Gəncə Avtomobil Zavodu

Vikipediya, azad ensiklopediya
(GAZ səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Gəncə Avtomobil Zavodu
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi ictimai şirkət
Sənaye avtomobilqayırma
Məhsulu avtomobil
Təsis tarixi 1986
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi aktivlər 79,3 milyon AZN (2019)[1]
Ümumi gəliri 6 mln 241,7 min AZN (2019)
Xalis mənfəəti 4 mln 993,4 min AZN (2019)
ganjaauto.gov.az

Gəncə Avtomobil ZavoduAzərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi.

1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.[2] 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb.[3]

Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.

Gəncə Avtomobil Zavodunda yığılan UAZ-469

Zavodda 2008-ci ildə 600-ə yaxın traktoravtomobil istehsal olunmuşdur. 2009-cu ilin aprel ayında zavodda 1000-ci traktor istehsal olundu. 2018-ci ilin aprel ayında Gəncə Avtomobil Zavodunun sayca 10 mininci traktoru istehsal edildi və həmçinin burada 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıldı.[4]

2020-ci ildə "Gəncə Avtomobil Zavodu" Finlandiyanın "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi əsasında “Sampo-Roselew” markalı kombaynların yığımına başlayacağını bildirib.[5]

  1. ""Gəncə Avtomobil Zavodu"nun xalis mənfəəti 5 dəfəyədək artıb". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-17.
  2. "Gəncə Avtomobil Zavodunun Tarixi". 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-18.
  3. "Belarusdakı vəziyyət "Gəncə Avtomobil Zavodu"nun istehsalına təsir edibmi?". 2021-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-17.
  4. "Belarus Azərbaycanda dərman istehal edəcək". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-17.
  5. "Azərbaycanda "Sampo-Roselew" markalı kombaynlar yığılacaq". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]