Dünbililər
Dünbililər | |
---|---|
Titul | Xan |
Qohum soylar | Xoyskilər, Abraxanovlar |
Mənşəyi | Xoy, Cənubi Azərbaycan |
Təbəəliyi | Xoy xanlığı, Qacarlar |
Torpaqları | Sökmənabad mahalı |
Dünbililər və ya dümbülülər[1] — İranın Xoy və ətraf vilayətlərdə yayılaraq yaşamış türk dilində danışan kürd əsilli[2] sülalə.
Tarixi
[redaktə | mənbəni redaktə et]Dünbili eli ilk olaraq XI əsrdə ərəb coğrafyaçıların Suriya ilə bağlı məlumatlarda adı çəkilir. Şərəfnamə bu eldən "Dunbuliye Boxti" (Botanlı Dünbililər) deyə bəhs edir. Şərəf xan Bidlisiyə görə Dünbililər sonradan Müsəlmanlaşmış Yezidilərdir, onun qeydinə görə Dünbili bəyləri Sökmənabad mahalını idarə edirdilər. Yenə bir ara Həkkari bəyliyini də Səfəvilərin yardımıyla ələ keçirmişldilər.
Şərəf xan, Dünbililəri Kurmanci ləhcəsində danışan əşirətlər arasında sayır. Hələ də Ərzurum, Urmiya və İraqdakı Dünbililər Kurmanci danışırlar və bir bölümü Yezidilik inancına sahibdir. Salmas və Xoy bölgesinde yaşayanlar isə Minorskiyə görə XVIII əsrdə Azərbaycanlılaşıblar. Bu gün etibariyle sadəcə Azərbaycan dilində danışırlar.
Lakin Oğuzların Eymür boyundan gəlir Dümbüli tayfası. Sonradan bir hissəsi kürdləşmişlər. [3]
Dünbili elinin nümayəndələri XVIII əsrdə Xoy xanlığı və Təbriz xanlığının yaranmasında fəal iştirak etmişdilər. Nəslin nümayəndəsi Cəfərqulu xan Dünbili və oğlu İsmayıl xan Dünbili Şəki xanlığını idarə etmişdilər.
1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri” ndə Sədərək nahiyəsində dümbülü əşirətinin Xatunkəhriz, Molla Xəlil, İsaxan, Dərəbəy, Yaqutxan, Söyüdlü, Hacı İslam, Bəy, Öküzbatır kəndlərində yaşadığı qeydə alınmışdır (“Naxçıvan sancağının müfəssəl dəftəri”. Bakı, 2001, s.361-362).[4]
Mənbə
[redaktə | mənbəni redaktə et]- Şerefhan: Şerefname (çev.: Mehmet Emin Bozarslan), İstanbul 1971.
- Minorsky, V. : The Kurds, Encyclopaedia of Islam, Leiden, 1927.
- Malmisanij, M.: Kırd, Kırmanc, Dimili veya Zaza Kürtleri, Deng Yayınları, Kasım 1996
- Roşan Lezgîn: Toplumsal Kürt Gruplarından Zazalara Genel Bir Bakış
- Dimili kürtleri (almanca)
- Iranica: "Donbolî"
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Fətəli xan İsgəndərxan oğlu Xoyski Dümbülü kürd tayfasından olan məşhur Azərbaycan kürdüdür. O, Azərbaycan cümhuriyyətinin baş naziri olmuşdur". Diplomat (az.). 156 (8). 5–11 mart 2012. səh. 3.
- ↑ "Arxivlənmiş surət". 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-09.
- ↑ "Türk kökənli kürd tayfaları – Araşdırma". Axar.Az (az.). 2016-05-24. 2024-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
- ↑ DƏRƏLƏYƏZ MAHALININ KAMERAL TƏSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017