Lev Qumilyov

Vikipediya, azad ensiklopediya
(Lev Qumilyev səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Lev Qumilyov
Lev Nikolayeviç Qumilyov
Qazaxıstanın poçt markası, 2012
Qazaxıstanın poçt markası, 2012
Doğum tarixi 1 oktyabr 1912(1912-10-01)[1][2]
Doğum yeri
Vəfat tarixi 15 iyun 1992(1992-06-15)[2][3][…] (80 yaşında) və ya 1992[4]
Vəfat yeri
Dəfn yeri
  • Aleksandr Nevski Lavranın Nikolskoye qəbiristanlığı[d]
Anası Anna Axmatova
Təhsili
Fəaliyyəti antropoloq, coğrafiyaşünas, tarixçi, şair, tərcüməçi, yazıçı, filosof, etnoloq
Elmi dərəcələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lev Nikolayeviç Qumilyov (rus. Лев Никола́евич Гумилёв; 1 oktyabr 1912[1][2], Sankt-Peterburq[2]15 iyun 1992[2][3][…] və ya 1992[4], Sankt-Peterburq[2]) — tarixçi alim, etnoqraf.

Lev Nikolayeviç Qumilyov 1912-ci il oktyabrın 1-də Rusiyanın Tsarskoe Selo əyalətində şairə Anna Axmatova və şair Nikolay Qumilyovun ailəsində doğulub. Uşaqlığı Tversk quberniyasının Slepnevo Bejetsko adlanan ərazisində, nənəsinin himayəsində keçib. 1917-ci ildə ailəsi əyaləti tərk edərək, Bejetsk şəhərində məskunlaşıb. 1929-cu ilə qədər buradakı orta məktəbdə oxuyub.

L. Qumilyov hələ orta məktəbdə oxuyanda məktəb müəlimləri və şagirdləri tərəfindən özünə qarşı "ağ qarğa" münasibəti görürdü. Onu "akademik kulaklıq"da ittiham edirdilər – guya o, öz biliyi, uğurları ilə özünü hamıdan üstün tutur, başqalarından fərqlənmək istəyir. Orta məktəbin sonuncu sinfini Lev Qumilyov Leninqradda, Krasnoarmeyets küçəsindəki 67 saylı məktəbdə bitirdi.

1930-cu ildə o, sənədlərini universitetə versə də, qəbul imtahanlarından kəsilir. Səbəb onun sosial mənsubiyyəti idi. Elə həmin il şəhərin tramvay parkında fəhlə kimi işə düzəlir. Əmək birjasında iş üçün növbəyə dayanır. Bir il sonra onu o vaxt "Qeyri metal mənşəli faydalı qazıntılar institutu" kimi məşhur olan Geoloji-Kəşfiyyat İnstitutuna işləməyə göndərirlər. 1931-ci ildə geoloji qazıntılar aparan ekspedisiyanın tərkibində Sayana gedir.

1932-ci ildə Lev Qumilyov elmi-texniki işçi kimi Pamiri öyrənən ekspedisiyaya qoşulur. Amma burada da gülməli bir səbəbdən işindən məhrum olur. Belə ki, o boş vaxtlarını suda-quruda yaşayanların həyatını öyrənməyə sərf edir və bu da rəhbərliyin xoşuna gəlmir. Bununla da ekspedisiyadan ayrılmalı olur.

Sonra o, Doqar sovxozunun malyariya stansiyasına malyariya kəşfiyyatçısı kimi işə düzəlir. Bütün diqqətini səfərbər edərək, tacik və fars dillərini öyrənməyə başlayır, ərəb dilində yazıb-oxumağı öyrənir. Daha sonradan o, universitetdə müstəqil şəkildə fars dilinin qrammatikasını mənimsəyir.

Balaca Lev Qumilyov atası Nikolay Qumilyov və anası Anna Axmatova ilə birlikdə (1913-cü il)

1933-cü ildə Lev Qumilyov Krıma yollanır. Burada o, Litva tatarlarından olan Q. A. Bonç-Osmolovskinin arxeoloji ekspedisiyasının elmi-texniki işçisi olur. Payızda Lev Qumilyov Leninqrada qayıdır və Geoloji İnstitutda elmi-texniki işçi kimi işə başlayır. Elə həmin il ekspedisiyanın rəhbəri Q. A. Bonç-Osmolovski həbs olunur, Lev Qumilyov isə Geoloji İnstitutdan qovulur. "Qovulmağından" istifadə edən Lev Qumilyov qəbul imtahanlarına hazırlaşır. 1944-cü ildə Leninqrad Universitetinin tarix fakültəsinə qəbul olunur. Burada Lev V. V Struyevin, E. V. Tarlenin, S. İ. Kovalyovun tarix barədə mühazirələrinə qulaq asır.

1935-ci ildə həbs edilir. Oğlunun həbsindən sonra Anna Axmatova Stalinə müraciət edir və həm öz oğlunu, həm də onunla birlikdə həbs olunan digər tələbələrin həyatını xilas edə bilir. Lev və tələbə yoldaşları "hərəkətləri cinayət tərkibli olmadığından" azadlığa buraxılırlar. Buna baxmayaraq, onu universitetdən xaric edirlər. Bu vaxtlar o, Şərqşünaslıq İnstitutunun Leninqrad şöbəsinə müntəzəm olaraq baş çəkir və burada müstəqil şəkildə qədim türklərin tarixi haqda yazılı mənbələrlə tanış olur. 1937-ci ildə onu Leninqrad Dövlət Universitetinə bərpa edirlər. 1938-ci ilin əvvəllərində tələbə Lev Qumilyov yenidən həbs olunur. Bu dəfə ona beş il həbs cəzası kəsirlər. Həbs müddətini Norilskdə, Norillaqedə çəkir, miss-nikel şaxtasında işləyir. Onun həbs müddəti 1943-cü ildə bitir, amma şəhərdən çıxmaq üçün icazə ala bilmədiyi üçün elə oradaca qalır. Həmin müddətdə Norillaqedə və Norilskdə texnik-geoloq kimi çalışır.

Tatarların və qazaxların qonşuluğunda yaşayan Lev Qumilyov onlarla ünsiyyət zamanı tatar və qazax dillərini öyrənir. Həbs müddəti bitdiyindən könüllü olaraq, Sovet ordusuna xidmət etmək üçün müraciət edir. Müraciətinə cavabı isə bir ildən sonra alır və yalnız 1944-cü ilin payızında sıravi əsgər qismində Birinci Belorus cəbhəsinə göndərilir.

Lev Qumilyov (1934)

Lev Qumilyov müharibə vaxtı Berlinə qədər gedib çıxır. 1945-ci ildə hamı ilə birlikdə demobilizasiya olunaraq Leninqrada qayıdır və təzədən Leninqrad Universitetinə bərpa olunur. 1946-cı ilin əvvəllərində o, 10 imtahan verir və bu ali məktəbi bitirir. Elə həmin müddətdə də bütün namizəd imtahanlarını yüksək səviyyədə verərək, aspiranturaya daxil olur. 1946-cı ilin yayında artıq aspirant olan Lev Qumilyov M. İ. Artamonovun arxeoloji ekspedisiyasının tərkibində Podoliyaya gedir.

Jdanovun "Zvezda" və "Leninqrad" jurnallarında çap olunan müəlliflər haqda hesabatı və Mərkəzi Komitənin "bu münasibətlə" qərarından sonra adı "qara siyahıya" düşən müəlliflər arasında Anna Axmatova da vardı. Və buna görə də Lev Qumilyovu aspiranturadan xaric edərək, bunun adını "seçilmiş ixtisas üzrə filoloji hazırlığın çatışmazlığı" qoyurlar.

1947-ci ildə Lev Qumilyov kitabxanaçı qismində Leninqrad psixoterapevtik xəstəxanasına işə düzəlir və xəstəxananın ona verdiyi müsbət xasiyyətnamə sayəsində 1948-ci ildə Leninqrad Dövlət Universitetində namizədlik dissertasiyasının müdafiəsinə buraxılır.

1948-ci ilin yazında Lev Qumilyov S. İ. Rudenkonun rəhbərliyi altında, "Pazırık" kurqanının qazıntıları üçün Altayda aparılan arxeoloji ekspedisiyada elmi işçi kimi iştirak edir. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra, "SSRİ xalqlarının etnoqrafiyası muzeyi"nə elmi işçi kimi işə qəbul olunur.

1949-cu il noyabr ayının 7-də bir daha, bu dəfə heç bir səbəb göstərilmədən həbs olunur. O, on il həbs cəzası alır və Çurbay Nuradakı "xüsusi rejimli" düşərgəyə göndərilir. Buradan Omska, oradan isə Sayana köçürülür. 1956-cı ildə "hərəkətlərində cinayət xarakterli heç nə olmadığı" üçün bəraət alır.

Stalinin vaxtında, məşhur "ata oğula görə cavabdeh deyil" tezisinin at oynatdığı zamanlarda Lev Qumilyov iki dəfə həbs çəkib. Birinci dəfə atasına, ikinci dəfə anasına görə.

1956-cı ildə Lev Qumilyov Leninqrada qayıdır. Ermitajın direktoru M. İ. Artamonov ona iş tapmaqda kömək edir. Levi kitabxanaçı kimi işə düzəldir. Kitabxanaçı kimi işlədiyi vaxtlarda o, özünün "Qədim türklər" doktorluq dissertasiyasını yazır və müdafiə edir. Doktorluq dissertasiyasının müdafiəsindən sonra LDU-nun rektoru A. D. Aleksandrov Lev Qumilyovu universitetin nəzdində fəaliyyət göstərən Elmi-Tədqiqat İnstitutunda işləməyə dəvət edir. Qumilyov burada əvvəlcə elmi işçi, sonra böyük elmi işçi kimi çalışır. Təqaüdə çıxmazdan əvvəl isə o, aparıcı elmi işçilərdən biri olur. Elmi-tədqiqat institutundakı işindən başqa Lev Qumilyov, eyni zamanda LDU-da mühazirələr də oxuyur.

1974-cü ildə Lev Qumilyov ikinci, coğrafi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edir. Amma dissertasiya təsdiq olunmur – "doktorluqdan yüksəkdir, deməli, doktorluq dissertasiyası deyil" deyə. "Yerin etnogenezi və biosferi" adı ilə məşhurlaşan bu dissertasiya işi 15 ildən sonra – 1989-cu ildə ayrıca kitab şəklində nəşr olundu və ikicə günün içində LDU-nin nəşriyyat zirzəmisindəcə satılıb qurtarır.

Lev Qumilyovun xidmətlərini – həm pedoqoji, həm də elmi – inadlı şəkildə kölgədə qoyurdular. Bunun ən bariz sübutlarından biri Lev Qumilyova nəinki hansısa fəxri adlar və ya mükafatların, heç professor elmi dərəcəsinin belə verilməməsidir.

Amma 1959-cu ildən bəri onun əsərləri az tirajla da olsa, nəşr edilirdi. Həmin vaxtdan sonra o, Ümumittifaq Coğrafiya Cəmiyyətinin Leninqrad şöbəsində işə başlamışdı. Cəmiyyətin çıxardığı topluların vasitəsilə o, qadağan olunmuş elmi işlərini çap edə bilirdi. İkinci doktorluq dissertasiyasından sonra, elmi "hakimiyyət" LDU-nin jurnalında L. Qumilyovun yazılarının nəşrinə qadağa qoymuşdu.

Lev Qumilyovu ancaq şərti olaraq, tarixçi adlandırmaq olar. O, dərin, üslub baxımından olduqca yenilikçi araşdırmaların müəllifi idi. Levin tarixini araşdırdığı xalqlar və tayfalar arasında Orta və Mərkəzi Asiyadakı köçərilər, Tibet və Pamir xalqları, qədim ruslar, türklər və s. vardı.

Lev Qumilyov 1992-ci ilin 15 aprelində vəfat edib.

  • История народа Хунну (1960)
  • Открытие Хазарии (1966)
  • Древние тюрки (Qədim türklər) (1967)qədim türklər
  • Поиски вымышленного царства (1970)
  • Хунну в Китае (1974)
  • Этногенез и биосфера Земли (Yerin etnogenezi və biosferi) (1979)
  • Древняя Русь и Великая степь (1989)
  • Тысячелетие вокруг Каспия (1990)
  • От Руси к России (1992)
  • Конец и вновь начало (1992)

Azərbaycan dilində

[redaktə | mənbəni redaktə et]
  • Qədim türklər (tərcümə edənlər: V. Quliyev, V. Həbiboğlu), Bakı, "Gənclik", 1993.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]