Death
Death | |
---|---|
Death | |
Əsas məlumatlar | |
Üslub |
det metal (ilkin dövr) texniki det-metal Proqressiv metal (sonrakı dövr) |
Fəaliyyət illəri |
1984—2001 Bir araya gəlmə: 2012 |
Ölkə | ABŞ |
Şəhər | Orlando, Florida |
Leybl |
Combat Records Relativity Records Roadrunner Records Nuclear Blast |
Heyət |
Çak Şuldiner † Skott Klendenin Riçard Kristi Şennon Hemm |
Keçmiş üzvlər |
Rick Rozz Paul Masvidal Sean Reinert Steve DiGiorgio |
www.emptywords.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Death — 1983-cü ildə 16 yaşındakı gitarist/vokalist Chuck Schuldiner, gitarist Rick Rozz və vurma alətlərdə Barney `Kam` Lee olmaqla Florida, Amerikada qurulan death metal qrupu. Qrupun ilk adı Mantas idi, amma daha sonra dəyişdirərək Death qərarını aldılar. Qrup Venom və Slayer'dan təsirlənmişdi amma fərqli bir şey etmək niyyətində idilər və Chuck`ın sərt vokalını istifadə etməyə qərar verdilər. 1987-ci ildə çıxardıqları «Scream Bloody Gore» albomu ilə bütün metal musiqi bazarını yerindən oynatdılar. Bu qədər sərt, iti ritmləri və vokalı olan bir musiqiyə insanlar vərdiş etməmişdilər, amma sonra bir çox vokalist Chuck'ın stilini təqlid edib death metal musiqisi hazırlamağa qərar verdilər.
1989-cu ildə əfsanəvi «Leprosy» albomunu çıxardıqları zaman artıq bütün dünya tərəfindən tanınmışdılar. İlk dəfə Amerika xaricinə çıxıb Avropa turnesinə çıxdılar. Albom böyük qalmaqal yaratmışdı. Bütün musiqi bazarı bu yeni musiqi stilini və yaradıcılarını heyranlıqla izləyirdi. 1990-ci il tarixli «Spiritual Healing» və 1991-ci il tarixli «Human» albomları ilə yerlərini yaxşıca sağlamlaşdırmışdılar. Artıq turnelərdə ana qrup olaraq səhnəyə çıxırlar, festivallara qürur qonağı olaraq dəvət edilirdilər. Steve Digiorgio və James Murphy'nin iştirakı ilə qrup sərtliyinə texnik əlavə etdikdən sonra qrupun musiqisində keyfiyyət də yaxşıca yüksəlmişdi. Bu 1993-cü ildə çıxan möhtəşəm «Individual Thought Patterns» albomunda çox dəqiq və aydın hiss olunur. Bu albom bir çox metal jurnalında death metal musiqi tarixinin ən yaxşı albomu seçildi.
1995-ci ildə «Symbolic» albomu çıxdıqdan sonra James Murphy və Steve DiGiorgio qrupdan ayrıldılar. Bu, qrupun bir müddət musiqidən uzaq qalmasına gətirib çıxardı. Konsertlərə çıxmağa davam etdilər lakin 3 il albom çıxartmadılar. 1998-ci ildə çıxardıqları «The Sound Of Perseverance» albomuna qədər. Bu albomdan sonra Unleashed, Carcass və Entombed ilə bir Avropa turnesinə çıxdılar. 2000-ci ildə vokalist Chuck Schuldiner sağlamlığını itirməyə başladı. Buna baxmayaraq musiqi işlərinə ara vermədən davam etdilər və eyni il Hollandiya konsertlərini «Live in Eindhoven 98» və möhtəşəm Los-Anceles (2001) konsertlərini həm CD həm də DVD formatında «Live in LA: Death & Raw» adı ilə satışa çıxardılar. Və sonra Chuck 1 aylıq bir komaya girdikdən sonra 2001-ci il 13 dekabr tarixində beyin xərçəngi səbəbi ilə həyatını itirdi. Bu, bir mənada Death qrupunun da sonu oldu.
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]Studiya albomları
[redaktə | mənbəni redaktə et]- 1987 - Scream Bloody Gore
- 1988 - Leprosy
- 1990 - Spiritual Healing
- 1991 - Human
- 1993 - Individual Thought Patterns
- 1995 - Symbolic
- 1998 - The Sound of Perseverance