FİFA Dünya Kuboku

Vikipediya, azad ensiklopediya
(Futbol üzrə dünya çempionatı səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
2018 dünya çempionu Fransa milli futbol komandası

FİFA Dünya KubokuFutbol üzrə ən əhəmiyyətli turnir. 1930-cu ildən bəri hər dörd ildən bir təşkil olunur. (İkinci dünya müharibəsi ilə əlaqədar 1942 və 1946-cı illər istisna olmaqla.)

Dünyadakı ilk beynəlxalq futbol oyunu 20 noyabr 1872-ci ildə Qlazqo şəhərində Şotlandiya və İngiltərə arasında oynanıldı və 0–0 başa çatdı. İlk beynəlxalq turnir 1884-cü ildə başlayan British Home Championship-i idi. 20-ci əsrdə dünyada populyarlaşdıqdan sonra, futbol 1900 və 1904 Yay Olimpiya Oyunlarında medalsız şou idman növü kimi iştirak etdi (sonradan Beynəlxalq Olimpiya Komitəsi rəsmi bir yarış olaraq qəbul etdi). Dünyanın birinci kuboku və ya o vaxt rəsmi olaraq adlandırıldığı kimi, "Jül Rime mükafatı" uğrunda yarışlar 1930-cu ilin iyulunda Montevideoda keçirilmişdir. Lakin dünya birinciliyi yarışlarının prinsipi daha əvvəl, 1920-ci ilin aprelində FİFA-nın Antverpendəki konqresində razılaşdırılmışdı. Bu yarışın təşkilatçısı, onun ideyalarının müəllifi Fransa Futbol Federasiyasının prezidenti, eləcə də o zaman Antverpendə FİFA prezidenti seçilmiş Jül Rime idi. Turnirə onun adı verilmişdi.

Futbol üzrə dünyanın birinci çempionatının keçirilməsi haqqında son qərar 1928-ci ildə FİFA-nın Amsterdamdakı konqresində qəbul edilmişdi. Olimpiya Oyunlarında, demək olar ki, bütün komandalar gizli peşəkarlıq nümayiş etdirdiyindən dünyanın bütün yığma komandalarının həvəskar statusu tam formal xarakter daşımağa başlamışdı. Peşəkarların və həvəskarların bərabər olduqları müntəzəm dünya çempionatlarının keçirilməsi bu problemi həll etdi. O vaxtdan milli assosiasiyalarının rəhbərləri daha yüksək yarışda – dünya çempionatında çıxış etməkdə maraqlı oldular və peşəkar oyunçuları yığma Olimpiya komandalarına "itələmədilər". Peşəkar və həvəskar futbolçular üçün açıq olan belə çempionatların təşkili o vaxtlar riskli iş idi. Həm də FİFA elə bir ölkə axtarırdı ki, bu işə tamahkarlıq məqsədilə girişməsin. Olimpiya turnirləri ona, demək olar ki, gəlir gətirmirdi. Dünya çempiontlarının keçirilməsinə rəhbərlik etməklə Beynəlxalq Futbol Federasiyası gəlirin bölüşdürülməsində iştirak edə bilərdi və borca düşməzdi.

İl Ev sahibi İştirakçı sayı Final Təsəlliverici final
Çempion Hesab İkinci Üçüncü Hesab Dördüncü
1 1930 Uruqvay Uruqvay 13 Uruqvay 4:2 Argentina ABŞ (1) Yuqoslaviya
2 1934 İtaliya İtaliya 16 İtaliya 2:1
əlavə vaxt
Çexoslovakiya Almaniya 3:2 Avstriya
3 1938 Fransa Fransa 15 İtaliya 4:2 Macarıstan Braziliya 4:2 İsveç
4 1950 Braziliya Braziliya 13 Uruqvay (2) Braziliya İsveç (2) İspaniya
5 1954 İsveçrə İsveçrə 16 Qərbi Almaniya 3:2 Macarıstan Avstriya 3:1 Uruqvay
6 1958 İsveç İsveç 16 Braziliya 5:2 İsveç Fransa 6:3 Qərbi Almaniya
7 1962 Çili Çili 16 Braziliya 3:1 Çexoslovakiya Çili 1:0 Yuqoslaviya
8 1966 İngiltərə İngiltərə 16 İngiltərə 4:2
əlavə vaxt
Qərbi Almaniya Portuqaliya 2:1 SSRİ
9 1970 Meksika Meksika 16 Braziliya 4:1 İtaliya Qərbi Almaniya 1:0 Uruqvay
10 1974 Almaniya Qərbi Almaniya 16 Qərbi Almaniya 2:1 Niderland Polşa 1:0 Braziliya
11 1978 Argentina Argentina 16 Argentina 3:1
əlavə vaxt
Niderland Braziliya 2:1 İtaliya
12 1982 İspaniya İspaniya 24 İtaliya 3:1 Qərbi Almaniya Polşa 3:2 Fransa
13 1986 Meksika Meksika 24 Argentina 3:2 Qərbi Almaniya Fransa 4:2
əlavə vaxt
Belçika
14 1990 İtaliya İtaliya 24 Qərbi Almaniya 1:0 Argentina İtaliya 2:1 İngiltərə
15 1994 ABŞ ABŞ 24 Braziliya 0:0
(3:2)
penaltilər
İtaliya İsveç 4:0 Bolqarıstan
16 1998 Fransa Fransa 32 Fransa 3:0 Braziliya Xorvatiya 2:1 Niderland
17 2002 Cənubi Koreya Cənubi Koreya / Yaponiya Yaponiya 32 Braziliya 2:0 Almaniya Türkiyə 3:2 Cənubi Koreya
18 2006 Almaniya Almaniya 32 İtaliya 1:1
(5:3)
penaltilər
Fransa Almaniya 3:1 Portuqaliya
19 2010 Cənubi Afrika Respublikası CAR 32 İspaniya 1:0
əlavə vaxt
Hollandiya Almaniya 3:2 Uruqvay
20 2014 Braziliya Braziliya 32 Almaniya 1:0
əlavə vaxt
Argentina Hollandiya 3:0 Braziliya
21 2018 Rusiya Rusiya 32 Fransa 4:2 Xorvatiya Belçika 2:0 İngiltərə
22 2022 Qətər Qətər 32 Argentina 3:3(4:2)penaltilər Fransa Xorvatiya 2:1 Mərakeş
23 2026 ABŞ ABŞMeksika MeksikaKanada Kanada 48

Qeyd:

(1) 1930-cu ildə III yer uğrunda təsəlliverici final oyunu keçirilməyib. ABŞYuqoslaviya yarımfinalda məğlub olub.

(2) 1950-ci ildə rəsmi final və təsəlliverici final oyunları keçirilməyib. Çempionluq uğrunda mübarizə 4 komandanın iştirakı ilə keçirilən qrup turnirindən ibarət olub. Lakin Uruqvayın Braziliyaya 2:1 hesabı ilə qalib gəldiyi oyunu de-fakto final oyunu adlandırmaq olar.

Ən böyük hesablı qələbələr

  • 1954-cü il. Macarıstan – Cənubi Koreya – 9:0, 1974-cü il. Yuqoslaviya – Zair – 9:0, 1982-ci il: Macarıstan – Salvador – 10:1

Ən erkən qolun müəllifi

  • Hakan Şükür: 2002-ci il. Türkiyə — Cənubi Koreya – 3:2 (11-ci saniyə)

Ən çox iştirak edən futbolçu

  • Antonio Karbaxal (Meksika, 1950–1966), Lotar Matteus (Almaniya, 1982–1998) – hərəsi 5 dəfə

Ən çox oyun keçirən futbolçu

Ən çox qol vuran

Bir turnirdə ən çox qol vuran

Bir oyunda ən çox qol vuran

  • Oleq Salenko (Rusiya, 5 qol). 1994-cü il. Rusiya – Kamerun – 6:1

Ən gənc futbolçu

  • Pele (Braziliya), 17 yaş 249 gün. "Futbol Kralı" bu yaşda qol vurmaqla da rekordçudur.

Ən yaşlı futbolçu

  • Fərid Mondraqon (Kolumbiya), 43 yaş 3 gün

Futbolçu kimi ən çox dünya çempionu

  • Pele (Braziliya), 3 qat dünya çempionu (1958, 1962, 1970)

Futbolçu və məşqçi kimi ən çox dünya çempionu

  • Mario Zaqallo (Braziliya), 1958 və 1962-ci illərdə futbolçu, 1970-ci ildə baş, 1994-cü ildə ikinci məşqçi kimi

Tam medal komplektinə (qızıl, gümüş, bürünc) sahib olanlar

Ən çox iştirak edən yığma

  • Braziliya – 20 dəfə (bütün turnirlərdə iştirak edən yeganə yığmadır)

Ən çox uduzan yığma

  • Meksika – 21 dəfə

Finalda ən çox oynayan yığma Almaniya – 8 dəfə

Ən çox oyun keçirən məşqçi

  • Helmut Şön (Almaniya, 1966–78) – 25 oyun. O, eyni zamanda ən çox qalib gələn məşqçidir (16 dəfə)

Baş məşqçi kimi ən çox dünya çempionu olan

  • Vittorio Pottso (İtaliya, 1934 və 1938) – 2 dəfə

Ən çox oyun idarə edən hakim

Ən erkən sarı vərəqə

  • Campyero Marini (İtaliya) DÇ-82-də Polşa, Sergey Qorlukoviç (SSRİ) DÇ-1994-də İsveçlə görüş, hər ikisi oyun başlamamış

Ən erkən qırmızı vərəqə

  • Xose Batista (Uruqvay) DÇ-86-da Şotlandiya ilə oyun, 56-cı saniyə

Ən çox sarı və qırmızı vərəqə olan mundial

  • DÇ-2006–56 oyunda 310 sarı, 25 qırmızı. Bir oyunda ən çox sarı və qırmızı vərəqə da həmin mundialda olub. Belə ki, rusiyalı hakim Valentin İvanov Portuqaliya – Hollandiya görüşündə hər komandaya 2 olmaqla 4 qırmızı vərəqə göstərib. O, portuqaliyalı futbolçulara 9 sarı vərəqə verib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]