Bəhruzə xanım

Vikipediya, azad ensiklopediya
(Bəhruzə bəyim səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Bəhruzə xanım
Şəxsi məlumatlar
Həyat yoldaşı

Bəhruzə xanım və ya Bəhruzə BəyimSəfəvilər dövlətinin hökmdarı Şah I İsmayılın xanımı.

O, ehtimal ki kəniz olaraq Səfəvilər dövlətində Şah İsmayıl Xətainin hərəminə daxil olmuşdur [1]Çaldıran döyüşündən sonra Osmanlılar Təbrizi işğal etmişdilər.[2] Bu zaman İsmayılın bütün hərəmi və xanımı Bəhruzə bəyim Sultan Səlim tərəfindən əsir götürülmüşdür.[3][4] Bəhruzə bəyim İstanbulda qazı-əsgər Tacızadə Cəfər Çələbiyə verilmişdir.[5] İsmayıl onu geri qaytarmaq üçün Səlimə dörd elçi göndərmiş, hədiyyələr təqdim etmiş və əvvəlki mübadilələrindən fərqli olaraq Səlimə təriflər söyləmişdir. Səlim Bəhruzə bəyimi geri vermək əvəzinə elçilərin burnunu kəsib əliboş geri göndərmişdir.[6] Ümumiyyətlə, Şah İsmayıl Xətainin Bəhruzə adlı həyat yoldaşının əsir düşməsinin qaynağı osmanlı mənbəsi — "Tacüt təvarix" əsəridir. Müəllifi Xoca Sadəddin Əfəndi olan bu əsərdə belə qeyd edilirː

" Döyüşdə əsir düşən Taclı, Osmanlının əlindən qaçmağa nail olmuş, lakin əsir qalan və Cəfər Çələbi ilə evləndirilən Şahın digər xanımı Bəhruzə olmuşdur[7] "

İran tarixçilərindən Hüseyin Mir Cəfərinin apardığı tədqiqatın nəticəsində gəldiyi qənaətə görəː

" Heç bir Səfəvi qaynağı Şahın həyat yoldaşının əsir düşməsi barədə məlumat vermir. Əgər Bəhruzə adlı bir qadın əsir alınıbsa da, o da çox böyük ehtimal ki, hər hansı bir qadın olmuş və həyatını xilas etmək üçün Şahın həyat yoldaşı olduğunu demişdir.[8] "

Hətta Şah İsmayılın həyatı barədə ətraflı məlumat verən və Namiq Musalı tərəfindən tədqiq edilən "Tarixi aləm arayi Şah İsmayıl" adlı əsərdə də yalnız Taclı bəyim haqqında məlumat var. Bəhruzə xanımın adı çəkilmir.[9]

  1. Newman, Andrew J. (2008). Safavid Iran: Rebirth of a Persian Empire. I. B. Tauris. pp. 1–281. ISBN 9780857716613.
  2. "SAFAVID DYNASTY". 2019-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-12.
  3. Mikaberidze, Alexander. Historical Dictionary of Georgia (2). Rowman & Littlefield. 2015. səh. 242. ISBN 978-1442241466.
  4. The Cambridge history of Iran, ed. William Bayne Fisher, Peter Jackson, Laurence Lockhart, pg. 224.
  5. "Azərbaycan-Səfəvi dövlətində Birinci Xanım titulu". Türküstan. 26 fevral–6 mart 2017. səh. 8–9. 2023-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-12.
  6. Mikhail, Alan. God's Shadow: Sultan Selim, His Ottoman Empire, and the Making of the Modern World. Liveright. 2020. ISBN 978-1631492396.
  7. "GÜNDÜZ, Tufan. "ŞAH İSMAİL'İN EŞİ TAÇLI BEGÜM". Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi 51 (Ocak 2013), s. 228". 2024-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-26.
  8. Hüseyin Mir Caferi, Taclı Hanım Zen-i Setihende-i Çaldıran, Neşriyye-i Danişkede-i Edebiyat ve Ulum-i İnsani, Tebriz, sayı 112, 1353, s.276-277
  9. "Musalı N.S. I Şah İsmayılın hakimiyyəti ("Tarix-i aləmara-yi Şah İsmayıl" əsəri əsasında). Bakı: "Nurlan", 2011, 481 s." (PDF). 2024-02-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-26.