Müzəffər Nəsirli (şair, 1911)
Müzəffər Nəsirli | |
---|---|
Müzəffər Qasım oğlu Nəsirli | |
Təxəllüsü | Asim |
Doğum tarixi | |
Doğum yeri | Sələsüz, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | Minayə Cəfərova |
Uşağı | 6 |
Atası | Qasım Nəsirli |
Təhsili | Naxçıvan Pedaqoji Texnikumu |
Fəaliyyəti | Şair, müəllim |
Əsərlərinin dili | Azərbaycan, rus |
Nəsirli Müzəffər Qasım oğlu (14 sentyabr 1911, Sələsüz, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1 yanvar 1980, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]1911-ci il sentyabrın 14-də İrəvan quberniyası Naxçıvan qəzasının (indiki Şahbuz rayonunun) Sələsüz kəndində fəhlə ailəsində doğulmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan şəhərində ibtidai təhsil almış, Naxçıvan Pedaqoji texnikumunu bitirmişdir (1926-1929). Bu vaxtdan əmək və yaradıcılıq fəaliyyətinə başlamışdır. Belə ki, 1929-cu ildə təyinatla Ordubad rayonunun Vənənd kəndindəki kəndli gənclər məktəbinə müəllim göndərilir. 1930-cu ilədək burada işləyir. 1930-31-ci illərdə Noraşen (Şərur) rayonunun Qıvraq kəndində müəllim kimi çalışıb. 1931-32-ci illərdə İrəvan şəhərindəki Lenin adına fəhlə fakültəsində və kooperativ texnikumunda müəllim işləyib.
Onun ilk şeiri “İndi” 1927-ci ildə Naxçıvan Pedaqoji Məktəbinin naşir etdi salnamədə çap olunmuşdur. Həmin illərdə Naxçıvan gənclər (komsomol) klubun nəzdində təşkil olunmuş “Qızıl qələmlər” ədəbi birliyində fəal iştirak etmiş, şerləri yerli və mərkəzi mətbuatda çap edilməyə başlanmışdır. 1928 ci ildə Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin katibi Süleyman Rüstəm Naxçıvana gəlmiş, gənclər içərisində yaradıcılığı ilə fərqlənən Müzəffər Nəsirli Naxçıvan Proletar Yazıçıları Cəmiyyətinə katib seçilmişdir.
Tanınmış tarixçi Əli Əliyevin "Əlincə ömrü" kitabında Müzəffər Nəsirlinin əvvəllər "Asim" təxəllüsü ilə şeirlər yazdığı və hətta bir neçə yoldaşı ilə "pantürkist" kimi tənqid edildiyi vurğulanır. Görünür bundan çəkinən gənc şair sonradan Müzəffər Nəsirli kimi şeirlər yazıb.
Bundan başqa ilk şerlərini "Şərq qapısı" (Naxçıvan), "Qızıl şəfəq" (İrəvan) qəzetlərində dərc etdirmişdir. "Azadlıq günəşi", "Qanlı qanunlar", "İntiqam" adlı ilk pyeslərini qələmə almışdır. Naxçıvan və Qərbi Azərbaycan kənd məktəblərində müəllimlik etmişdir. 1932- 36-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir. Bundan sonra o, böyük həvəslə yazıb yaratmış, hekayə və şerləri “Gənc işçi”, “Yeni yol”, “Komsomol”, “Dan ulduzu”, “Qızıl Şəfəq” və başqa qəzet və jurnallarda nəşr olunmuşdur.
1936-cı ildən Yerevan Pedaqoji texnikumunda, 1938-1941-ci illərdə isə Ermənistan K(b)P MK-nın yanında Kommunist Universitetində və Yerevan Dövlət Pedaqoji İnstitutunda baş müəllim vəzifəsində çalışmışdır. İrəvanda nəşr edilən “Sovet Ermənistanı” qəzetində fəal iştirak etmişdir. Ermənistan Yazıçılar İttifaqı yanında təşkil edilmiş Azərbaycan bölməsinin təşkilatçılarından biri olmuşdur.
İkinci Dünya müharibəsində ön cəbhədə olmuş, ağır yaralanmışdır (1941-1945).Qələmini silahla əvəz edən M.Nəsirli Şimali Qafqaz, Kuban, Ukrayna, Taman yarımadasında, Krımda ən qızğın döyüşlərdə zabit kimi iştirak etməsinə baxmayaraq, sevdiyi sənətindən ayrılmamışdır. O, bilavasitə döyüşçüləri ruhlandıraraq “Göyərçin”, Sevgilim”, “Cəbhəyə məktub”, “Oxu bülbülüm, oxu”, “Yadıma düşür”, “Şəfəq”, “Səhra xəstəxanasında” , “Şineli sal üstümə”, “O, Qafqazdan gəlmişdi” kimi yadda qalan şerlər yazmışdır. Tərxis ediləndən sonra Naxçıvan Dövlət Qiyabi İnstitutunda müdir müavini, eyni zamanda dil və ədəbiyyat fakültəsinin dekanı işləmişdir. 1950-ci ilin oktyabrından həmin institutda elmi-tədris işlər üzrə müdir müavini olmuşdur.
1954-cü ildən 1961-ci ilin aprelinə qədər Naxçıvan şəhər 4№-li orta əktbdə dərs hissə müdiri işləyib.
1961-ci il aprel ayının18-dən Azərbaycan Yazıçıları İttifaqının Naxçıvan şöbəsinin məsul katibi, Naxçıvan Vilayət Partiya Komitəsi, Azərbaycan Yazıçılar İttifaqının plenum üzvü, Naxçıvan MSSR Ali Sovetində Maarif və mədəniyyət daimi komissiyasının sədri olub. Bir neçə dəfə Naxçıvan MSSR Ali Sovetin deputatı seçilib.
Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan bölməsinə rəhbərlik etmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.
1971-ci ilin iyun ayında Azərbaycan Sovet yazıçılarının və SSRİ Yazıçılarının qurultaylarında iştirak etmişdir. Xidmətlərinə görə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, iki dəfə Naxçıvan MR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı və on bir medalla təltif olunmuşdur.
Müzəffər Nəsirlinin “Mənim respublikam” (1958), “Yanar üfüqlər” (1968), “Əsgər toqqası” (1973), “İki ürək” (1974), "Qaynar bulaq" (1978), “Oqni nad Araksom” (rusca. 1974) kitabları çapdan çıxıb
1980-ci il yanvarın 1-də vəfat etmişdir.
2010-cu ildə 100 illiyi münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədibin "Qönçəbəyim nəğməsi" pyesi tamaşaya hazırlanıb.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Şairin yaradıclılğında hərbi vətənpərvərlik mövzusu geniş yer tutur. O, “Qafqaz oğulları”, “Əkbər haqqında ballada”, “Atam haqqında ballada”, “Xatirə dəftəri” adlı şerlərini yazaraq müharibənin dəhşətlərini, Azərbaycan oğullarının qəhrəmanlığını təsvir etmişdir. Bundan başqa "Partizan Əfruz", "Arpaçayın dastanı", "Atam haqqında ballada" və bir sıra poemalar qələmə almışdır. 1929-30-cu illərdə o, “Azadlıq günəşi”, “Qanlı qanunlar” , 1960-cı illərdə isə 19-cu əsrdə Naxçıvanda yaşayıb-yaradan , Kəngəli xanı olan Ehsan xanın qızı Qonçabəyimin həyatından bəhs edən "Qönçəbəyim nəğməsi", sadə insanların məişət həyatını əks etdirən "Dürdanə", “Qırmızı geyimli qız”, “Məhəbbət qocalmır” adlı dram əsərləri yazmışdır.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- [1] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- 14 sentyabrda doğulanlar
- 1911-ci ildə doğulanlar
- 68 yaşında vəfat edənlər
- 1 yanvarda vəfat edənlər
- 1980-ci ildə vəfat edənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Naxçıvan qəzasında doğulanlar
- Naxçıvanda vəfat edənlər
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- İkinci Dünya müharibəsi iştirakçıları
- Şahbuz rayonunda doğulanlar
- Naxçıvan MSSR Ali Sovetinin VIII çağırış deputatları
- Naxçıvan MSSR Ali Sovetinin IX çağırış deputatları