Karrivurst

Vikipediya, azad ensiklopediya
(Körivurst səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Körivurst
Aid olduğu milli mətbəxlər
Alman mətbəxi
Mənşəyi
Tarixi 1949
Müəllif Herta Hoyver
Tərkibi
Əsas

Körivurst— pomidorlu sous və köri tozu və ya köri ketçupu ilə servis edilən qızardılmış kolbasa yeməyidir. Kolbasa tam və ya doğranmış şəkildə servis edilir. Bu yemək alman mətbəxinə aid edilir. Yeməkdə adətən azca qızardılmış, qabıqlı və ya qabıqsız kolbasalardan istifadə edilir. İkinci Dünya Müharibəsindən sonra məşhurlaşan yemək əsasən fasfut yemək hesab edilir. Körivurst alman müəssisələrinin yeməkxanalarının sevilən yeməklərindən biridir[1][2] və həmçinin evlərdə də hazır yeməklər kimi istifadə edilir.

Almaniyada illik olaraq 800 milyondan çox körivurst istehlak edilir.[3] Bundan əlavə körivust dedikdə həmçinin tərkibində köri tozu olan kolbasalar da başa düşülür. Körivurst (qızardılmış kartofla birlikdə) 2020-ci ildə ardıcıl olaraq 28-ci dəfə Almaniyada ən sevilən yeməkxana yeməkləri arasında birinci yeri tutmuşdur.[4]

Geniş yayılmış bir fikrə görə, körivurst ilk dəfə İkinci Dünya Müharibəsindən sonrakı dövrdə Berlin şəhərində hazırlanıb. 1949-cu ildən Berlinin Şarlottenburq rayonundakı Kant və Kayzer Fridrix küçələrinin kəsişməsində fasfut restoranı işlədən Herta Hoyver iddia edirdi ki, o, ənənəvi köri sousunu 1949-cu ilin sentyabrında kəşf edərək qızardılmış kolbasa ilə servis edib. Beləliklə də, körivurst yaranıb. Buna baxmayaraq Hoyver körivurstun inkişafında başqalarının zəhmətini dana bilməz.[5]

Körivurstun hazırlanması regiondan-regiona dəyişir. Bəzi yerlərdə sous qızdırılır, bəzi regionlarda isə sous köri tozu ilə ədviyyatlanır. Sousun qatılığı bəzi yerlərdə çox, bəzi yerlərdə az olur, eləcə də müxtəlif regionlarda və ya fasfut köşklərində sous kimi sadəcə olaraq ketçupdan istifadə edilir.

  1. Christina Steinheuer. "King of Pott und Berliner Chillup". 30 yanvar 2015. 12 mart 2016 tarixində arxivləşdirilib.
  2. "apetito Menü-Charts 2014:Bekannte Klassiker sind am beliebtesten" (PDF). 12 mart 2016 tarixində arxivləşdirilib (PDF).
  3. Presseinformation:. "Daten und Fakten: Deutsches Currywurst Museum Berlin" (PDF) (alman). Oktyabr 2014. 6 mart 2016 tarixində arxivləşdirilib (PDF).
  4. "Kantinen-Ranking: Klassiker bleibt weiter Nummer eins" (alman). 22 iyul 2020. 19 avqust 2020 tarixində arxivləşdirilib.
  5. Gerd Rüdiger. Currywurst. Ein anderer Führer durch Berlin. Berlin: be.bra. 1995. ISBN 3-930863-03-0.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]