-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
  26. "Ramin Bayramov ittihamlara cavab verdi" (az.)). islamazeri.com. 2018-04-07. 2018-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]