Mak-Merdo — Cənub qütbü şossesi
Mak-Merdo — Cənub qütbü şosesi (ing. McMurdo-South Pole highway) — Antarktidada yerləşən və uzunluğu 1450 km olan, Amerikaya məxsus olan Mak-Merdo və Amundsen-Skott stansiyaları arasında yerləşir. Yol qarın müəyyən yerlədə kürüdülməsi yolu ilə çəkilmişdir[1]. Hazırda məsafəni sürücülər qaz yerişi ilə maşınlarla 10 günə qət edirlər. Vaqonlar xüsusi xizəklərdə hərəkət edir. Bu vaqonlarda ayaq yolu və yataq otağı vardır.
Yolla bağlı tikinti işləri 2002-ci ilin sonları başlamışdır. Tikinti işləri 2006-cı ilin yayında başa çatmışdır. Mak-Merdo şelf buzlağı və Antarktida platosu düzən olduğundan 48 kilometrlik mədafə qısa vaxt ərzində inşa edilmişdir. Hündürlüyü 2000 metr olan sahələrdə çətinliklər yaranmışdır. Bəzi sahələr hər il yenidən qurulur. Ross şelf buzlağında da işlər ləng getmişdur. Səbəb isə bu buzlaqda hərəkətin daha sürətli olmasıdır.
Layihənin qiyməti 12 mln $ olmuşdur. Yayda bəzən təyyarələrlə yük daşımalar mümkünsüz olduqda yüklər yolla daşınır. Yolla əsasən iri avadanlıqlar daşınır. Üstəlik Antaktida platosunun kənarında yerləşən italyan-fransız Konkordiya stansiyasına yüklərdə bu yolla daşınır. Hazırda isə yolla kabel xəttinin çəkilişi planlaşdırılır. Ancaq çat ərazilərində bunun necə ötürüləcəyi məlum olmadığında layihə reallaşdırılmır[2]
7 fevral 2006-cı ildə yolla 110 ton yük daşınmışdır[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Bi-Bi-Si | Texnologiya | Cənub qütbünə yol çəkilir". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-14.
- ↑ "South Pole online in 2009". ITworld. 24 декабря 2002. 2008-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-14.
- ↑ "Icy Overland Trip May Add Ground Vehicles to South Pole Supply Missions (Press Release Press Release 06-024)". National Science Foundation. February 7, 2006. 2012-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-14.
Mənbə
[redaktə | mənbəni redaktə et]- ABŞ Cənub qütbünə yol çəkir Arxivləşdirilib 2008-09-06 at the Wayback Machine (ing.)
- Запрос Конгрессу по бюджету NSF на 2007 год — см. стр. с 197 по 203 (ing.)
- Yolun sxemi
- USA’s Science-Driven "Ice Highway" Hitting Rough Sledding in Antarctica Online Insider, 13 декабря 2004